Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-27/2024 17.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, müvəqqəti işsiz, subay, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, 16 yanvar 2024-cü il tarixdə Şəxs ictimai qaydanı pozmuş, icra məmurlarına qarşı ucadan səs-küy salaraq icra hərəkətlərini yerinə yetirməsinə maneçilik törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, təxminən 2023-cü ilin iyun ayında həyat yoldaşı X3 ilə boşandıqlarını, həmin həyat yoldaşından 1 övladının olduğunu, 220 manat aliment kəsildiyini, 16 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən 3 əməkdaşın onun yaşadığı mənzilə gəldiyini, onların nə üçün gəldiyini soruşduğunu, ona evdə olan əşyaları qeydə almaq və baxış üçün gəldiklərini dediklərini, ona niyə alimenti ödəmirsən dediklərini, onlara imkanının olmadığını, heç yerdə işləmədiyini dediyini, onlara həyat yoldaşının məhkəmədə ondan şikayətinin olmadığını dediyini, icra məmurunun ona alimenti ödəməlisən dedikdə ödəmirəm dediyini, icra məmurunun ona qarşı göbudçuluq etdiyi üçün ona qarşı bu cür danışdığını, onların polisə müraciət etdiklərini, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X9 məhkəmədə şahid qismində verdiyi izahatında, 16 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icra sənədinin icrası ilə bağlı Şəxs əmlak vəziyyətini müəyyən etmək məqsədilə onun mənzilinə getdiklərini, Şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini, zorakılıq hərəkətləri etdiyini, alimenti ödəməyəcəyini bildirdiyini, ictimai qaydanı pozaraq söyüş söydüyünü, vətəndaşları narahat etdiyini bildirdi. X5 məhkəmədə şahid qismində verdiyi izahatında, 16 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icra sənədinin icrası ilə bağlı Şəxs əmlak vəziyyətini müəyyən etmək məqsədilə onun mənzilinə getdiklərini, Şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini, zorakılıq hərəkətləri etdiyini, alimenti ödəməyəcəyini bildirdiyini, ictimai qaydanı pozaraq söyüş söydüyünü, icra məmuru Yaqub Əliyevə qarşı kobudçuluq etdiyini, vətəndaşları narahat etdiyini bildirdi. X8 məhkəmədə şahid qismində verdiyi izahatında, 16 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icra sənədinin icrası ilə bağlı Şəxs əmlak vəziyyətini müəyyən etmək məqsədilə onun mənzilinə getdiklərini, Şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini, zorakılıq hərəkətləri etdiyini, alimenti ödəməyəcəyini bildirdiyini, ictimai qaydanı pozaraq söyüş söydüyünü, vətəndaşları narahat etdiyini bildirdi. X6 məhkəmədə şahid qismində verdiyi izahatında, 16 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icra sənədinin icrası ilə bağlı Şəxs əmlak vəziyyətini müəyyən etmək məqsədilə onun mənzilinə getdiklərini, Şəxs icra məmuru Yaqub Əliyevə qarşı ünvanına nalayiq ifadələr işlətdiyini, zorakılıq hərəkətləri etdiyini, alimenti ödəməyəcəyini bildirdiyini, ictimai qaydanı pozaraq söyüş söydüyünü, vətəndaşları narahat etdiyini bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: 17 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 09:05-də inzibati qaydada tutulmuşdur. 16 yanvar 2024-cü il tarixli akta əsasən, X9, X5, X6 və X2 Həsən Məmməd oğlunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə onun qeydiyyatda olduğu ünvanda olmuş, bu zaman Şəxs zorakılıq hərəkətləri göstərərək ictimai qaydanı pozmuş və icra məmurunun qanuni tələbini yerinə yetirməsinə maneçilik törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs bir uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov
Məhkəmə qərarları › İş №3(078)-27/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-27/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver