Məhkəmə qərarları › İş №3(078)-270/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-270/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-270/2024 09.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Haxverdiyeva (Bağırova) Nurlana Akif qızının və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 2 uşaq anası, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olan Haxverdiyeva (Bağırova) Nurlana Akif qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 09 iyul 2024-cü il tarixli, 4819/2021 nömrəli məktubu ilə Haxverdiyeva (Bağırova) Nurlana Akif qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-41/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 06 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il tarixdə doğulmuş X1 atası X3 yanında qalmasının müəyyən edilməsi, Şərur rayon Naxçıvan şəhərində yaşayan cavabdeh X4 xx.xx.2005-ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla ümumilikdə,160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon, Püsyan kəndində yaşayan X6 ödənilməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi, X4 17 (on yeddi) manat məbləğində pulun dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Haxverdiyeva (Bağırova) Nurlana Akif qızı məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Haxverdiyeva (Bağırova) Nurlana Akif qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Haxverdiyeva (Bağırova) Nurlana Akif qızı izahatında X3 ona qarşı aliment tələbinə dair icra sənədinə əsasən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində alimenti tələbkar X3 xeyrinə ödəməli olduğunu, halhazırda tələbkar X6 xx.xx.2024-cü il tarixə 1810 manat aliment borcu olduğunu, lakin hazırda maddi imkanı olmadığından tələbi təmin edə bilmədiyini, 4 aydır ödəniş etmədiyini, 4 aydır işsiz olduğunu, marta qədər tələbi hissə-hissə ödəniş etdiyini, ancaq mart ayındandır ki ödəniş etmədiyini, tələbi tam şəkildə təmin etməyə imkanı çatmadığını, tələbi hissə-hissə təmin edə biləcəyini, əməlindən peşman olduğunu, sadəcə olaraq maddi imkanı olmadığı üçün tələbi təmin edə bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X8 izahatında tələbkarın 2022-ci ildə verdiyi ərizəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etdiyini, borclunun sonuncu dəfə 2024-cü ilin mart ayının 13-də ödəniş etdiyini, borclunun məcburi gətirilməsi ilə bağlı təqdimat verildiyini, həm tələbkarın həm də borclunun 1810 manat borc olduğunu dediklərini, tələbkar borclunun bu gün 1810 manatın yarısını ödəsə qalan borcun hissə-hissə ödənilməsinə razılaşacağını, ancaq borclunun maddi imkanının olmadığını dediyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 06 yanvar 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-41/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il tarixdə doğulmuş X1 atası X3 yanında qalmasının müəyyən edilməsi, Şərur rayon Naxçıvan şəhərində yaşayan cavabdeh X4 xx.xx.2005-ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla ümumilikdə, 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şərur rayon, Püsyan kəndində yaşayan X6 ödənilməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi, X4 17 (on yeddi) manat məbləğində pulun dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şərur Rayon Məhkəməsinin 2(110)-41/2021 saylı, 06 yanvar 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 08 yanvar 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Haxverdiyeva (Bağırova) Nurlana Akif qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Haxverdiyeva (Bağırova) Nurlana Akif qızının əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Haxverdiyeva (Bağırova) Nurlana Akif qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Haxverdiyeva (Bağırova) Nurlana Akif qızının səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Haxverdiyeva (Bağırova) Nurlana Akif qızı inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Haxverdiyeva (Bağırova) Nurlana Akif qızına təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Haxverdiyeva (Bağırova) Nurlana Akif qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar