Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-271/2024 10.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin qaytarılması haqqında Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 20 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X4 məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 20 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayətə baxılması üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Daxil olan sənədləri yoxlayaraq məhkəmə qeyd edir ki, X4 qərardan şikayət verilməsi üçün qanunvericilklə nəzərdə tutulmuş prosessual müddəti buraxmış, müddətin bərpası barədə vəsatətlə qərar qəbul edən orqana müraciət etməli olduğu halda məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 20 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi müəyyən olunur. Təqdim edilmiş sənədlərdə qeyd olunmuşdur ki, X4 barəsində inzibati xəta haqqında protokol 08 may 2024-cü il tarixdə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə X4 məhkəməyə müraciət etmiş və sözügedən şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Materiallardan aydın olur ki, X2 qərardan şikayət vermə müddəti başa çatmasına baxmayaraq həmin vaxtdan sonra-xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.5-ci maddələrinin mahiyyətinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə sözü gedən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd edilən maddi hüquq normasının tələbindən də görünür ki, buraxılmış müddətin bərpasına dair vəsatətə müvafiq qərarı qəbul etmiş hakim və ya səlahiyyətli şəxsin özü tərəfindən baxılır. Məhkəmə belə nəticəyə gəlir ki, X4 qərardan şikayət vermə müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir ki, hazırki halda o, müddətin bərpası ilə bağlı məhkəməyə deyil, qərar qəbul edən orqana müraciət etməlidir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, şikayət geri qaytarılmalı, X3 şikayətlə müraciət etməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edən orqana vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 20 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X3 qərardan şikayət verməsi üçün prosessual müddətin bərpasına dair vəsatətlə qərar qəbul edən orqana müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-271/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-271/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver