Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-272/2024 13.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə xx.xx.1982-ci ildə Babək rayonu, Yarımca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, sürücü işləyən, Babək rayonu, Yarımca kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 492.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 10 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 492.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 09 iyul 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 492.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 09 iyul 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, xx.xx.2024-cü il tarixində İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxcıvan-Bakı və əks istiqamətində yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.2023-cü il tarixində verilmiş C03157860 nömrəli xarici pasportun sahibi xx.xx.1982-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99HU836/67ZA212 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postunda “X-RAY” rentgen qurğusunda yoxlamadan keçirilərkən müşahidə monitorunda əks olunan təsvirlərlə sürücü Şəxs gömrük orqanına təqdim etdiyi 019499 nömrəli “CMR” də qeyd olunan mallar arasında uyğunsuzluğun olması səbəbindən həmin yük nəqliyyat vasitəsində daşınan qarışıq yüklər təyinatı üzrə 15 may 2024-cü il tarixində “X2” gömrük postunda yoxlanılmışdır. Yoxlama zamanı gömrük təminatının vurulduğu trosun qoşqunun ön yuxarı tərəfindən keçən hissəsindən kəsildiyi, iynədən istifadə edilərək yenidən bir-birinə birləşdirildiyi və bu səbəbdən yük verinə istənilən vaxt kənar müdaxilənin edilə biləcəyi müəyyən edilmişdir. Daha sonra 019499 nömrəli “CMR” də qevd edilən yüklərlə 99HU836/67ZA212 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yüklər arasında eyniləşdirmə aparılmış və yüklər yoxlanılmışdır. Yoxlama zamanı “Volvo” markalı 99HU836/67ZA212 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük verində olan 019499 saylı “CMR” də qeyd edilmiş yüklərdən əlavə olaraq 87 ver olmaqla 125.28 m2 kafel, ümumi çəkisi 2 ton olan 80 paket polietilen torba, ümumi çəkisi 5 ton olmaqla 100 kisə qum halında, kəskin iyli, naməlum tərkibli kütlə, 1 ədəd “YPALE” markalı kompressor, 17 ədəd “Casio Belly" markalı 14 hissəlik qazan dəsti, 12 ədəd “Casio Belly” markalı 10 hissəlik qazan dəsti, 20 ədəd “Espico” markalı 14 hissəlik qazan dəsti, 14 ədəd plastik boşqab, 1 ədəd “Namazi” markalı 4 hissəlik qazan dəsti, 1 ədəd “Namazi” markalı 6 hissəlik qazan dəsti, 14 ədəd “Esbico” markalı 3-lü tava, 28 ədəd təkli çaydan, 12 ədəd 2-li çaydan, 32 qutu 6-lı süsə çay stəkanı, 5 ədəd “Milan” markalı təkli çaydan, 2 ədəd “Zarfzar” markalı 42 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 46 sm ölçülü təkli tava, 2 ədəd “Zarfzar” markalı 34 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 24 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 20 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 48 sm ölçülü təkli tava, 2 ədəd “Zarfzar” markalı 38 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 52 sm ölçülü təkli tava, 4 ədəd “Esbico” markalı 7 hissəlik qazan dəsti, 18 ədəd müxtəlif ölçülü alüminium qazan, 41 ədəd müxtəlif ölçülü alüminium ləyən, 5 ədəd təkli qazan, 15 ədəd plastik saxlama qabı, 3 ədəd 4-lü tava, 6 ədəd plastik siyirmə, 2 ədəd “VİP” markalı 28 sm ölçülü təkli tava, 24 qutu 6-lı şüşə nəlbəki, 40 ədəd iri ölçülü alüminium qazan, 2 ədəd tablo, 2 ədəd 12 hissəlik şüşə serviz dəsti, 97 cüt müxtəlif ölçülü plastik tərlik yükü aşkar edilmiş və araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Qeyd olunan faktla bağlı 18 may 2024-cü il tarixində material üzrə Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. 9 iyul 2024-cü il tarixində Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 492.2-ci maddələri ilə 18000-01589/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 05 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin rəisi Novruz Hacıyev 05 avqust 2024-cü il tarixli, 3-33-1200/2-002558/2024 nömrəli məktubu məhkəməyə göndərərək məktubda qeyd etmişdir ki, Naxçıvan Baş Gömrük idarəsinin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində xx.xx.2024-cü il tarixində araşdırması başlanılmış 3-33-1200/028/003239 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti məlumat üçün Naxçıvan Muxtar Respublikası Prokurorluğuna, 18000-01589/24 saylı inzibati xəta haqqında iş üzrə toplanılmış material isə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Amil Rəhimovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qeyd olunan qərar ləğv edilərək material əlavə araşdırma aparılması üçün geri göndərildiyinə görə 18000-01589/24 saylı inzibati xəta haqqında iş üzrə toplanılmış materialın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərdən keçirərək hesab edir ki, protokol tərtib edən orqan qeyd olunan protokolun baxılmadan geri qaytarılmasını xahiş etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 492.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 09 iyul 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 114 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 492.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 09 iyul 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə geri qaytarılsın. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-272/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-272/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver