Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-273/2025 11.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, orta təhsilli, mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 11 iyun 2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 08 mart tarixində qızı Zərərçəkmiş şəxs Elçin adlı şəxsin vuraraq xəsarət yetişdirdiyini, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bir ildən çoxdur birlikdə yaşadıqlarını, hər kəsin Nurcanın yaxşı yaşaması üçün hər şeyi etdiyini, özünə heç nə etmədiyini, ancaq onun üçün etdiyini, 8 mart günü olduğunu, tezdən işə getdiyini, anasıgilə getmək istədiyini, özünün də icazə verdiyini, axşamçağı anasının onu götürməyə getdiyini, evə gəldiklərini, axşam evdən qaçdığını, özünün də nənəsigilə getdiyini, səbəbinin anası ilə yaşamaq istəməməsi olduğunu, yalvarıb evə gətirdiyini, üstündən 1 həftə keçdiyini, işdən evə gəldiyini, siqaret almaq üçün şəhərə getdiyini, Nurcanın atasının zəng edib nalayiq ifadə işlədərək Nurcanın harada olduğunu bilib-bilmədiyini soruşduğunu, daha sonra onlarda olduğunu dediyini, özünün də anasına zəng etdiyini, anasının evdə olmadığını dediyini, özünün, anasının və dayısının onlara getdiklərini, atasının onları təhqir edib evdən qovduğunu, özlərinin də polisə şikayət etdiklərini, üzərindən bir az keçdikdən sonra müstəntiq Qasım İsmayıllının onun çağırıb haqqında şikayət olduğunu dediyini, içkili gedib savaşmağı ilə bağlı şikayət olduğunu dediyini, alkotestdən keçirildiyini, içkili çıxmadığını, ərizə yazdığını, Qasım İsmayıllının söhbətin bağlandığını dediyini, cinayət işinin başlamasının rədd olunduğunu, Nurcanı döymədiyini, tezdən işə gedib, axşam gəldiyini, 24 saat mühafizəlik etdiyini, ekspert rəyi ilə tanış olduğunu, mart ayının 9-na keçən gecə Nurcangilə gedəndə saat 1, ya da 2 olduğunu, evdə nənəsi, babası, atası, anası olduğunu, özünün Nurcanı heç nə ilə vurmadığını, sadəcə gedib onun evlərinə gətirmək istədiyini, özünün ona əl qaldırmadığını, içkili də olmadığını bildirərək onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında fevral ayının sonları gecə saat 9 olduğunu, evdə axşam yeməyi hazırladığını, qayınanasının Elçinlə danışdığını, telefonla danışıb bitirdikdən sonra ona “ananla oğluma qurma qurursuz” dediyini, özünün də elə bir şey olmadığını dediyini, qayınanasının onu döyməyə başladığını, baldızının gəlib onu əlindən aldığını, baldızının da Elçinə yazıb olanları dediyini, özünün çıxıb getmək istədiyini dediyini, qayınanasının da “oğlumu tutdurmaq istəyirsən” dediyini, Elçinin gəldiyini, onun da döydüyünü, başından dəfələrlə vurduğunu, qayınatasının gəlib Elçini otaqdan çıxardığını, qayınanasının ya onun, ya da özünün bu evdə qalacağını dediyini, özünün də gecə saat 1in yarısı paltarlarını yığıb nənəsigilə getdiyini, nənəsinin nə olduğunu soruşduqda da döyüldüyünü, bu səbəbdən də gəldiyini dediyini, sonra Elçinin nənəsi ilə gəldiyini, bir də belə bir şey olmayacağını, tək qalacaqlarını dediyini, özünün də inandığını, bağışladığını, evinə qayıtdığını, sonra mart ayının əvvəlləri olduğunu, bir gün gecə Elçinin işdən gəlib ona “sən telefon işlədirsən?” deyə sual verdiyini, özünün də telefon işlətmədiyini dediyini, onun da “öz xoşluğunla de, yoxsa mən tapsam sonu pis olacaq” dediyini, hər yeri axtardığını, ondan soruşduqca “yox” dedikcə də vurduğunu, bir dəfə də yatağın üstündə onu boğduğunu, yeni il ərəfəsi olduğunu, heç kimə demədiyini, anası ilə danışmağa, onlara getməyə qoymadıqlarını, bacılarını da çöldə gördüyünü, baldızının otağını yığışdırdığını, qayınanasının otağa girib nə isə götürdüyünü dediyini, Elçinin onun üstündə onu döydüyünü, mart ayının 7-i anasının bayrama görə gəlmək istədiyini, söz-söhbət çıxardıqlarını, özünün də o zaman “mən gedim” dediyini, birinci Elçinin icazə vermədiyini, sonra anasına onu aparmağını dediyini, qayınanasının onu atasıgilin evinə apardığını, 2 saat sonra da zəng edib gəldiyini dediyini, onunla evə qayıtdığını, sonra həmin gün gecə Elçinin niyə hövsələsinin olmadığını soruşduğunu, qayınanasının da “anası öyrədib deyə elədir” dediyini, məhkəmə sənədlərini ortaya tökdüklərini, qayınanasının “sizi evlənməyə qoymayacam, sən bu evin gəlini olmayacaqsan, sən belə qızsan” dediyini, özünün də evdən çıxıb nənəsigilə getdiyini, nənəsinin onu atasıgilə apardığını, mart ayının 8-i gecə saat 1-də Elçin, anası və dayısının onlara gəldiklərini, anasının ona təhqiredici sözlər dediyini, ona görə atasının da onu təhqir etdiyini, Elçinin atasına pis söz dediyini, Elçinin dayısının da, özünün də içkili olduğunu, sonra Elçin evə girmək istəyəndə özünün onu itələdiyini, onun da əli ilə şillə atdığını, alnının cızıldığını, atasının evə içkili girdikləri üçün polis çağırdığını, mart ayının 9-na keçən gecə sadəcə əli ilə şillə vurduğunu, ondan əvvəl başından, qollarından dəfələrlə vurduğunu, sonuncu dəfə 9 martda vurduğunu, fevral ayının sonu da anası ilə bərabər döydüyünü, qolundakı göylərin də ekspertizaya gedəndə olduğunu, Şəxs bağışlamadığını, ondan şikayətçi olduğunu qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 izahatında qızı Nurcanın döyülən gün Elçin və ailəsinin onlara gəldiyini, Elçinin yoldaşına “sən kimsən” dediyini, özünün də qızının qayınanasına “sən kimsən qızıma əl qaldırırsan?” dediyini, onun da “yaxşı edirəm” dediyini, özünün qızının belə şəraitdə yaşadığını bilmədiyini, telefonla danışanda da başqa nə isə deməsin deyə yanında olduqlarını, dəfələrlə uşağını döydüklərini, ona qızının heç nə demədiyini, sonradan dediyini, Elçinin də ona anasını təhqir edərək hər şeyi anasının etdiyini dediyini, bir dəfə onları bağışlamadığını, ölənə qədər qızına yaxşı baxacaqlarına, ona sahib çıxacaqlarına söz verdiklərini, qızını nə qədər döyüblərsə, bir ay özünə gələ bilmədiyini, əlinin əsdiyini, saçını kəsdirdiklərini, qapıdan girəndə Elçinin əli ilə Nurcanın üzündən şillə ilə vurduğunu, üzünün cızıldığını, Şəxs bağışlamadıqlarını, ondan şikayətçi olduqlarını qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X7 ifadəsində özünün 8 martda Nurcanı anasıgilə apardığını, heç kimin onu döymədiyini, hamının onu əlinin içində saxladığını, belə şeylərin yaşanmasına səbəbin Nurcan olduğunu, bir gün Elçinin işə getdiyini, Nurcanın da evi sildiyini, Nurcanın ona “mən pak çıxmamışam, məni həkimə apar” dediyini, özünün də “mən niyə aparıram” deyib ana nənəsinə zəng etdiyini, sonra 3-4 gün keçdiyini, anasıgildən gələndən sonra mart ayının 9-u gecə saat 3-də onlar yatdıqları, Elçinin də evdə olmadığı zaman evdən qaçdığını, Elçin, o, bir də qardaşının evlərinə getdiklərini, aralarında elə-belə mübahisə olduğunu, atasının onu söydüyünü, özlərinin də bunları polisə şikayət etdiklərini, fiziki zorakılıq olmadığını, Nurcanı nə özünün, nə də oğlunun döymədiyini, ekspertizaya oğlunun da getməli olduğunu, uyğunlaşdırma etməli olduqlarını, oğlunun Nurcanı döymədiyini bildirdi. Мəhkəmə iclasında şahid X8 ifadəsində Nurcanın atasının yoldaşını söydüyünü, özlərinin də şöbəyə gedib şikayət etdiklərini, Nurcanın iki dəfə evdən qaçdığını, özünün başqa heçə bilmədiyini, mübahisə olan vaxt orada olmadığını bildirdi. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: Sol said, sağ və sol bazu nahiyyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Göstərilən xəsarətlərdən sağ və sol bazu nahiyyələrinin qançırları məhkəmə-tibbi müayinədən bir günə qədər, əvvələ, sol said nahiyyəsinin qançırları isə məhkəmə-tibbi müayinədən 10-15 gün əvvələ uyğun gəlirlər və dərəcələrinə görə həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş 11 iyun 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 11 iyun 2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatları tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal yoxdur. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-273/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-273/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver