Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-279/2025 18.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 iştirakları ilə, xx.xx.1981-ci il tarixində Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Məhəmməd ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 iyun 2025-ci il tarixli ərizədən görünür ki, X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində şəxsi avtomobil ilə ailəsi ilə birlikdə Cahan Ticarət Mərkəzinə gedən zaman Naxçıvan şəhər Sabir küçəsində yerləşən 10 nömrəli məktəbin yanından **-BB-*** nömrəli ağ rəngdə olan niva markalı avtomobilin sürücüsünün avtomobili ilə onların arxası ilə Cahan Ticarət Mərkəzinədək gəldiyini, həmin şəxsin yolda onun ailəsi olan avtomobilin içərisinə 2 dəfə baxdığını, Cahan Ticarət Mərkəzinin qarşısında avtomobilini saxlayaraq onun avtomobilinə tərəf gedən zaman avtomobilini sürərək qaçdığını, həmin şəxsin tapılaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Rafiz Əliyev tərəfindən tərtib olunmuş 12 iyun 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:36-da ünvan 2 ünvanında yaşayan, X7 055 ***-**-** mobil nömrəsi ilə 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Cahan TM-də Niva markalı avtomobilin ona məxsus avtomobilə boylanmasından şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 12 iyun 2025-ci il tarixdə qızını xəstəxanaya apardığını, zəng gəldiyini, anasının bazarda olduğunu, onu bazardan götürəcəyini, ona görə bazarın yanında onu gözlədiyini, bir avtomobilin gəldiyini, qabaqda saxladığını, sonra həmin avtomobilin sürücüsünün avtomobildən düşüb gəldiyini, üzərinə hücum çəkdiyini, söyüş söydüyünü, avtomobildə qızının da olduğunu, qızının qorxub ağladığını, qızının avtomobili sürməsini dediyini, özünün də sürdüyünü, hadisə böyüməsinin deyə həmin yerdən getdiyini, qayıdıb evə gəldiyini, sonra həmin şəxsin onu şikayət etdiyini, guya ki, avtomobilin içinə baxdığını dediyini, şər-böhtan atmağa çalışdığını, onun həyat yoldaşına nə vaxtsa söz dediyini bildirdiyini, bunların doğru olmadığını, özünün mübahisə yaranan zaman qaçışının həmin şəxsdə şübhə yaratdığını, ona görə şikayət etdiyini güman etdiyini, özünün utancaq insan olduğunu, özünün elə bir şey etmədiyini, kiməsə söz atmadığını, yanlış məlumat olduğunu, o yaşda olmadığını, kondisoner ustası olduğunu, 25 ildir hər evə namusu ilə getdiyini, elə bir hal olmadığını bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığını, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində şəxsin özünün avtomobilinə boylandığını, Bolmart market tərəfdə dayandığını, şəxsin gəlib avtomobilini özünün avtomobilinin qarşısında saxladığını, bazarın qarşısında olduğunu, həmin şəxsə “şəxsiyyətsiz” dediyini, üstünə yeridiyini, avtomobilində qızı olduğunu görmədiyini, şəxsin avtomobildən düşmədiyini, əlini atıb açarı çıxarmaq istədiyini, həyat yoldaşının narahat olduğunu gördüyünü, həmin şəxsin 6-7 il əvvəl yoldaşına sataşdığını, namusun müdafiəsinin olmadığını, heç kimin heç kəsin namusuna toxuna bilməyəcəyini, hər şeyi ötüşdürmək olacağını, namusu, qeyrəti ötüşdürməyin mümkün olmadığını, özünün şəxsin avtomobilində əlini açara atdığını, “şərəfsiz maşına niyə baxırsan?” dediyini, İsmayılın onun maşınının qarşısında o tərəf bu tərəfə hərəkət etdiyini, o dayandıqda dayandığını, hərəkət etdikdə isə hərəkət etdiyini, yolda rahat avtomobil idarə etməsinə imkan vermədiyini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində bazara getdiklərini, Bolmart marketin qarşısında həyat yoldaşının avtomobili saxladığını, sonra şəxsin avtomobili gətirib öz avtomobillərinin qarşısında saxladığını, mübahisə yaşadıqlarını, yoldaşının ona “o kimdir, onu tanıyırsan?” dediyini, özünün həmin şəxsi tanımadığını, 6-7 il əvvəl şəxsin ona “sizdən xoşum gəlir” dediyini, mübahisə böyüməsin deyə yoldaşına heç nə demədiyini, şəxsin onu bir neçə dəfə narahat etdiyini, uşağı bağçaya aparanda gördüyünü, tək heç yerə getmədiyini, yoldaşı ilə getdiyini, narahat edilmək istəmədiyini, yoldaşının maşının qarşısında şəxsin hərəkət etdiyini, o dayananda dayandığını, hərəkət edəndə hərəkət etdiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 17 iyun 2025-ci il tarixdə saat 13:40-da inzibati qaydada tutulmuş və 17 iyun 2025-ci il tarixdə saat 16:55-də azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs tərəfindən məhkəmədə qeyd edilənləri onun özünü müdafiə üçün qeyd etməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs edilməlidir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati həbsin müddəti 15 gün müəyyən edilməlidir. İnzibati həbsin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-279/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-279/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver