Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-28/2024 18.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin qaytarılması haqqında Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 avqust 2023-cü il tarixli 009039 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X3 məhkəməyə müraciət edərək Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 avqust 2023-cü il tarixli 009039 saylı inzibati tənbeh vermə haqqında qərarının inzibati xəta tərkibi və hadisəsi olmadığına görə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daxil olan sənədləri yoxlayaraq məhkəmə qeyd edir ki, X3 qərardan şikayət verilməsi üçün qanunvericilklə nəzərdə tutulmuş prosessual müddəti buraxmış, müddətin bərpası barədə vəsatətlə qərar qəbul edən orqana müraciət etməmişdir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş 04 avqust 2023-cü il tarixli 009039 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi və həmin qərarla onun barəsində 2180 manat məbləğində inzibati cərimə tətbiq edilməsi müəyyən olunur. Təqdim edilmiş sənədlərdə qeyd olunmuşdur ki, X3 barəsində inzibati xəta haqqında protokol 26 iyul 2023-cü il tarixdə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə X3 məhkəməyə müraciət etmiş və sözügedən şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Materiallardan aydın olur ki, X1 qərardan şikayət vermə müddəti başa çatmasına baxmayaraq həmin vaxtdan sonra-xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 130.2-ci bəndinə görə Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə belə nəticəyə gəlir ki, X3 qərardan şikayət vermə müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir ki, hazırki halda o, müddətin bərpası ilə bağlı məhkəməyə deyil, qərar qəbul edən orqana müraciət etməli idir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, şikayət geri qaytarılmalı, X2 şikayətlə müraciət etməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edən orqana vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 avqust 2023-cü il tarixli 009039 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 qərardan şikayət verməsi üçün prosessual müddətin bərpasına dair vəsatətlə qərar qəbul edən orqana müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-28/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-28/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver