Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-280/2024 01.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Protokola görə Şəxs MMC 56341.20 EUR məbləğində vəsaiti 08 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 56341.20 EUR məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta 09 sentyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 08 iyul 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Şəxs MMC-nin direktoru A.Babayev məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixdə məktub göndərərək qeyd etmişdir ki, 08 iyun 2022-ci il tarixdə Şəxs MMC tərəfindən “Starwood A.S” şirkətinə 56341.20 EUR məbləğində avans ödənilmişdir və həmin dəyərdə mal 9 yük gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmişdir. Avansın bağlandığına dair Şəxs MMC tərəfindən 18 iyul 2024-cü il tarixli 12370 nömrəli arayış alınmışdır. Qeyd edilənləri nəzərə alıb 08 iyul 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 08 iyun 2022-ci il tarixdə OX0 nömrəli ödəniş tapşırığı ilə 56341.20 EUR məbləğində pul vəsaiti “Starwood A.S” şirkətinin hesabına köçürülmüşdür; "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədləri təqdim etməmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 08 iyun 2022-ci il tarixdə “Starwood A.S” şirkətinə 56341.20 EUR məbləğində avans ödənilmişdir və həmin dəyərdə mal 9 yük gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmişdir. Təşkilat xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixdə həmin avans ödənişlərini əhatə edən YGB-ləri təqdim etmiş və köçürmələrin qarşısı bağlanmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənləri nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilən sənədlər Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibin mövcud olmasını istisna edir. Odur ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 08 iyul 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-280/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-280/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver