Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-281/2023 22.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxslər X4, X12, X5 və X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Culfa rayon Ərəfsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, C.Naxçıvanski adına Muzeydə elektrikçi işləyir, Naxçıvan şəhəri Hərbi şəhərcik-2, 76/1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola görə vətəndaş Şəxs işə düzəltmək və başqa adlar altında aldadıb X12 300 (üç yüz) manat pulunu, bundan başqa müxtəlif vaxtlarda X3 ümumilikdə 700 (yeddi yüz) manat pulunu ələ keçirmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxslərinin izahatı ilə sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Cəmşid Naxçıvanski Muzeyində elektrik fəhlə işlədiyi vaxt Naxçıvan şəhərində yerləşən Böyük bağ adlanan ərazidə bağban işləyən X6 2023-cü ilin mart ayında münasibət yaratdığını, ona ilk öncə Cəmşid Naxçıvanski Muzeyində gözətçi kimi işə düzəldəcəyini bildirdiyini, mart ayının əvvəllərində 200 manat pulu işlədiyi Böyük bağın yanında yolun kənarında aldığını, özü xəstə olduğundan əməliyyat lazım olduğunu və bunun üçün pula ehtiyacı olduğunu, ona görə də bu yola əl atadığını, mart ayının təqribən 15-də onunla söhbət edərkən şaşqa yaxın adamı varsa onlara xəbər verməsini digər idarələrdə də gözətçi kimi vakant yerlər olduğunu, pulu versinlər və lazım olan sənədləri hazırlasınlar onları da gözətçi kimi işə düzəldəcəyini dediyini, Xalıqverdinin qardaşının kürəkəni X7 da gözətçi kimi işə düzəlmək istədiyini bildirdiyini və onun adından 300 manat pulu verdiyini, təqribən mart ayının 25-də Xalıqverdiyə Cəmşid Naxçıvanski Muzeyində xadimə ştatı yerinin də boş olduğunu bildirdiyini, məsləhət bildiyi adam varsa onu da ora işə düzəldə biləcəyini, Xalıqverdinin qardaşı qızının xadimə kimi orada işləmək istəyini bildirdiyini, ona 200 manat da həmin iş üçün pul verməli olduğunu dediyini, Xalıqverdiyinin b barədə Cəmaləddinə xəbər verdiyini, Cəmaləddin 200 manat məbləği taparaq gətirib Xalıqverdiyə verdiyini, Xalıqverdinin həmin pulu da ona verdiyini, X12 anası ilə iş yoldaşı olduğunu, onun orta təhsil haqqında şəhadətnamə və attestatı olmadığından həmin sənədləri almaq istədiyini, 2023-cü ilin fevral ayında şəhadətnamə və attestat almaq məsələsini həll edə etmək üçün ondan 300 manat pul, şəxsiyyət vəsiqəsinin surətini aldığını bildirmiş, xəstə olduğu üçün bu işi görmüş, əməlindən peşman olmuşdur və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında 2022-cü ilin sonlarından Naxçıvan şəhərində yerləşən Böyük bağ adlanan ərazidə bağban kimi çalışır. 2023-cü ilin mart ayında o, Böyük bağ adlanan yerdə bağban işlədiyi zaman həmin ərazidən demək olar ki, hər gün əlində qovluq olan, rəsmi geyim-keçimi olmaqla gedib-gələn bir nəfər şəxs onunla yavaş-yavaş ünsiyyət yaratmağa başlamışdır. Onunla işləyən digər bir şəxslə həmin şəxsin münasibətləri yaxşı idi. Tanımadğı şəxs onu ilk öncə Cəmşid Naxçıvanski Muzeyində gözətçi kimi işə düzəldəcəyini bildirmişdi. Lakin bir müddət sonra yanında çalışan şəxslə yox ounla ünsiyyəti artırmış və ona “Görürəm sənin üstün-başın təmizdir. Gəl ora onu deyil, səni işə düzəldək” demiş, o da inandığı üçün mart ayının əvvəllərində 200 manat pulu işlədiyi Böyük bağın yanında yolun kənarında Şəxs verib. Rizvan ona “Sənin işin ola bilər ki, bir həftəyə, ola bilər də ki, 1 aya həll olar” demişdir. Mart ayının təqribən 15-də həmin adam yenə onların işlədiyi Böyük bağ adlanan yerdə onunla söhbət edərkən “Başqa yaxın adamın varsa onlara xəbər ver digər idarələrdə də də gözətçi kimi vakant yerlər var. Onlar da pulu versinlər və lazım olan sənədləri hazırlasınlar onları da gözətçi kimi işə düzəldək” demişdir. Rizvan onu xəbərdar etdi ki, işə düzəlmək istəyən şəxs bu dəfə 200 manat deyil 300 manat verməlidir. O da qardaşının kürəkəni X7 bu barədə xəbər verib. Camaləddin razılaşmış və söhbətdən üç gün sonra 300 manat pulu ona vermiş, o da həmin pulu Rizvana vermişdir. Təqribən mart ayının 25-də Rizvan yenidən onun yanından keçəndə dedi ki, “Cəmşid Naxçıvanski Muzeyində xadimə ştatı yeri də boşdur məsləhət bildiyin adam varsa de, onu da ora işə düzəldək. Gözətçi vəzifəsinə düzəlmək istəyən şəxsə de ki, özü gözətçi kimi, həyat yoldaşı isə xadimə kimi orada işləmək istəyirsə 200 manat da həmin iş üçün pul verməlidir”. O da bu barədə Cəmaləddinə xəbər vermiş, Cəmaləddin də dərhal 200 manat məbləği taparaq gətirib ona vermiş və o, həmin 200 manat pulu da Rizvana vermişdir. Ümumilikdə Rizvana 700 manat, 100 manat pulu isə sənədləşməyə xərcləmişdir. Rizvan oradan keçəndə ondan işin nə yerdə qaldığını soruşduqda isə o hər dəfəsində “Gözlə sənədləriniz gedib Mədəniyyət Nazirliyinə təsdiqi gözləyirik” deyib. Təqribən 2 ay müddətində işin nə yerdə qaldığını soruşmuş, Rizvan da eyni cavabı vermişdir. Lakin may ayının 25-də “Tik tok” sosial şəbəkəsində Şəxs adlı şəxsin şəhid atası kimi özünü təqdim edərək vətəndaşları aldatdığı xəbərini eşitdikdən sonra dərhal onun nömrəsinə zəng vurmuş, lakin telefonuna zəng çatmamışdır. May ayının 30-da Rizvanın işlədiyi Cəmşid Naxçıvanski Muzeyinin direktorunun qəbulunda olub baş verənləri ona danışanda direktor ona “Mənim bu işlərdən xəbərim yoxdur” demişdir. Rizvanla münasibətləri ilk öncə zəif olsa da, sonradan münasibət dərinləşmiş, o Rizvanın etibarlı adam olduğunu düşünərək həmin pulları ona vermişdir. Həmçinin Rizvan ona hər gün onun işlədiyi yerdən keçib məscidə gedərək namaz qıldığını demiş və Rizvanın bu cür hərəkəti ona qarşı inam yaratçışdır. Rizvanın məhəlləsindən olan bəzi adamlardan Rizvanı soruşduqda ona Rizvanın dələduz olduğunu, “Bacar xoşluqla ala bilsən al.Yoxsa üstünə çox getsən səsini başına atıb qaçacaq şikayətə” demişlər. O da bu barədə Naxçıvan Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X.Quliyev şikayətçi olduğunu bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahatında orta təhsil haqqında şəhadətnamə və attestatı olmadığından həmin sənədləri almaq istəmiş, 2023-cü ilin fevral ayında anasının işlədiyi Cəmşid Naxçıvanski adına Muzeydə olarkən şəhadətnamə və attestat almaq niyyətini bildirdikdə əvvəlcədən tanımadığı Şəxs adlı şəxs ona yaxınlaşaraq məsələni həll edə biləcəyini bildirərək 300 manat pul, şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. 3 gün sonra o, 300 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini anası və digər iş yoldaşlarının yanında Rizvana vermişdir. Şəxs onun anası X19 ilə birlikdə Cəmşid Naxçıvanski adına Muzeydə işləyir. Pulu verdikdən bir müddət sonra Rizvanla əlaqə saxlayaraq sənədlərlə bağlı soruşduqda Şəxs ona hər dəfəsində müxtəlif bəhanələr gətirərək gözləməyini bildirdi. Lakin üzərindən bir neçə ay keçməsinə baxmayaraq hər dəfə soruşduqda sənədlərin hələ yığılmadığını, 10 nəfər şəxs olandan sonra imtahan olacağını, orada iştirak edəndən sonra ona şəhadətnamə və attestatın verəcəyini bildirdi. Lakin söhbətin üzərindən 4 ay keçməsinə baxmayaraq Rizvan nə sənədləri verib, nə də ki, pulunu geri qaytarıb. xx.xx.2023-cü il tarixdə “Tik tok” sosial şəbəkəsinə baxan zaman Şəxs şəkli olan xəbəri görmüşdür. Xəbərdə Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs Culfa rayon şəhidi olan Nicat Məmmədlinin atası kimi özünü yalandan qələmə verərərək vətəndaşların etibarından sui-istifadə etdiyinə görə saxlanıldığını oxumuş və dərhal Rizvana zəng vuraraq ondan pulunu geri qaytarmasını tələb etmiş, Rizvan da ona maaşı alıb pulu qaytaracağını demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında 2023-cü ilin mart ayında həyat yoldaşı X2 əmisi Quliyev Xalıqverdi ona zəng vuraraq bir nəfər şəxsin 300 manat pul müqabilində onu Cəmşid Naxçıvanski Muzeyində gözətçi kimi işə düzəldəcəyini dediyində o razılaşaraq 300 manat pulu Quliyev Xalıqverdiyə vermiş, Xalıqverdi də həmin pulu alaraq sonradan adını bildiyi Şəxs adlı şəxsə vermişdir. Söhbətin üzərindən təqribən 10 gün keçdikdən sonra Xalıqverdi zəng vuraraq həmin adamın Cəmşid Naxçıvanski Muzeyində xadimə axtarıldığını, arvadının həmin işə düzəltmək üçün 200 manat pul verməli olacağını demişdir. O da həyat yoldaşının işə düzəldilməsi üçün 200 manat pul əldə edərək Xalıqverdiyə vermiş, Xalıqverdi də öz növbəsində pulu Şəxs çatdırmışdır. Pulu verdikdən sonra müxtəlif idarələrdən sənədlər toplamağa başlamış, hərdən Quliyev Xalıqverdidən işin nə yerdə olduğunu soruşduqda Xalıqverdi ona Rizvanın onlara səbirli olmalarını, xəbər çıxan kimi məlumat verəcəyini bildirmişdir. Lakin üzərindən 2 ay keçməsinə baxmayaraq işdən heç bir xəbər çıxmadı. May ayının 25-də axşam “Tik tok” sosial şəbəkəsinə baxarkən Şəxs adlı şəxsin şəhid atası kimi vətəndaşları aldadaraq pulunu mənimsəməsi və polis əməkdaşları tərəfindən saxlanılması başlıqlı xəbəri oxumuş, dərhal Xalıqverdiyə zəng vurub hadisə barədə məlumat vermişdir. Xalıqverdi də aidiyyəti üzrə maraqlandıqdan sonra Rizvanın həqiqətən də dələduz olduğunu öyrənmişlər. İşsiz olduqlarında və həyat yoldaşının əmisi Quliyev Xalıqverdi onu əmin etdiyinə görə o, ümumilikdə 500 manat pulu Xalıqverdiyə vermişdir. O Rizvanı tanımamış, ona pul verməmişdir. Pulu arvadının əmisi Xalıqverdiyə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında həyat yoldaşı X5 izahatını təsdiqlədiyini bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20-də inzibati qaydada tutulmuşdur. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis leytenantı X21 tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 22 iyun 2023-cü il tarixdə 002154 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Naxçıvan MR ƏƏSM Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/960 nömrəli arayışa əsasən Qafarov X20 qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X5 və X2 inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınmasına xitam verilməlidir. Belə ki, inzibati materialdan və məhkəmə baxışı zamanı verilmiş izahatlardan məlum olur ki, X10 və X1 Rizvan Talıb oğlunu tanımamış, ona pul verməmiş, Şəxs onların etibarını heç bir halda qazanmamışdır. Belə olan halda onların işə düzəltmək adı ilə X3 almışdır. Digər zərəçəkmiş şəxslər isə-X9-700 manat, X18 isə 300 manat pulu birbaşa Şəxs verməsi işə baxılarkən öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs işə düzəltmək və başqa adlar altında aldadıb X12 300 (üç yüz) manat pulunu, bundan başqa müxtəlif vaxtlarda X3 müxtəlif niyyətlərlə ümumilikdə 700 (yeddi yüz) manat pulunu ələ keçirmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə Şəxs X3 üç dəfə olmaqla fərqli niyyətlərlə ümumilikdə 700 manat pul almasına münasibətdə qeyd edir ki, düzgün olaraq təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, alınan pulun məbləği cinayət tərkibi yaratmış olsa da vahid niyyətlə alınmadığından hər bir niyyət üzrə alınan pul məbləğinə münasibət bildirilməli, X4 özünün gözətçi işinə düzəldilməsi üçün 200 manat, qardaşı qızının xadimə işinə düzəldilməsi üçün 200 manat, qardaşı kürəkəninin gözətçi işinə düzəldilməsi üçün 300 manat pul almasının ayrı-ayrılıqda cinayət tərkibi yaratmadığından inzibati məsuliyyətə səbəb olması kimi qiymətləndirilməlidir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal barəsində inzibati icraat aparılan şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə Şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulan ziyanın məbləğinə mübahisə olmadığından Şəxs 700 (yeddi yüz) manat pul zərərçəkmiş şəxs X6, 300 (üç yüz) manat pul alınaraq zərərçəkmiş şəxs X14 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs 700 (yeddi yüz) manat pul zərərçəkmiş şəxs X6, 300 (üç yüz) manat pul alınaraq zərərçəkmiş şəxs X14 verilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-281/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-281/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver