Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-281/2024 23.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X2 və protokol tərtib edən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-40/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, 06 fevral 2024-cü il tarixdən hesablanmağa başlayaraq, Şəxs hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, 12 may 2010-cu il təvəllüdlü X6 və 17 aprel 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün anaları X3 ödənilməsi qət edilmişdir. İş üzrə icraata 08 fevral 2024-cü il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun aliment borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasını bilmədiyini, işsiz olduğunu, bu səbəbdən icra vərəqəsinin icrasını yerinə yetirmədiyini, işsiz olduğundan qərarı icra edə bilmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-40/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-40/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə 06 fevral 2024-cü il tarixdən hesablanmağa başlayaraq, Şəxs hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, 12 may 2010-cu il təvəllüdlü X6 və 17 aprel 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün anaları X3 ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 08 fevral 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva.