Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-282/2023 24.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Ə.Qəmküsar 15/3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində tərtib olunmuş material 24 iyun 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə rəisi polis mayoru X2 tərəfindən tərtib olunmuş 24 iyun 2023-cü il tarixli 002261 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Naxçıvan şəhər 61-ci məhəllədə yerləşən Faytonçu kafenin qarşısında sərxoş halda xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixində saat 17 radələrində Naxçıvan şəhər 61-ci məhəllədə yerləşən Faytonçu kafedə 3 bakal pivə içmiş, bir müddət kafedə oturduqdan sonra kafenin həyətinə düşmüşdür. Kafenin həyətində maşın yuma yeri vardır, orada maşını yudurtmuşdur, həmin vaxt kafeni işlədən Raul adlı şəxslə mübahisə etmişdir, sərxoş olduğu üçün özündən asılı olmadan ucadan nalayiq ifadələr işlətmiş, bu zaman kənarda olan şəxslər polisə məlumat vermiş, polis əməkdaşı gələrək onu nizam-intizama dəvət etmiş, lakin sərxoş olduğu üçün polisin sözünə məhəl qoymamış, onu maşına dəvət edib idarəyə gətirmək istəyəndə gəlmək istəməmişdir. Bir neçə polis əməkdaşı tərəfindən polis şöbəsinə aparılmışdır. Şəxs etdiyi əmələ görə peşman olduğunu, sərxoş vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən Demir özer Samirə Oktay qızı izahatında Naxçıvan şəhər 61-ci məhəllədə yerləşən Faytonçu kafedə aşçı-qabyuyan işlədiyini, xx.xx.2023-cü il tarixdə saat 17:25 radələrində kafenin qarşısında Həsənin səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, Həsəni kafeyə gedib-gələn şəxs kimi tanıdığını, kafeni işlədən Raula qarşı söyüş söydüyünü, polis əməkdaşlarıının yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin həmin şəxsin polisə tabe olmadığını, zorla maşına mindirilib aparıldığını bildirdi. Məhkəmədə şahid qismində izahat verən X6 izahatında Faytonçu kafedə yerləşən avtoyuma və çayxananı kirayə götürüb işlətdiyini, 23 iyul 2023-cü il tarixdə Həsən maşının avtoyumaya təhvil verdiyini, istirahət otağında olarkən kiminsə səs-küy saldığını eşitdiyini, çölə çıxanda Həsəni gördüyünü və onun sərxoş olduğunu, Həsənə sakit olmasını bildirəndə onu da söydüyünü, ətrafda olan şəxslərdən kiminsə polis çağırdığını, polis əməkdaşları gələndə Həsənin onlarla şöbəyə getmək istəmədiyini, zorla maşına mindirilib aparıldığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 24 iyun 2023cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə rəisi polis mayoru X2 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Naxçıvan şəhər 61-ci məhəllədə yerləşən Faytonçu kafenin qarşısında bir nəfərin səs-küy salaraq ucadan nalayiq sözlər işlətdiyini gördüyü üçün həmin şəxsə yaxınlaşıb ona etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/967 nömrəli arayışa əsasən Paşayev X3 qeydiyyatda durmur və ona sosial müavinət və təqaüd ödənilmir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 180 nömrəli arayışa əsasən Paşayev X1 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 472 nömrəli arayışa əsasən Paşayev X4 heç bir növ pensiya almır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşə baxılarkən Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq əməlini törətməsi istər özünün ifadəsi, istərsə də şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilən videogörüntülərdən Şəxs açıq-aşkar polisin tələbinə tabe olmadığını aydın şəkildə göstərilir və onun əməlində 535.1-ci maddəsinin tərkibi təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İstər Şəxs izahatında, istərsə də şahidlərin izahatında onun sərxoş olması qeyd edilsə də sərxoşluğunu təsdiq edən akt olmadığından məhkəmə qeyd edir ki, bu hal iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilə bilməz. Buna görə də Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-282/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-282/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver