Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-282/2024 23.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Babək rayon Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, 1 uşaq atası, orta təhsilli, ********** VÖEN-lə satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) işləyir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 28 May küçəsi, ev 10 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Daxil olmuş inzibati xəta haqqında protokola görə iddiaçı X3 cavabdeh Şəxs qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 80/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə tələbkar X6 izahatında bildirmişdir ki, onalr borcun hər ay 200 manat ödənilməsi ilə bağlı razılıq əldə etsələr də, borclu buna əməl etməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış borcunu ödəyə bilmirdi. Çünki işləmirdi. Əslində o, borcu hər ay 200 manat olmaqla ödəmək istəsə də, icra məmuru razılıq verməmişdir. Hazırda o, 20 gündür ********** VÖEN-lə satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) işləyir və əmək haqqısı ümumilikdə 550 manat təşkil edir.. Borcun əmək haqqına ödənilməsinə etiraz etmir. Məhkəmədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, borclu haqqında elektron portaldan xx.xx.2024-cü il tarixdə Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədi icra edilmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-80/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iş üzrə cavabdeh Şəxs 1720 (bir min yeddi yüz iyirmi) manat əsas borc və 86 (səksən altı) manat cərimə pulu olmaqla ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı X4 ödənilməsi, iddiaçı X6 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 22007 nömrəli qəbzlə ödənilmiş 45 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 37 (otuz yeddi) manatı, vəkilə hüquqi yardım üçün ödənilmiş 280 (iki yüz səksən) manat, eyni zamanda marka pulu olaraq ödənilmiş 20 (iyirmi) manatın cavabdeh Şəxs alınaraq iddiaçıya qaytarılması qət edilmiş və xx.xx.2024-cü il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. xx.xx.2024-cü il tarixdə Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki işdən aydın olur ki, bütün imkanlar tükənməmişdir. Elektron portaldan alınmış məlumatda, eyni zamanda Şəxs verdiyi izahatında borclu Şəxs ********** VÖEN-lə satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) işləyir və əmək haqqısı 345 manat təşkil edir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl bu hallar aydınlaşdırılmamışdır. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunun qalan hissəsini üzürlü səbəbdən, yəni maddi imkansızlığı səbəbindən tam icra edə bilmir. Şəxsin əmlak vəziyyəti, aylıq əmək haqqı gəlirinin olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilməmişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-282/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-282/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver