Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-283/2023 29.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Babək rayonu Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, ali təhsilli, fərdi fəaliyyətlə məşğul olan, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayonu Qahab kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X2 Polis Şöbəsindən tərtib olunmuş material 29 iyun 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X2 Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenantı Vətən Qələndərov və Şöbənin ictimai təhlükəsizlik Bölməsinin polis nəfəri polis baş serjantı Sənan Baxşəliyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan aydın olur ki, xidmətdə olan zaman bir nəfər şəxs içkili olduğundan X6 Limanının Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən reysdən çıxarılan zaman narazılıq etdiyi üçün polis şöbəsinə dəvət edilmiş ancaq şəxs səsküy salaraq qanuni tələbinə tabe olmayaraq kobudcasına rəftar etdiyindən saxlanılmışdır. Polis şöbəsində şəxsin xx xxxxxx 1987-ci ildə Babək rayonu Qahab kəndində anadan olmuş, Babək rayonu Qahab kəndində qeydiyyatda olan və yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Materiala əlavə edilmiş 010664 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Mirşəgi oğlu 27 iyun 2023-cü il tarixdə X6 Limanında ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və bu zaman polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 27 iyun 2023-cü il tarixdə axşam reysi ilə Bakıya gedərkən bir qadın ona yaxınlaşıb yükünün 2 kq artıq olduğunu, əgər onun yükü azdırsa həmin 2 kq yükün onun biletinə vurulmasını xahiş etmiş, o isə yükü az olduğundan razılaşmışdır. Sonra isə növbəti ilə mübahisəsi olmuş və içkili olduğundan mübahisənin bir hissəsini xatırlasa da tam xatırlamır. Onu polis şöbəsinə aparan zaman növbətçi polislərə qarşı içkili olduğu üçün nalayiq ifadələr işlətmiş, üstünü yoxlamağa imkan verməmişdir. Bütün bunların hamısını içkili olduğu üçün etmişdir. İki gündür polis şöbəsində saxlanılır. Əməlindən peşmandır. Kobud ifadələr işlətdiyi bütün polis əməkdaşlarından üzr istəyir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X5 bildirmişdir ki, X6 Limanında Təhlükəsizlik Xidmətində növbə rəisi işləyir. 27 iyun 2023-cü il tarixdə xidmətdə olan zaman bir nəfər sərnişin biletinicırılmış şəkildə təqdim etdiyi üçün ona sənəd postuna yaxınlaşaraq biletini yeniləməli olduğunu izah etmişdir. Həmin sərnişin digər sərnişinlərin yanında ucadan həmin yeniləmənin onların vəzifəsi olduğunu bildirmiş, sərnişinlərin gedişlərinə mane olmamaq üçün onu kənara çəkmiş və kənardan içkili olduğunu müşahidə etmişdir. Bu barədə ondan soruşduqda içki qəbul etdiyini bidirmiş və içkili vəziyyətdə sərnişinlərə uçuşun icazə verilmədiyi ona xatırlatmışdır. Bu vaxt sərnişin səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Polis Şöbəsinə bu barədə məlumat vermiş və şəxsi polis şöbəsindən əməkdaşlar gələrək şöbəyə aparmışdır. Məhkəmədə şahid qismində izahat verən X4 bildirmişdir ki, X2 Polis Şöbəsində növbətçi polis əməkdaşı olaraq xidmət edir. 27 iyun 2023-cü il tarixdə xidmətdə olan zaman bir nəfər şəxs reydən kənarlaşdırlaraq polis şöbəsinə gətirilmiş və orada onlara qarşı nalayiq ifadələr işlətmiş, ünvansız söyüş spymüşdür. İstər katlaşdırma aparılanda, istərsə də şəxsi yoxlama aparılanda onlara qarşı kobud ifadələr işlətmiş və tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat verən X1 bildirmişdir X2 Polis Şöbəsində növbətçi polis əməkdaşı olaraq xidmət edir. 27 iyun 2023-cü il tarixdə xidmətdə olan zaman bir nəfər şəxs reydən kənarlaşdırlaraq polis şöbəsinə gətirilmiş və orada onlara qarşı nalayiq ifadələr işlətmiş, ünvansız söyüş spymüşdür. İstər katlaşdırma aparılanda, istərsə də şəxsi yoxlama aparılanda onlara qarşı kobud ifadələr işlətmiş və tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat verən X3 bildirmişdir ki, X2 Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı vəzifəsində xidmət edir. 27 iyun 2023-cü il tarixdə xidmətdə olan zaman Hava Limanı daxilində bir nəfər şəxsin içkili vəziyyətdə təhlükəsizlik xidmətinin əməkdaşı ilə mübahisə etdiyi və nalayiq ifadələr işlədərək söyüş söydüyü barədə ona məlumat verilmiş, həmin şəxs saxlanılaraq polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 27 iyun 2023cü il tarixdən 28 iyul 2023-cü il tarixə qədər bir gün inzibati qaydada tutulmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1254 nömrəli 27 iyun 2023-cü il tarixli aktdan aydın olur ki, Şəxs müayinədən keçmiş və onda sərxoşluq vəziyyəti vardır. Məhkəmə inzibati xəta törətmiş şəxsin,şahidlərin izahatlarını, materiallara əlavə edilən sənədləri tədqiq edib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tərkibi mövcuddur. və şəxs həmin əməlləri törətməkdə təqsirlidir. Ona görə də şəxs təqsirli bilindiyi maddələrə gözə cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanın sərxoş vəziyyətdə törədilməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati həbsin əvvəlinin hesablanmasına münasibətdə qeyd edir ki, həbsin əvvəli onun barəsindən inzibati xəta haqqında tutma protokolu tərtib edildiyi 27 iyun 2023-cü il tarixdə hesablanmalıdır. Həmçinin protokolda şəxsin 28 iyun 2023-ü il tarixdə azad edilməsi göstərilsə də Şəxs izahatında iki gündür ki, polis şöbəsində saxlanıldığını bildirmiş, protokol tərtib edən orqan tərəfindən bunu təkzib edən faktlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə şəxsin izahatı əsasında inzibati həbsin əvvəlinin məhz 27 iyun 2023-cü il tarixdən hesablanmalı olması nəticəsinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 27 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-283/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-283/2023
29.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver