Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-283/2024 23.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Culfa rayonu, Kırna kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Culfa rayonu, Kırna kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 23 iyul 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23 iyul 2024-cü il tarixdə Naxçıvan şəhər Əcəmi seyrangahında ictimai yerdə səs-küy salıb nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 23 iyul 2024-cü il tarixdə, təxminən saat 14:30 radələrində Naxçıvan şəhər Əcəmi seyrangahında hərəkətdə olan zaman mobil telefonuna zəng gəlmişdir. Bir neçə dəqiqə telefonla danışdıqdan sonra dostu Həsənlə mübahisə etməyə başlamış və özünü saxlaya bilməyib uca səslə nalayiq ifadələr işlədərək mobil telefonunda onu təhqir etmişdir. Bir neçə dəqiqə bu cür mübahisə davam etmişdir. Həmin zaman ərazidə xidmət edən polis əməkdaşı ona yaxınlaşıb ona “ətrafda insanlar var, bu cür səs-küy salıb onları narahat edirsiniz” demişdir. Çox əsəbi olduğu üçün təkrar uca səslə telefonda dostuna qarşı kobudluq edib nalayiq ifadələr işlətməyə davam etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra həmin yerə patrul gəlmişdir. Polis əməkdaşının dəvət etdiyi nizam-intizama əməl etmədiyi üçün onlar onu avto patrula dəvət edən zaman təkrar onlara məhəl qoymamışdır. Lakin onlar onu avto patrula mindirərək polis idarəsinə gətirmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, 23 iyul 2024cü il tarixdə Naxçıvan şəhərində yerləşən Əcəmi seyrangahında xidmətdə olan zaman bir nəfər şəxsin mobil telefonla ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq ictimai yerdə səs-küy salıb nalayiq ifadələr işlətdiyi üçün ona qarşı irad bildirmişdir. O, ona məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Bu barədə sahə rəisi, polis kapitanı Şamil Həsənova məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra Şamil Həsənov həmin yerə gələrək həmin vətəndaşa yaxınlaşaraq onu nizam-intizama dəvət etsə də, o, buna məhəl qoymayıb “get işinlə məşğul ol” deyərək öz hərəkətlərinə davam etmişdir. Əraziyə avto patrul dəvət olunaraq həmin şəxsin idarəyə gətirilməsini təmin etmişlər. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında bildirmişdir ki, 23 iyul 2024-cü il tarixdə PPXB-nin polis baş serjantı Məmməd Kərimov ona zəng edərək bildirmişdir ki, Əcəmi seyrangahında bir nəfər şəxs mobil telefonu vasitəsilə ucadan səs-küy salaraq nalayiq ifadələr işlədir. Dərhal həmin ünvana gedərək həmin şəxsi nizam-intizama dəvət etsə də, o, buna məhəl qoymayıb “get işinlə məşğul ol” ifadəsini işlədib öz hərəkətlərinə davam etmişdir. Bu zaman həmin yerə avto patrul dəvət edib şəxsi avto patrula mindirərək onun idarəyə gətirilməsini təmin etmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 iyul 2024cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli raportdan görünür ki, 23 iyul 2024-cü il tarixdə Naxçıvan şəhəri, Nizami küçəsində Əcəmi Seyrangahı adlanan ərazidə bir nəfər şəxsin ucadan səs-küy salmaqla, nalayiq ifadələr işlətməyi barədə PPXB-nin polis nəfəri, polis baş serjantı X1 Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 məlumat vermişdir. Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3 həmin yerə gedərək səs-küy salan şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət etmiş, o, onun qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə qəsdən davam etməklə, onaə qarşı da kobudluq nümayiş etdirmişdir. Əlavə qüvvə dəvət edərək həmin şəxsi Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. İdarədə məlum olmuşdur ki, həmin şəxs Culfa rayonu, Kırna kənd sakini Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşə məhkəmədə baxılarkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Ona görə də şəxsin əməlində həmin maddə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxılan zaman Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmişdir. İş üzrə Şəxs törətdiyi 535.1-ci maddə üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 iyul 2024-cü il tarixdən, saat 15:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-283/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-283/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver