Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-283/2025 08.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, Şikayət vermiş şəxs X2, inzibati qərar qəbul etmiş orqan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, X2 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbehin əsassız, ədalətsiz və qərəzli şəkildə verildiyini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin onun barəsində 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 şikayətini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin 02 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərar qəbul edilmişdir və həmin qərarla qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə tətbiq olunmuşdur. Qərarla ona görə razılaşmır ki, ona tətbiq edilən maddədə konkret olaraq qadağan olunmuş yerdə və qadağan olunmuş müddətlərdə ov edilməsindən söhbət gedir. Həmin ərazidə qadağan olunma ilə bağlı hər hansı nişan və ya xəbərdarlıq yox idi. İkinci hal ondan ibarətdir ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununda həvəskar balıq övu deyilən anlayış vardır. O da həvəskar olaraq bu balıq növündən istifadə etmək və istirahət etmək məqsədilə balıq tutmaq üçün kanala getmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin müvafiq maddəsinə görə hər hansı qanunazidd addım atmamışdır və onun hərəkəti yolveriləndir, onun əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd etdiyinə görə qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 izahatında şikayətlə eyni məzmunlu izahat vermiş, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi X3 izahatında şikayətlə razılaşmadığını, müvafiq normativ aktla balıq tutulmasının qadağan edildiyi müddətdə balıq ovuna getdiyini nəzərə alıb şikayətin əsassız olduğundan rədd edilməsini və qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. X7 ərizə ilə məhkəməyə müraciət edərək yolun uzaq olması və maddi vəziyyətinin yaxşı olmaması səbəbindən Sədərək Rayon Məhkəməsinə gedib-gəlməyin maddi cəhətdən ona sərfəli olmamasını nəzərə alıb şikayətinə Naxçıvan Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş , Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarının surətinə əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətmiş və 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Sədərək Rayon Polis şöbəsində işlə bağlı müvafiq araşdırma aparılmış, X4 izahatı alınmış, MN ******* nömrəli 09 may 2025-ci il tarixli protokol tərtib edilmişdir. Həmçinin müvafiq qərardadla protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin 02 iyun 2025-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə tətbiq edilmişdir. Məhkəmə izahatları dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və qərar ləğv edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin qeyd hissəsinə əsasən bu Məcəllənin 272-ci və 272-1-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 272.3-cü maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 tərəfindən qadağan edilən müddətdə ov etməklə ov qaydalarını pozması kifayət qədər sübutlarla təsdiqini tapmır. Məhkəmə X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ilk olaraq qərar qəbul edən orqanın bununla bağlı səlahiyyətli olub-olmadığına hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının qüvvədən düşmüş 5.23-cü bəndinə görə həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxırdı. 13 dekabr 2024-cü il tarixli 244 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 14 dekabr 2024-cü il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, İ kitab, maddə 1294) ilə 5.23cü bənd ləğv edilmişdir. Sözügedən Fərmanın 5.22-1-ci bəndinə görə həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır. Sözügedən Fərmanın 5.11-ci bəndinə görə həmin Məcəllənin 228, 230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 266.1 (bu Fərmanın 5.11-1-ci bəndi nəzərə alınmaqla), 266.2, 266.5–266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 (balıq və su bioresursları istisna olmaqla) və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır; Göründüyü kimi Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə qərar qəbul etmək səlahiyyəti olmadığı halda 02 iyun 2025-ci il tarixdə işə baxaraq MN № ******* saylı qərar qəbul etmişdir. Protokol tərtib edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq polis orqanın inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olsa da həmin protokol kifayət qədər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İXM-in 135.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair , Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-283/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-283/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver