Məhkəmə qərarları › İş №3(078)-285/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-285/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-285/2025 19.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 19 iyun 2025-ci il tarixli, 12054/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 16 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən X2 və Şəxs müştərək qaydada 7709.31 (yeddi min yeddi yüz doqquz manat otuz bir qəpik) manat əsas borc, 1306.94 (min üç yüz altı manat doxsan dörd qəpik) manat faiz borcu, 144.63 (yüz qırx dörd manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9160.88 (doqquz min yüz altmış manat səksən səkkiz qəpik) manat məbləğində kredit borcu və 111.61 (yüz on bir manat altmış bir qəpik) manat dövlət rüsumunun əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 28 avqust 2023-cü il tarixli icra sənədinə əsasən 9.568.33 (doqquz min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində cərimə borcu olmaqla cəmi 9968.33 (doqquz min doqquz yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində pulun Şəxs tutularaq «X5» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddia qaldırılan zaman ödənilmiş 126.49 (yüz iyirmi altı manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 103 (yüz üç) manat hissəsinin cavabdeh Şəxs tutularaq «X5» Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-763/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 02 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli Tam kart çərçivə Müqaviləsinə əsasən 2016.18 manat məbləğində hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borcun iddiaçı «Zərərçəkmiş şəxs1» ASC-nin xeyrinə tutulması və “Zərərçəkmiş şəxs1” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.16 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının əvəzinin cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 02 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat məbləğində pulun Şəxs tutularaq "Zərərçəkmiş şəxs1" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və 116.79 (yüz on altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının Şəxs tutularaq "Zərərçəkmiş şəxs1" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-152/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 11 mart 2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******, qeydiyyatda olduğu yer - Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti ev 33, mənzil 17) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsinin təmin edilməsi və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun maraqlı şəxs Şəxs tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarlarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvanbanka olan borc üzrə özünün zamin olduğunu, əsas borclunun atasının olduğunu, atasının 2-3 ildir Rusiyaya getdiyini, onunla əlaqələrinin olmadığını, 100 manat və 200 manat olmaqla 300 manat ödəniş etdiyini, qalan borcları üzrə heç bir ödəniş etmədiyini, bəzi borcları üzrə özünün həqiqətən borclu olmadığını, 1 aydır taksi fəaliyyəti ilə məşğul olduğunu, ödəniş edəcəyini, möhlət verilməsini istədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında 2023-cü ildə ilk icra sənədinin daxil olduğunu, çağırıb bütün xəbərdarlıqları etdiyini, 300 manat ödəniş etdiyini, başqa heç bir ödəniş olunmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 16 yanvar 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2 və Şəxs müştərək qaydada 7709.31 (yeddi min yeddi yüz doqquz manat otuz bir qəpik) manat əsas borc, 1306.94 (min üç yüz altı manat doxsan dörd qəpik) manat faiz borcu, 144.63 (yüz qırx dörd manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9160.88 (doqquz min yüz altmış manat səksən səkkiz qəpik) manat məbləğində kredit borcu və 111.61 (yüz on bir manat altmış bir qəpik) manat dövlət rüsumunun əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-750/2022 saylı, 16 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 17 yanvar 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 28 avqust 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 9.568.33 (doqquz min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində cərimə borcu olmaqla cəmi 9968.33 (doqquz min doqquz yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində pulun Şəxs tutularaq «X5» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddia qaldırılan zaman ödənilmiş 126.49 (yüz iyirmi altı manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 103 (yüz üç) manat hissəsinin cavabdeh Şəxs tutularaq «X5» Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 29 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-807/2023 saylı, 28 avqust 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 29 avqust 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 02 iyul 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-763/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli, BPM**********81 nömrəli Tam kart çərçivə Müqaviləsinə əsasən 2016.18 manat məbləğində hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borcun iddiaçı «Zərərçəkmiş şəxs1» ASC-nin xeyrinə tutulması və “Zərərçəkmiş şəxs1” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.16 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının əvəzinin cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 03 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-763/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 03 iyul 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 02 dekabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat məbləğində pulun Şəxs tutularaq "Zərərçəkmiş şəxs1" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və 116.79 (yüz on altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının Şəxs tutularaq "Zərərçəkmiş şəxs1" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 05 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-816/2024 saylı, 02 dekabr 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 05 dekabr 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 11 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-152/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******, qeydiyyatda olduğu yer - Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti ev 33, mənzil 17) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsinin təmin edilməsi və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun maraqlı şəxs Şəxs tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 14 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-152/2024 saylı, 11 mart 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 14 mart 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar