Məhkəmə qərarları › İş №3(078)-287/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-287/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-287/2025 21.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X1 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 iştirakları ilə, xx xxxx 1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, FİN: 54DTSW1, subay, bir uşaq atası, orta ixtisas təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Daxil olmuş inzibati xəta haqqında protokola görə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-29/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 10 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə Şəxs izahatında maddi imkanı olmadığı üçün icra sənədi üzrə aliment borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Hazırda 500 manatdan artıq borcu vardır və 5 aydır ödəyə bilmir. Çünki işləmir və xəstədir. Panik atakları olur və müalicə alır. Maşınını satıb ayın sonuna qədər bütün borcunu bağlayacaq. O aliment ödəyirsə övladını görməlidir. Ancaq övladını görə bilmir. Borcunu vaxtında ödəmədiyi üçün borc öhdəliyi var. Qərar qəbul edilərkən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında bildirmişdir ki, borclu haqqında elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədi icra edilmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda borclunun 710 manat borcu vardır və 5 aydır ümumiyyətlə ödəmir. Övladı xəstədir və Ərzurumda müalicə alır. Övladının əlillii vardır, dəfələrlə müraciət edir ki, köməklik etsinlər uşağı müalicə etdirsin. lakin alimenti ödəmir. Ona görə şikayətçidir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-29/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 10 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən, 10 yanvar 2022-ci il tarixdən hesablanmağa başlayaraq, Şəxs hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat miqdarında alimentin tutularaq, 24 mart 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası X2 ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 11 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən 11 yanvar 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Borcluya 17 aprel 2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi 29 aprel 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə, məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 21 iyun 2025-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar