Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-289/2023 14.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci ildə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olub, həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi X5 3340 yük markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində saxlanılmış, baxış zamanı onda sərxoşluq əlamətləri olduğu üçün tibbi yoxlamadan keçirilmiş, yoxlama nəticəsində onun sərxoş olması müəyyən olunmuş, həmin tarixdə Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs X2 özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi X5 3340 yük markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı Naxçıvan şəhəri Qaraxanbəyli kəndində saxlanılmışdır. Ümumiyyətlə içki içməmişdir. Avtomobili kəndin kanalının yanında saxlamış, kəndin arxıdır. Heç bir qayda pozuntusu olmamışdır. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də işin icraatını rədd edən halların mövcud olub-olmamasıdır. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında materiala əlavə edilən sənədlər protokolun məhkəməyə göndərilməsi barədə vətəndaşa məktub, İXP5513926 nömrəli xx.xx.2023-cü il tarixli protokol, 00522 nömrəli xx.xx.2023-cü il tarixli alkovisor protokolu, sürücülük vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və raportdan ibarətdir. xx.xx.2023-cü il tarixli Naxçıvan ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Arzu Hüseynovun raportundan aydın olur ki, 24 iyun 2023-cü il tarixdə saat 16:00 radələrində Qaraçuq Qaraxənbəyli kəndində xidməti vəzifəsini yerinə yetirərkən “Mersedes 3340” markalı yük avtomobili **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi kəndin kanalına saldığını və qayda pozuntusu etdiyini müşahidə etdim və yol hərəkəti qaydasını pozduğu üçün avtomobil tərəfindən saxlanıldı. Tərəfindən saxlanılan avtomobilin sürücüsünün Qaraçuq kənd sakini 1972-ci il təvəllüdlü Şəxs Əfrəsiyyət oğlu olduğu müəyyən olundu. Sürücü Şəxs Əfrəsiyyət oğlu sərxoş olduğu üçün Naxçıvan Şəhər Dövlət X3 əməkdaşlarına təhvil verildi. 00522 nömrəli xx.xx.2023-cü il tarixli alkovisor protokolunda alkoqolun miqdarı 2.296% sürücünün soyadı Şəxs avtomobilin nömrəsi 75BX409 olması qeyd edilmiş, lakin nə sürücü, nə polis əməkdaşı tərəfindən protokol imzalanmamışdır. Protokolun saatı 07:08 radələri, raportun saatı 16:00 radələri kimi qeyd edilmişdir yəni raporta görə sürücü sərxoş olduğu üçün polis əməkdaşlarına təqdim edilmişdir, belə olan halda sürücünün saat 16 radələrindən sonra alkovisordan keçirilməli olduğu halda ondan 8 saat əvvəl keçirilməsi protokolun əsassız şəkildə tərtib edilməsi hesab edilir. Sərxoşluq vəziyyətinə dair əlavə hər hansı protokol işdə yoxdur. Belə olan halda istər vaxt baxımından, istər imzalanmadan sadəcə kompüter yazılarından ibarət protokolun heç bir sübut əhəmiyyəti yoxdur və sərxoşluq vəziyyətini müəyyən edən ikinci bir sübut da işdə yoxdur. Qeyd edilən hallar məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolu ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-289/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-289/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver