Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-289/2025 23.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Babək rayonu Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, Bakı şəhəri Nəqliyyat Agentliyində mühəndis işləyən, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinə X14 X3 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə X14 X3 Polis Şöbəsində tərtib olunmuş material 23 iyun 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X3 Polis Şöbəsinin X1 rəisi polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23 iyun 2025-ci il tarixdə hava limanı ərazisində ictimai yerdə ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 17 iyun 2025-ci ildə şəxsi işi ilə bağlı Naxçıvan şəhərinə gəlmişdir. Qayıdış üçün biletini bacısı qızı dediyinə görə onlayn olaraq 22 iyun 2025-ci ildə axırıncı reysə almışdı. 22 iyun 2025-ci ildə saat təxminən 22:00 radələrində Bakı şəhərinə getmək üçün X8 Limanına gəlmiş və qeydiyyata yaxınlaşmışdır. Bu zaman qeydiyyatda adı çıxmdığını görüb. Daha sonra hava limanı əməkdaşları onu biletlərin satışı üçün nəzərdə tutulmuş kassaya yönləndirdilər. Kassada isə onun biletinin 21 iyun 2025-ci ildən 22 iyun 2025-ci il tarixə keçən gecə olduğunu və artıq gecikdiyi üçün biletinin yararsız olduğunu dedilər. O isə biletinin cəriməsini ödəmək istədiyini və biletini təkrar yazmaqlarını tələb etdiyini bildirmişdir. Bu zaman isə ona tam olaraq biletin gecikdiyini və heç bir cərimə olmadığını dedilər. Bundan sonra polis əməkdaşlarıda orada olduğu üçün onlarla birlikdə hava limanından çölə çıxmış və ona biletin qaytarılma qaydalarını izah etmişlər. Daha sonra o hava limanından çıxdığı qapıdan təkrar olaraq içəri girmişdir. Bu zaman Hava Limanı əməkdaşı ona geri qayıtmağını bildirsə də o qeydiyyata çantalarını götürmək üçün getdiyini bildirdi. Bundan sonra o və yanına gələn bir nəfər əməkdaş təkidli şəkildə ona geri qayıtmağını bildirmişdir. O çantanı götürüb çölə çıxmaq istədi zaman onlarla arasında mübahisə yarandığını və onlara əsəbləşməyə başladığını, sərxoş olduğu üçün həmin anda əsəblərini cilovlaya bilməyərək sözlü mübahisəni davam etdirdiyini, bundan sonra oraya gələn polis əməkdaşları Hava Limanının ictimai yer olduğunu və etdiyi əməlin qayda pozuntusu olduğunu bildirərək onu polis şöbəsinə gətirdiklərini, hadisənin sərxoş olması ilə əlaqədar olaraq baş verdiyini, əməkdaşların onu mübahisəyə təhrik etdiyini, onun əvvəl heç bir şey etmədiyini, onu itələyərək zor tətbiq edərək çıxarmağa çalışdıqlarını, görüntüdə hər şey olduğunu, onun həmin əməkdaşlardan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X10 izahatında bildirmişdir ki, X8 Limanın ATX-nin agenti işləyir. 22 iyun 2025-ci ildə X6 Limanında xidmətdə olduğu zaman saat təxminən 23:40 radələrində qərb minik zalının qarşısında növbə rəisi Mirzaur Seyidzadə ilə birlikdə durmuşdur. Bu zaman iş yoldaşı Nihad Həsənov xidməti telefonla növbə rəisi Mirzaur Seyidzadəyə məruzə edərək bir nəfər şəxsin hava limanın çıxış qapısından içəri daxil olduğunu bildirdi. Daha sonra həmin şəxsin əlində çanta ilə minik zalına qalxmaq üçün onlara tərəf yaxınlaşdığını görmüşdür. Növbə rəisi Mirazur Seyidzadə həmin vətəndaşa dəfələrlə xəbərdarlıq edərək biletinin artıq bir gün əvvəl uçduğunu və gedə bilməyəciyini bildirməsinə baxmayaraq fiziki güc tətbiq edərək qalxacağını bildirdiyini, bu zaman ətrafda olan iş yoldaşlarının da yaxınlaşdığını və hamısına qarşı itələşmə və fiziki güc tətbiq etdiyini, onu minik zalının qarşısında uzaqlaşdıran zaman əlindəki çantaları yerə atıb sol tərəf üz nahiyəsindən vurmağa çalışdığını, sonra polis əməkdaşlarının həmin əraziyə yaxınlaşaraq, həmin şəxsi saxlayıb polis şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 izahatında NBHL-da ATX-nin agenti işlədiyini, 22 iyun 2025-ci ildə X6 Limanında xidmətdə olduğu zaman saat təxminən 23:40 radələrində şərq tərəf çıxış postunda olduğu zaman bir nəfər şəxsin çıxış qapısından içəri daxil olduğunu gördüyünü və giriş qapısından girməli olduğunu izah etdiyi zaman onun sözlərinə məhəl qoymayaraq içəri daxil olub qeydiyyata tərəf getdiyini, bu zaman növbə rəisi Mirazur Seydidzadəyə xidməti telefonla məruzə edərək vətəndaş barədə məlumat verdiyini özünündə arxasınca getdiyini, minik zalına qalxmaq üçün qeydiyyata yaxınlaşan zaman Mirzaur Seyidzadə vətəndaşa artıq biletinin gecikdiyini izah etdiyini, vətəndaşın fiziki güc tətbiq edərək nə olursa olsun gedəcəyini və onu heç kəsin saxlaya bilməyəciyini dediyini, bu zaman o və oradsa olan iş yoldaşlarının vətəndaşı sakitləşdirmək üçün yaxınlaşdıqlarını lakin heç kimin sözünə məhəl qoymayarq iş yoldaşı Eyvaz Razyevə yumruq ataraq onu vurmağa cəhd göstərdiyini, daha sonra polis əməkdaşları həmin şəxsi saxlayaraq polis şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X2 izahatında NBHL-da ATX-nin növbə rəisi işlədiyini, 22 iyun 2025-ci ildə X6 Limanında xidmətdə olduğu zaman saat təxminən 23:40 radələrində baxış məntəqəsinin qarşısında olduğu zaman ATX-nin agenti Nihad Həsənov məlumat verərək bir nəfər şəxsin hava limanının çıxış qapısından dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq içəri daxil olduğunu və qarşısını ala bilmədiyini bildirdiyini, bu zaman onun da baxış məntəqəsinin qarşısında gözlədiyini, əvvəlcədən tanımadığı orta yaxşlarda bir nəfər şəxsin gəldiyini gördüyünü və həmin şəxsin baxış məntəqəsinin postuna yaxınlaşaraq minik zalına qalxacağını bildirdiyini, onun isə öz növbəsində ona vəziyyəti izah edərək biletinin gecikdiyini tarixləri səhv saldığı üçün bir gün gec gəldiyini izah etməyə çalışdığını, ona qarşı fiziki güc tətbiq edərək itələdiyini və yumruq atmaq istədiyini bu zaman yanında olan iş yoldaşları Nihad, Eyvaz və digərləri ona kömək məqsədi ilə yaxınlaşdığını, bu zaman şəxsin iş yoldaşlarına qarşıda yumruq ataraq onları vurmağa cəhd göstərdiyini, daha sonra polis əməkdaşlarının həmin şəxsi saxlayaraq polis şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X11 izahatında Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri olaraq xidmət etdiyini, 22 iyun 2025-ci ildə X8 Limanında xidmətdə olduğu zaman bir nəfər vətəndaşın bileti yanlış tarixdə aldığı üçün vətəndaşa biletinin yanmasını bildirdikləri zaman vətəndaşın narazılığ etməsini gördüyünü, onların həmin vətəndaşa yaxınlaşaraq biletin uçuş qaydasını və intervalını izah etdikdən sonra vətəndaş başa düşdüyünü bildirərək onların yanından ayrıldığını, bundan sonra vətəndaşın hava limanının giriş üçün təyin olunmamış hissəsindən hava limanına girərək onu saxlamaq istəyən Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşının tələbinə tabe olmayaraq hava limanına daxil olduğunu və daha sonra zorla minik zalına qalxmağa cəhd etdiyini, həmin zaman hava limanında vətəndaşın uca səs saldığını, hava limanının daxili qaydalarını pozduğunu və hava limanı əməkdaşlarına güc tətbiq edərək onları vurmağa çalışdığı üçün həmin şəxsin tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildiyini bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 iyun 2025ci il tarixdə saat 08:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 22 iyun 2025-ci ildə saat 23:42-də X1 polis nəfəri, polis serjantı X11 ilə birlikdə X8 Limanında xidmətdə olduğu zaman hava limanının daxilində 1 nəfər şəxsin ucadan səs salaraq ictimai qaydanı pozduğunu və Aviasiya Təhlükəsizlik Xidmətinin agenti vəzifəsində xidmət edən X5 qarşı fiziki qüvvə tətbiq etməyə cəhd göstərdiyi üçün tərəflərindən saxlanılaraq barəsində araşdırma aparılması üçün Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1972-ci il təvəllüdlü Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Şəxs olduğunun müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İstər inzibati xəta törətmiş şəxsin, istər şahidlərin izahatlarından, istərsə də hadisənin videogörüntülərindən Şəxs əməlində xırda xuliqanlıq inzibati xəta tərkibinin olması işə baxılan zaman öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal şəxsin sərxoş vəziyyətdə əməli törətməsidir. Belə ki, inzibati xəta törətmiş şəxs və şahidlər sərxoş vəziyyətdə inzibati xəta törədildiyini bildirmiş, materiallara onun sərxoşluğunu təsdiq edən müayinə aktı əlavə edilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanskiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, şəxsin azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdə məhdudlaşdırılmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-289/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-289/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver