Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-290/2025 08.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati iş aparılan təşkilat Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Naxçıvan şəhəri, ev 4/32 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs «Azelektrod” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, ev 4/32 olan «Azelektrod” MMC-nin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından idxal etdiyi “kalsium karbonat və boyalar” yükü xx.xx.2025-ci il tarixində 68BJ166 (qoşcqu-68ZA068) dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Həmin mallar barəsində (malın qeydiyyat kodu-**********02072) gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim olunmuş qısa idxal bəyannaməsi qanunvericiliklə müəyyən olunmuş müddət pozulmaqla gömrük orqanına təqdim olunmuşdur. Bununla da «Azelektrod” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs «Azelektrod” MMC-nin nümayəndəsi X2 izahatında Türkiyə Respubllikası ilə ölkə arasında olan saat fərqini sürücü nəzərə almadığından qeyd edilən xəta törədilmişdir. Təqsiri etiraf edir, lakin şəraitin nəzərə alınaraq cərimə məbləğinin az təyin edilməsini xahiş edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixində hüquqi şəxs "xxxx" MMC-nin ünvanına gətirilmiş mallara dair qısa idxal bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edilməli olduğu halda gec təqdim edildiyi müəyyən olunmuşdur. Bununla da hüquqi şəxs «Azelektrod” MMC (VÖEN: **********) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və «Azelektrod” MMC-nin həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «Azelektrod” MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, «Azelektrod” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, ev 4/32 olan (VÖEN **********) «Azelektrod” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-290/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-290/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver