Məhkəmə qərarları › İş №3(078)-291/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-291/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-291/2023 03.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirərək müəyyənetdim: Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri ərazisində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şərur rayon Zeyvə kənd sakini Şəxs saxlanılmış və onun hərəkətlərində şübhə olduğu üçün Naxçıvan MR Daxili İşlər Nazirliyinə dəvət olunmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə ambulator narkoloji ekspertizası təyin edilmiş və verilmiş rəydə narkotest vasitəsilə müayinə olunması nəticəsində AMP (amfetamin) və THC (tetrahidrokannabinoid) aşkarlanmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:25-də inzibati qaydada tutulmuş, həmin protokol müşayiət məktubu ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, inzibati xəta haqqında protokolun baxılması Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətlərinə aid deyil. X1 Məcəlləsinin 110.1-ci maddəsində inzibati xəta haqqında işin baxılması yerini müəyyən etmişdir. Beləliklə, inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas məkanını nəzərdə tutur: xətanın törədildiyi yer və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair qərarında Plenumun formalaşmış hüquqi mövqeyi ondan ibarətdir ki, inzibati xəta haqqında iş üzrə hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati xəta haqqında tərtib edilmiş protokoldan və materialdan aydın olur ki, şəxs inzibati xətanı Azərbaycan Respublikası ərazisindən kənarda törətmişdir. Belə ki, tərtib edilən protokola görə şəxs narkotik vasitədən istifadə etmişdir. İnzibati xətanın Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində “avtonom cinayət” statusu daşıması nəzərə alındıqda bu xəta formal tərkiblidir və törədildiyi vaxt əməl bitmiş hesab edilir. Onun aşkarlanması, hansı müddətə davam etməsi xətanın törədildiyi yerə və vaxta münasibətdə heç bir əhəmiyyət kəsb etmir. Bu hal inzibati xətanın törədildiyi yerin dəyişilməsinə əsas vermir. İnzibati xətanın törədildiyi yer Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan digər hal şəxsin yaşadığı yer üzrə verilməsidir. Belə ki, elektron şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunmuşdur ki, Rzayeva X3 rayon Zeyvə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dair məhkəmə təminatı hər kəsin ayrılmaz hüququdur və heç bir halda məhdudlaşdırıla bilməz. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir. Qanunverici eyni zamanda məhkəmə aidiyyətinin pozulmasına görə qadağa nəzərdə tutmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 001715 nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinin tələbinə əsasən aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həmin maddənin tələbinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə,... inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 001715 nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar