Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-293/2023 18.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus “Bazar” və “Ticarət mərkəzində” keçirilmiş yanğın-texniki müayinə zamanı Azərbaycan Respublikasının X1 pozulmasına görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında 16 iyun 2023-cü il tarixli 015581 nömrəli protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nə məlumat verilməsinə baxmayaraq hüquqi şəxsin nümayəndəsi işirak etməmiş və məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının FHN-yi həyata keçirir). Həmin normaya görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən bir sıra hüquqlarla yanaşı, dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdirlər. İXM-in 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati materiala əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında protokolda, ünvan 2 ünvanında yerləşən Şəxsnə məxsus ticarət mərkəzinin 1-ci mərtəbəsində “X2”-nın:
1. Ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların ayrı-ayrı otaqları üçün təlimatın normativ sənədin tələblərinə uyğunluğu. (YTQ Nq 03- 2002 bənd 1.6 - 1.8.7),
2. Ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların ərazisinin yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması. (YTQ Nq 03-2002 bənd 2.1 - 2.1.9),
3. Ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların bina və otaqlarının yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması. (YTQ Nq 03- 2002 bənd 2.2 - 2.2.17),
4. Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda yanğın avtomatikası qurğularının istismar vəziyyəti. (YTQ Nq 03-2002 bənd 3.1 - 3.16.8),
5. Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda havalandırma (ventilyasiya) sistemləri və tüstüyə qarşı qurğuların istismar vəziyyəti. (YTQ Nq 03-2002 bənd 3.18 - 3.18.17),
6. Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti. (YTQ Nq 03-2002 bənd 3.19.1 - 3.19.27),
7. Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda təmir-tikinti işləri zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət olunması. (YTQ Nq 03- 2002 bənd 4.1 - 4.13),
8. Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində (YTQ Ne 03-2002 bənd 8.1 - 8.16) tədbirlər həyata keçirilmişdir. Sadalanan tələblərinə əməl olunmadığından 16 iyun 2023-cü il tarixdə Şəxsnə məxsus ticarət mərkəzində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən 015581 nömrəi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxsnə məxsus bazar və ticarət mərkəzində keçiriləcək yoxlama üçün X3 X4 Reyestrindən 12 iyun 2023-cü il tarixdə çıxarış alınaraq yanğın texniki müayinənin aparılması haqqında həmin tarixdə qərar çıxarılmış, 12 iyun 2023-cü il tarixdə obyektin yanğına qarşı vəziyyəti barədə yoxlama keçirilərək “Aralıq aktı” tərtib olunmuş, 13 iyun 2023-cü il tarixdə sözü gedən ticarət mərkəzinin 1-ci mərtəbəsində sonradan özbaşlarına yanar materiallarla quraşdırılmış mağazalara istismarı məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə “Qərar" qəbul edilərək istismarı dayandırılmışdır. Əlavə olaraq 14 iyun 2023-cü il tarixdə 01 nömrəli yanğın-texniki müayinə aktı tərtib olunmuş, və yanğın- texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 01 nömrəli "Qərar” qəbul edilərək Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə, aidiyyəti vəzifəli şəxsləri imzadan imtina etdiklərinə görə poçt (AZ7000, xx.xx.2023 tarixli, saat 13:28:16 göndəriş N: TT014311325AZ) vasitəsi ilə göndərilmişdir. Yoxlamanın nəticəsinə dair 16 iyun 2023-cü il tarixdə İnzibati xəta haqqında 015581 nömrəli Protokol tərtib olunmuş və protokolun 2-ci nüsxələri Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə, aidiyyəti vəzifəli şəxsləri imzadan və izahat verməkdən imtina etdiklərinə görə poçt (AZ7000, xx.xx.2023 tarixli, saat 13:10:09 göndəriş N: TT014311095AZ) vasitəsi ilə göndərilmişdir. Şəxsnə aidiyyəti vəzifəli şəxslərinə hüquq və vəzifələri barədə məlumat verilmiş, yoxlamadan əvvəl ticarət mərkəzinin 1-ci mərtəbəsində sonradan özbaşlarına mağazaların quraşdırılması zamanı verilən xəbərdarlıqlara məhəl qoyulmamış, yoxlama zamanı tərtib edilmiş sənədlərlə razılaşmamış, imza və izahat verməkdən imtina etmişdir. Bununla bağlı Şəxsnə göndərilməsi zəruri olan sənədlər poçt (AZ7000, xx.xx.2023 tarixli, saat 13:28:16 göndəriş N: TT014311325AZ) və (AZ7000, xx.xx.2023 tarixli, saat 13:10:09 göndəriş N: TT014311095AZ) vasitəsi ilə göndərilmişdir. Sözügedən obyektdə “X1” ciddi şəkildə pozulması, baş verə biləcək hər hansı bir hadisə zamanı insanların təxliyyəsi, xilasetmə işlərinin aparılması zamanı xoşa gəlməz halların baş verməməsi üçün tərtib olunmuş “İnzibati xəta haqqında” protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,
qəraraaldı:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva