Məhkəmə qərarları › İş №3(078)-293/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-293/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-293/2024 02.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Şahbuz rayon Y.Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 07 iyun 2024-cü il tarixdə, saat 09:30-da idarə etdiyi Khazar LX minik markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhər Atatürk küçəsi taksi parkın yanında hərəkət edən zaman yolun sağ kənarında dayanmış X2 məxsus VAZ 21074 minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə arxadan vurmuşdur. Hadisə zamanı VAZ 21074 minik markalı ** BC *** dövlət nömrə nişanlı minik avtomobilinin arxa hissəsinə maddi zərər yetirmişdir. Baxış zamanı onda sərxoşluq əlamətləri olduğu üçün tibbi yoxlamadan keçirilmiş, yoxlama nəticəsində onun 0.537 % dərəcədə sərxoş olması müəyyən olunmuşdur. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əslində qəza törədən zaman içkili olmayıb. Belə ki, o axşam içki qəbul etmiş, sonra səhər yuxudan durub 07 iyun 2024-cü il tarixdə, saat 09:30-da idarə etdiyi Khazar LX minik markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhər Atatürk küçəsi taksi parkın yanında hərəkət edən zaman yolun sağ kənarında dayanmış X2 məxsus VAZ 21074 minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə arxadan vurmuşdur. Polis əməkdaşı ona sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitə ilə müayinədən keçməsini təklif etmişdir. O, buna etiraz etməyərək müayinədən keçmiş və buna inana bilməsə də sərxoş olması aşkar edilmişdir. 360 manat maddi ziyanı güclüklə ödəmişdir. İmkanı yoxdur. Ailəsini dolandıra bilmədiyi üçün nüçə müddətdir atası evinə göndərmişdir. 1-2 gündür evə gətiribdir. Həbs olunmaq istəmir. Lakin nə cəriməni ödəyəcək imkanı vardır. Nə də sürücülük hüququ məhdudlaşdırılsa ailəsini dolandıra bilməyəcəkdir. Törətdiyi əməlindən peşmandır və qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Мəhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, özünə məxsus VAZ 21074 minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə 07 iyun 2024-cü il tarixdə, saat 09:30-da idarə etdiyi Naxçıvan şəhər Atatürk küçəsi taksi parkın yanında yolun sağ kənarında dayandığı zaman Khazar LX minik markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub və avtomobilə maddi ziyan dəyib. YPX inspektorlarının apardığı araşdırma nəticəsində Khazar LX minik markalı avtomobilin sürücüsünün sərxoş olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi məsələsini həll edilmişdir. Ona vurulmuş ziyan ödənilmişdir. Heç bir şikayəti yoxdur. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan aydın olur ki, Şəxs həmin tarixdə Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsini nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli aktdan aydın olur ki, Şəxs 0,537 promil dərəcədə sərxoş olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nümayəndənin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, vurulmuş zərəri ödəməsi, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM-nin 32.1.1-ci maddəsi). İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar