Məhkəmə qərarları › İş №3(078)-294/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-294/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-294/2024 02.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Babək rayon Qahab kəndində doğulmuş, FİN xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Mado” kafedə qarson işləyir, Babək rayon Qahab kəndində qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 02 avqust 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 02 avqust 2024-cü il tarixdə Naxçıvan şəhəri H.Cavid parkında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 02 avqust 2024-cü il tarixdə saat 15-16 radələrində işdən icazə alıb şəhərə çıxmışdır. Naxçıvan şəhəri H.Cavid parkında olarkən dostu ona zəng edib borc pul istəmiş, ona pulunun olmadığını deyəndə dostu ona “kişiliyin olsun. Ver qaytaracam” dediyi üçün və səhər evdən çıxanda alivi problemə görə qanıqara olduğundan bu söz ona təsir etmişdir. Buna görə də özündən asılı olmadan telefonla uca səslə danışmışdır. Lakin həmin vaxt ətrafda heç kəs olmamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozduğunu bildirərək onu İdarəyə dəvət etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Maxsudov X1 şəhəri İstiqlal küçəsində yerləşən H.Cavid parkında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar sübut edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin dispozisiyasından da aydın olur ki, xuliqanlıq inzibati xəta tərkibinin olması üçün ictimai qayda pozulması, həmin ictimai qaydanın pozulması fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməməlidir. İlk olaraq inzibati protokol tərtib edən orqan ictimai qaydanın pozulduğunu materiallar əsasında sübuta yetirməlidir. Lakin Mictimai qaydanın pozulmasında Şəxs təqsiri sübuta yetirilmir. Eyni zamanada inzibati material üzrə şahid olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi yaranmır. Şəxsin özünü təqsirli bilməsi digər sübutlarla təsdiq edildiyindən sübut əhəmiyyəti daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.1.4, 115 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olan 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli protokol üzrə Şəxs təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar