Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-294/2025 27.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, mütəxəssis X2 iştirakı ilə, xx.xx.1998-ci ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhər Atabəylər məhəlləsi ev-4, mənzil-22 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 29 may 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Rəşad Seyidov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsində istintaq əməliyyat qurupu növbəsində olarkən X7 Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən Qala restoranında bir nəfər sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətdiyi, ictimai qaydanı pozması və orada mübahisə yaratmasına dair məlumat daxil oldu. Əməliyyat istintaq qrupunda olan polis leytenantı Fəxri Məmmədli və Növbətçi Hissəsinin sürüçüsü Azad Səbzəliyevlə birgə qeyd olunan ünvana yaxınlaşdıq. Vətəndaşın orda həqiqətən sərxoş vəziyyətdə ictimai qaydanı pozması nalayiq ifadələr işlətməsi və digər vətəndaşları öz hərəkətləri ilə narahat etməsini müşahidə etdik. Həmin şəxsə yaxınlaşaraq ondan etdiyi hərəkətlərə son verməsini və şəxsiyyəti barədə məlumat verməsini bildirsək də o bizə məhəl qoymayaraq öz hərəkətlərinə qəsdən davam elətdirdi və bizə müqavimət göstərməyə başladı. Şəxsin 1-ci Polis Bölməsinə gətirilməsi tərəfimizdən mümkün olmadığına görə Növbətçi Hissədən dəstək göndərilməsini xahiş etdik. PPX-nin əməkdaşlarının köməkliyi ilə qeyd olunan şəxs 1-ci Polis Bölməsinə aparılarkən nəqliyyat vasitəsini təpiklə vururdu, Bölmədə üst geyimini çıxardaraq qeyri etik hərəkətlər edirdi. Qanuni tələblərimizi irəli sürməyə baxmayaraq o bizim tələblərimizə qəsdən tabesizlik göstərirdi. Naxçıvan Şəhər Polis İdarəsində 1-ci Polis Bölməsində həmin şəxsin Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, ev-4, mənzil-22 ünvanında qeydiyyatda olan X13 olduğu məlum oldu. xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, X16 İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardada, əsasən, protokol və əlavə edilmiş digər materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Polis baş serjantı X3, polis leytenantı X5, polis kapitanı X1, X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X4, izahatı iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə” bildirişlə X13 tanış olmuşdur. “İnzibati qaydada tutma haqqında” protokola, əsasən, X16 27 iyun 2025-ci il saat 13:00 tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında xx.xx.2025-ci il tarixli protokola, əsasən, inzibati qaydada tutulmuş X8 hüquqularının müdafiəçi abdullayev Məhəmməd Cəfər oğlu və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. İş materiallarına xx.xx.2025-ci il tarixli alcovisor məlumatından aydın olur ki, X16 ağır dərəcəli alkoqol sərxoşu olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X13 izahatında orta təhsili olmadığını, oxuma-yazma bilmədiyini, hadisənin Qala restoranında olduğunu, bir ildir ki, içki içmədiyini, dostları ilə içki içdikdən sonra olanları tam xatırlamadığını, öz telefonunu yerə çırpıb qırdığını, restoranın qablarını, stullarını qırdığını xatırladığını, sonra polis əməkdaşları gəlib onu apardıqlarını, artıq nə edibsə heç birini xatırlamadığını bildirib ona cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X14 izahatında xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində əməliyyat istintaq qrupunda olan zaman 1-ci X12 Hissəsinə Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən Qala restoranında bir nəfər şəxsin spirtli içki qəbul edərək ucadan nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olduğunu, onun polis leytenantı Fəxri Məmmədli, polis kapitanı Rəşad Seyidov və Növbətçi Hissəsinin sürüçüsü polis baş serjantı Azad Səbzəliyevlə birgə hadisə olan yerə getdiyini, Qala restoranında bir nəfər şəxsin həqiqətən ictimai yerdə nalayiq ifadələr işlətməsini müşahidə etdiklərini, həmin şəxsin restoranın içərisində qabları, stulu qırmasını öyrəndiklərini, həmin şəxsə yaxınlaşaraq ictimai yerdə nalayiq ifadələrin işlətməməsini bildirdiklərini, şəxsin polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə nalayiq ifadələr işlətməsini davam etdirdiyini, həmin şəxsi əməkdaşlarla birgə Növbətçi Hissənin avtomobilinə əyləşdirmək istəyərkən yenidən onlara tabesizlik etdiyini, köməyə çağırılan PPX-nin əməkdaşları ilə birlikdə şəxsi avtomobilə əyləşdirib 1-ci Polis Bölməsinə aparmaq istəyərkən avtomobilə yumruq və təpiklərlə zərbələr endirib polis avtomobilinin stulunu qırdığını, qapısına zərbələr vurduğunu, polis əməkdaşı Rəşad Seyidovun təpiklə barmağına vurduğu zərbə nəticəsində barmağının maşının qapısında qaldığını və zədələndiyini, dəfələrlə Növbətçi Hissənin avtomobilinin arxa qapısına zərbə vurmaması barədə xəbərdarlıq etdiklərini, həmin şəxsin 1-ci Polis Bölməsinə daxil olanda Bölməyə məxsus olan stol, stulları və dipcəkdə olan güllərə zərbələr endirməyə başladığını, əşyalarını təhvil almaq istədikdə bütün paltarlarını çıxardığını, PPX-nin əməkdaşlarının köməyi ilə həmin şəxsin sakitləşdirildiyini, 1-ci Polis Bölməsində həmin şəxsin 1998-ci il təvəllüdlü, X13 olduğunun məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X11, X18, X15, X9 izahatlarında X5 verdiyi izahatla eyni məzmunlu izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsində qeyd edilir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə qərar (qərardad) çıxarılır. Belə ki, X4 təqsirləndirildiyi maddə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı verilən izahatlardan və təqdim edilmiş sənədlərdən və videogörüntülərdən müəyyən edilmişdir ki, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, ev-4, mənzil-22 ünvanında qeydiyyatda olan X13 xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən Qala restoranında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və orada mübahisə yaratmasına dair məlumat polis bölməsinə daxil olmuş, polis əməkdaşları qeyd olunan ünvana yaxınlaşmışdır. Vətəndaşın orda həqiqətən sərxoş vəziyyətdə ictimai qaydanı pozması nalayiq ifadələr işlətməsi və digər vətəndaşları öz hərəkətləri ilə narahat etməsini müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq ondan etdiyi hərəkətlərə son verməsini və şəxsiyyəti barədə məlumat verməsini bildirsələr də o öz hərəkətlərinə qəsdən davam etdirmiş və polis əməkdaşlarına müqavimət göstərməyə başladı. Şəxs əlavə polis əməkdaşları çağırılaraq onların köməkliyi ilə qeyd olunan şəxs 1-ci Polis Bölməsinə aparılmışdır. Aparılan zaman nəqliyyat vasitəsini təpiklə vurmuş, Bölmədə üst geyimini çıxardaraq qeyri etik hərəkətlər etmişdir və bölmədən olan stula və gül dibçəyinə zərər vurmuşdur. Polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Eyni zamanda həm inzibati xəta törətmiş şəxsin, həm şahidlərin izahatları ilə X4 Qala restoranında sərxoş vəziyyətdə əmlaka ziyan vurması, polis əməkdaşının barmağına zərər vurulması, əmlak ziyanı vurulması və digər cinayət xarakterli xuliqanlıq hərəkətləri etməsi müəyyən edilmişdir. Xuliqanlıqla bağlı şəxsin hərəkətləri Polis İdarəsində tam aydınlaşdırılmamış, döymə nəticəsində zərəri qiymətləndirmək üçün ekspertiza təyin edilməmiş, əlavə olaraq əmlak zərəri araşdırılmamış və qiymətləndimə aparılmamış, əməldə cinayət tərkibinin olub olmaması aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İş materaillarından, izahatlardan məlum olur ki, xuliqanlıq əməlinə münasibətdə işdə cinayət tərkibi var. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, X4 əməlində polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır və həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Lakin məhkəmə istər inzibati xəta törətmiş şəxsin, istərsə də şahidlərin izahatlarında qeyd edilənləri nəzərə alıb belə hesab edir ki, X4 əməlində xırda xulaqanlıq inzibati xəta tərkibi yoxdur, şəxsin əməlində Azərbaycan Respublikası CM-in 221ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayət əmələnin tərkib əlamətləri yoxlanılmalı, qiymətləndirmə və müvafiq araşdırma həmin istiqamətdə aparılmalıdır. Ona görə də X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsi ilə təqsirli bilinib barəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X8 əməlində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-in 33.1.7-ci maddələrinin tələbinə, əsasən, ağırlaşdıran hal kimi nəzərə alınır. X8 səmimi peşmançılığı İXM-in 32.1.1-ci maddənin tələbinə, əsasən, yüngülləşdirən hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola əməldə cinayət tərkibinin əlamətləri olduğundan xitam verilsin. X13 tərəfindən törədilmiş əməldə cinayət əlamətləri aşkar edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə araşdırılma aparılması üçün materiallar Naxçıvan Şəhər Prokurorluğuna və Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə göndərilsin. X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 27 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-294/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-294/2025
27.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver