Məhkəmə qərarları › İş №3(078)-295/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-295/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-295/2024 26.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, mühafizədə işləyir, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi Khazar minik markalı, ** BK *** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhər Tumbul kəndi yolunda X5 idarə etdiyi Mitsubishi markalı ** AE *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə Şəxs avtomobilində olan Nüşabə İsmayılova və İbrahim İsmayılov xəsarət alması xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpb-120/24 nömrəsi ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə 11 may 2024-cü il tarixdə Əshabi-Kəhf ziyarətindən qayıdarkən Babək körpüsü istiqamətindən Tumbul kənd istiqamətində hərəkətdə olan zaman onun önündə hərəkətdə olan Mitsubishi markalı avtomobil sağa dönmə siqanalı verərək dönmə əməliyyatını həyata keçirən zaman o, avtomobili ilə arxadan gələrək Mitsubishi markalı avtomobili arxadan vurmuşdur. Təqsir ondadır. Ara məsafəsini düzgün saxlamamışdır. Sürətlə hərəkətdə olduğundan qəza qaçınılmaz olmuşdur. Hadisə zamanı oğlu və həyat yoldaşı xəsarət alıb. Oğlunun başının qanaması elə həmin vaxt kəsmişdi. Xəstəxanada oğlunun başına üç tikiş vuruldu. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin onun tərəfindən işə baxılmasını təxirə salmaq barədə məhkəməyə hər hansı vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə uyğun olaraq məhkəmə zərərçəkmiş şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Şəxs idarə etdiyi KHAZAR minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək körpüsü istiqamətindən Tumbul kənd istiqamətində hərəkətdə olan zaman onun önündə hərəkətdə olan X5 idarə etdiyi Mitsubishi markalı 85-AE- 036 dövlət qeydiyyat nişanlı yük avtomobil sağa dönmə siqanalı verərək dönmə əməliyyatını həyata keçirən zaman Khazar markalı avtomobil arxadan gələrək Mitsubishi markalı avtomobili arxadan vurmuşdur. Toqquşmadan sonra Mitsubishi markalı avtomobil toqquşma yerindən 31,25 metr sonra yolun sağ tərəfində dayanmış, toqquşma yerində Khazar markalı avtomobilə qədər məsafə 2,04 metrdir. Avtomobillər arasındakı məsafə 30 metrdir. Mitsubishi markalı avtomobildən yolun sağ tərəfində yerləşən avtomobilə qədər məsafə 5,46 metr, Tərpənməz dirəkdən Khazar markalı avtomobilə qədər məsafə 24,76 metrdir. Khazar markalı avtomobil 50 km/saat sürətlə hərəkət edərək Mitsubishi markalı avtomobili arxa hissəsindən vurmuşdur. Araşdırma zamanı X8ma qızına yetirilmiş xəsarətin xarakterini, bilavasitə yolnəqliyyat hadisəsi üçün xarakterik olub-olmamasını, xəsarətlərin yetirilmə müddətini və ağırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə «Məhkəmə-tibb ekspertizası» təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə 08 iyun 2024-cü il tarixli məktubla daxil olmuş 946 saylı ekspert rəyində vətəndaş X3 bədən səthi üzərində sağ periorbital nahiyyəni tam əhatə edən qançır olduğu, qançırın küt əşyanın təsirindən törəndiyini, eləcə də həmçinin avto-qəza nəticəsində yarana bilərliyi, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Araşdırma zamanı X4 yetirilmiş xəsarətin xarakterini, bilavasitə yol-nəqliyyat hadisəsi üçün xarakterik olub-olmamasını, xəsarətlərin yetirilmə müddətini və ağırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə «Məhkəmə-tibb ekspertizası» təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə 08 iyun 2024-cü il tarixli məktubla daxil olmuş 945 saylı ekspert rəyində vətəndaş X2 bədən səthi üzərində ənsə nahiyyəsində yara, yaranın küt əşyanın təsirindən törəndiyi, eləcə də həmçinin avto-qəza nəticəsində yarana bilərliyi, xəsarətin yetrilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül" zərərvurmaya aid olduğu göstərilmişdir. Araşdırma zamanı avtomobilin sürücüləri Şəxs və X1 olub-olmamasını təyin etmək məqsədi ilə müayinə edilmiş, «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktlarında sürücülərin sərxoş olmadığı göstərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq vəTəhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (araməsafəsi) və 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddələrinin tərkib əlamətləri olduğundan ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-ə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar