Məhkəmə qərarları › İş №3(078)-296/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-296/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-296/2023 05.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Melik Turanın iştirakı ilə, xx.xx.1993-cü ildə Türkiyə Respublikası Karayazı vilayətində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Melik Turan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Melik Turan tələbkar X1 ona qarşı aliment tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4580/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Melik Turan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Melik Turanın əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Melik Turan qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş icra vərəqəsinin surətindən məlum olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4580/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Melik Turandan xx.xx.2021-ci il tarixdən başlayaraq 14 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi və qətnamənin dərhal icra olunması qət edilmiş, icra vərəqəsi icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 may 2022-ci il tarixli, 80845/581/2022 nömrəli məktubundan məlum olur ki, həmin məktubla Naxçıvan MR DİN X9 İdarəsinə, Naxçıvan MR Vergilər Nazirliyi Naxçıvan şəhər Vergilər İdarəsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Melik Turanın adına avtonəqliyyat vasitəsinin olub olmaması, gəliri barədə olub-olmaması ilə bağlı sorğu verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 31 avqust 2022-ci il tarixli, 80845/2022 nömrəli məktubundan məlum olur ki, həmin məktubla "xxxx" ASC-nə, 28 iyul 2022-ci il tarixli, 80845/2022 nömrəli məktubundan məlum olur ki, həmin məktubla "xxxx" ASC-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə bank hesabının olub-olmaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Vergilər Nazirliyi Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli məktubundan məlum olmuşdur ki, Melik Turan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naxçıvan şəhər Vergilər İdarəsinə təqdim etdiyi hesabatlara görə gəliri 151448.93 manat təşkil edir. Naxçıvan MR DİN X9 İdarəsi tərəfindən verilmiş 28 may 2022-ci il tarixli, 1/495 nömrəli məktubundan məlum olmuşdur ki, Melik Turanın adına heç bir nəqliyyat vasitəsi Naxçıvan MR DİN X9 İdarəsi Qeydiyyat İmtahan və X5 qeydiyyatda durmur. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 49/794 nömrəli məktubundan məlum olmuşdur ki, Melik Turanın adına bank hesabı aşkar olunmamışdır. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 05/F-02/473 nömrəli məktubundan məlum olmuşdur ki, Melik Turanın adına bank hesabı aşkar olunmamışdır. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 333 nömrəli məktubundan məlum olmuşdur ki, X8 adlı müştərinin ABB Naxçıvan filialına məxsus qalığı 0.00 manat olan AZ80İBAZ******************** saylı sahibkar hesabı, qalığı 2.97 manat olan AZ23İBAZ******************** saylı kart hesabı və qalığı 100.09 manat olan AZ06İBAZ******************** saylı kart hesabı mövcuddur. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 05/1405 nömrəli məktubundan məlum olmuşdur ki, Melik Turanın "xxxx" ASC-də bank hesabı vardır və hesabda olan məbləğ xx.xx.2022-ci il tarixə 1.12 manat təşkil edir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Turan Melikin xx.xx.2023-cü il tarixə 39450 (otuz doqquz min dörd yüz əlli) manat borcu mövcuddur. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Melik Turanın əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Melik Turanın məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Melik Turan tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən heç bir ödəniş aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı:

1. Melik Turan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar