Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-296/2024 03.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Şərur rayon Təzəkənd kəndində doğulmuş FİN xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, 4 uşaq atası, orta təhsilli, usta işləyir, Naxçıvan şəhəri Ə.Naxçıvani 3/30 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Naxçıvan şəhər Əcəmi məhəlləsində ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni göstərişinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, həyat yoldaşı Sevda ilə rəsmi qaydada boşanmaqla müraciət edin, lakin sonra ailə yaxınları onları barışdırıb. Onun Sevda ilə mübahisəsi daima pul üstündə olur. Sevda demək olar ki, hər gün ondan pul istəyir. O da yoxdur deyəndə mübahisə yaranır. O ayın 4-5 günün işləyir. Evin təlabatlarını qarşılamağa çalışır, amma yenə də Sevdanı razı sala bilmir. Qızı bir müddətdir ki, Bakıdan onlara qonaq gəlib. Gəldiyi vaxtdan bəri əlindən gələn qədər qızının, nəvəsinin ehtiyaclarını qarşılayır. Lakin Sevda yenə də qonşuların yanında deyir ki Qasım evə baxmır. Bu sözlər də onu əsəbləşdirir. Hadisə baş verən gün xx.xx.2024-cü il tarixdə axşam saatlarında yorğun halda evə gəlmiş, yeməyini yeyib uzandıqda Sevda yenə ondan pul istəmiş, o da herslənərək “pul yoxdur mən fəhlə adamam. Hardan pul tapım?” deyib. Həmin vaxt qızı da evdə olmuşdur. Sonra Sevda həyətə düşmüş o da yatmışdır. Bir qədər keçdikdən sonra səs-küyə oyanmış və evdə polisləri görmüşdür. O nə baş verdiyini başa düşmədiyi üçün özündən asılı olmadan polisə müqavimət göstərmiş, sonradan bilmişdir ki, Sevda onu polisə şikayət edib. O polisin paqonunu sökməyib. Sərxoş olmayıb, sadəcə həmin gün 1 bakal pivə içib. Bilmədən polisə müqavimət göstərdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, illərdir ki, o, Qasımın övladlarının qayğısını çəkib. İşlədiyi dövrlərdə daim evin ehtiyaclarını ödəməyə çalışıb. Qasımın istədiyi odur ki, ondan kimsə 1 qəpik pul istəməsin. Problemləri demək olar ki, pul üstündə olur. Qasım onu söyüb təhqir etməkdən də çəkinmir. Artıq səbri tükənib. Hadisə baş verən gün yenə Qasımdan pul istəmiş, Qasım da onu söyüb təhqir etmiş, ona “Qız gedəndən sonra sənin bu evdə izi itirəcəm” demiş, o da həyətə düşmüşdür. Düzdür əslində Qasım onun qolundan tutub küçəyə atmayıb, lakin o, qorxduğu üçün həyətdə bir müddət oturduqdan sonra 102 xidmətinə zəng vurub ki, onu evə yerləşdirsinlər. Polis gələndə Qasım polislərə müqavimət göstərdi. Məhkəmədə şahid qismində izahat verən X7 izahatında o, Bakı şəhərində yaşayır. Bir müddətdir Naxçıvana-atasıgilə qonaq gəlib. Diş həkiminə getmiş və pul lazım olduğu üçün həyat yoldaşına zəng etmiş o da bu aralar imkanım yoxdu deyəndə, yoldaşına “mən atamdan borc alım sonra qaytararıq” demişdir. Axşam atası işdən gələndə anası pul istəmiş, atası da əsəbləşərək pul yoxdur demişdir. Mübahisədən sonra anası həyətə düşmüş o da içəri otaqdauşağı yarızdırmağa getmişdir. Bir qədər sonra anası polislərlə evə gəlmiş həmin vaxt anasının atasını polisə şikayət etdiyini öyrənmişdir. Tez qapını örtmüşdür ki, qonşular səsi eşitməsin. Atası polislərə müqavimət göstərmişdir. Polisin geyim formasının paqonu qəsdən sökülməmişdir. Məhkəmədə şahid qismində izahat verən X8 izahatında bildirmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis kapitanıdır. xx.xx.2024cü il tarixdə saat 00:31 radələrində 102 polis xidmətinə zəng daxil olmuş, əməliyyat qrupu yaradılaraq hadisə yerinə getmişlər. Məlum olmuşdur ki, Şəxs evdə sərxoş vəziyyətdə səsküy salmış, həyat yoldaşı da qorxduğu üçün həyətə düşmüş və aralarında gərginlik yarana biləcəyindən qorxduğu üçün 102 xidmətinə zəng vurmuşdur. İçəri daxil olduqda Şəxs sərxoş vəziyyətdə olduğunu görmüşlər Şəxs səs-küy salaraq polisin qanuni göstərişinə tabe olmamışdır. O digər otağa gedib özünü atacağını demiş, onu sakitləşdirmək istəyəndə Zaur Hənifəyevin paqonunu yerə atmışdır. Məhkəmədə şahid qismində izahat verən Naxçıvan ŞPİ-nin polis sahə rəisi polis mayoru X2 və Naxçıvan ŞPİ-nin İTŞ-nin polis sahə rəisi polis leytenantı X1 şahid X3 izahatına oxşar izahat vermişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan ŞPİ-nin məsul növbətçisi polis mayoru Toğrul Qasımov tərəfindən verilən raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:31 radələrində Naxçıvan şəhər Ə.Naxçıvani 3/30 ünvanında yaşayan X5 060 *** ** ** möbil nömrədən Naxçıvan ŞPİ-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, həyat yoldaşı Şəxs içkili halda münaqişə yaradaraq onu evdən qovub və evə buraxmır. Hadisə yerinə əməliyyat qrupu göndərilmişdir. Polis əməkdaşları münaqişə edən ailəni sakitləşdirmək və küçədə qalan şikayətçi qadının evə getməsinə köməklik göstərərkən ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polisin əmrlərinə tabe olmamış və polis sahə rəisi Z.Hənifəyevin xiidməti geyim formasının sağ paqonunu qoparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-296/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-296/2024
03.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver