Məhkəmə qərarları › İş №3(078)-298/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-298/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-298/2024 06.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, 2 uşaq atası, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı lpo"xxxx" ASC-nin cavabdeh Şəxs qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-276/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə, İddiaçı X2 cavabdeh Şəxs qarşı nikahın pozulması, aliment tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs oğlu qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, xx.xx.2024-cü il tarixdən işləmədiyi və maddi imkanı olmadığı üçün icra sənədləri üzrə borcunu ödəyə bilmədiyini bildirmişdir. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-276/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Şəxs və "xxxx" ASC-dən müştərək qaydada 20962.04 manat əsas, 19871.21 manat faiz, 500 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 %-lə hesablanmış 1257.72 manat faiz borcu olmaqla cəmi 42590.97 manat məbləğində pul və 224.08 manat dövlət rüsumunun iddiaçı lpo "xxxx" ASC-nin xeyrinə tutulması, Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Şəxs və "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN: **********, AZ34CTRE********************, X1, Kod 210005, vöen **********1, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) hesabına köçürülməsi qət edilmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 14 yanvar 2011-ci il təvəllüdlü X3 və 30 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Şəxs 04 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşağa 220 manat olmaqla, iki uşağa görə cəmi 440 manat miqdarında aliment tutularaq X4 verilməsi, qətnamənin dərhal icra olunması qət edilmiş və xx.xx.2024-cü tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlər verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar