Məhkəmə qərarları › İş №3(078)-3/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-3/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-3/2021 13.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı xx.xx.1986-cı ildə Babək rayon Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-239/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-709/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq xx xxxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi, Şəxs 22.50 (iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. İş üzrə icraata xx xxxxx 2019-cu il tarixdə başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 3647 (üç min altı yüz qırx yeddi) manat borcu yaranmış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 3647 (üç min altı yüz qırx yeddi) manat aliment borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi hazırda heç bir yerdə işləməməsini göstərmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-239/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-709/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq xx xxxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi, Şəxs 22.50 (iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx xxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx xxxxx 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli, 04 nömrəli məktubundan məlum olur ki, həmin məktubla Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR Vergilər Nazirliyi Naxçıvan şəhər Vergilər İdarəsinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə, Naxçıvan MR DİN Dövlət X10, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və X4 İş Bölməsinə və “xxxx” ASC Naxçıvan MR İdarəsi filialına icraatda olan icra sənədlərinin icrasını təmin etmək məqsədilə Şəxs adına yaşayış evinin, torpaq sahəsinin və avtomobilin olub-olmaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 02/197 nömrəli məktubundan məlum olmuşdur ki, Behbudov X6 qeydiyyatında durmur, heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli 02/784 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan Şəhər Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olmuşdur ki, Şəxs fiziki şəxs qismində vergi ödəyicisi kimi Naxçıvan Şəhər Vergilər İdarəsində qeydiyyatda dayanmır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 320 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan MR DİN Dövlət X11 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1/620 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs adına heç bir nəqliyyat vasitəsi Naxçıvan MR DİN Dövlət X11 Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində qeydiyyatda durmur. Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və X4 İş Bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01/152 nömrəli məktubundan məlum olmuşdur ki, Behbudov X6 qeydiyyatında durmur və heç bir müavinət və təqaüd almır. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 3637 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar