Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-30/2021 27.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Naxçıvan Şəhər 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala X1 məhkəmə iclas katibliyi ilə baxaraq müəyyən etdim: xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, 36-cı məhəllə ev-196 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15:30 radələrində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində ictimai yerdə ucadan səs-küy salaraq nalayıq hərəkətlər etmiş polis sahə inspektoru onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında həqiqətən də xx xxxxxx 2021-ci il tarixdə saat 15:30 radələrində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində ictimai yerdə ictimai qaydanı pozduğunu, belə ki, əvvəlcədən tanıdığı Elşən adlı şəxs ona zəng vuraraq ondan aldığı pul borcunu qaytarmasını istəmiş, o da, işləmədiyi pulu qaytara bilməyəcəyini bildirmiş, bu zaman Elşən qapılarına gələcəyini demiş, 10 dəqiqə keçdikdən sonra evlərinin qapısına gəldiyini və pulu tələb etdiyini aralarında mübahisənin yarandığını əsəbi halda küçədə olarkən ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizam-intizama dəvət etdiyini, lakin özünün, polisin qanuni tələbinə məhəl qoymadığını, Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15:30 radələrində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində ictimai yerdə ictimai qaydanı pozaraq polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən Şəxs Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 153 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və ona, praktiki sağlam diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 16:15-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun.
2. Həbs olunmanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.
4. Qərarın sürəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Qabil Məmmədov.