Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-305/2023 27.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə tərtib edilmiş 12 iyul 2023-cü il tarixli, 18000-00523/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə tərtib edilmiş 12 iyul 2023-cü il tarixli, 18000-00523/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, 24 iyun 2023cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində **********3336 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilməkdən ötrü bəyan olunmuş 793 yerdən ibarət, invoys dəyəri 20332.60 ABŞ dolları təşkil edən plastik dondurma qablarından ibarət yükün “X3” gömrük postunun ərazisində yoxlanılması zamanı müvafiq mala aid A-115 nömrəli, 20 iyun 2023-cü il tarixli invovsun 3 və 4-cü pozisiyalarında göstərilən 653700 ədəd, ümumi invoys dəyəri 1619.37 ABŞ dolları, brutto çəkisi 416 kq, netto çəkisi 330 kq olan malın 08 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunmuş birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıqlar olduğu aşkar edilmiş, ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması ilə əlaqədar vəsatət verməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş 25 iyun 2023-cü il tarixli ekspert rəyindən və 24 iyun 2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) ünvanına 76AA897/76AA898 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş A-115 nömrəli, 20 iyun 2023-cü il tarixli fakturada 1,2,5-ci mövqelərində göstərilən mallar qablaşdırma üçün nəzərdə tutulduğundan 08 iyun 1999-cu il tarixli, 678 nömrəli "Ətraf mühitin mühafizəsi haqqında'' Azərbaycan Respublikasının Qanunun 46-cı maddəsinə görə qadağan deyil, lakin fakturanın 3,4-cü mövqelərində göstərilən qapaqla birlikdə gətirilən birdəfəlik istifadə üçün nəzərdə tutulan qaşıqlar (tərkibi polietilen) bu qanunun 46-cı maddəsinə görə qadağandır, qapaqlar isə qablaşma qabları üçün nəzərdə tutulduğundan 8 iyun 1999-cu il tarixli, 678 nömrəli "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 46-cı maddəsinin təsir dairəsinə düşmür və bununla da, qanunvericiliyin qaydaları pozulmuşdur. Yuxarıda sadalanan iş materiallarından, eləcə də, inzibati xəta haqqında protokoldan, 25 iyun 2023-cü il tarixli ekspert rəyindən və gömrük bəyannaməsindən belə məlum olur ki, 24 iyun 2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində **********3336 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilməkdən ötrü bəyan olunmuş 793 yerdən ibarət, invoys dəyəri 20332.60 ABŞ dolları təşkil edən plastik dondurma qablarından ibarət yükün “X3” gömrük postunun ərazisində yoxlanılması zamanı müvafiq mala aid A-115 nömrəli, 20 iyun 2023-cü il tarixli invovsun 3 və 4-cü pozisiyalarında göstərilən 653700 ədəd, ümumi invoys dəyəri 1619.37 ABŞ dolları, brutto çəkisi 416 kq, netto çəkisi 330 kq olan malın 08 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunmuş birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıqlar olduğu aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Bu səbəbdən də, məhkəmə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı və onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan idxalı qadağan olunmuş birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıqlar müsadirə edilməklə, hüquqi şəxs qismində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan idxalı qadağan olunmuş birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıqlar müsadirə edilməklə, hüquqi şəxs qismində 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-305/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-305/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver