Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-309/2023 14.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-955/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, iş üzrə cavabdeh Şəxs 650 (altı yüz əlli) manat əsas borc və 65 (altmış beş) manat cərimə borcu olmaqla, ümumilikdə 715 (yeddi yüz on beş) manat məbləğində pulun alınaraq iddiaçı təşkilat "xxxx" MMC-yə ödənilməsi və iddiaçı "xxxx" MMC tərəfindən X4 xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının və 13 (on üç) manat notarius xərcinin cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-371/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, 22 avqust 2019-cu il tarixli Kredit kartına dair Müqaviləyə əsasən Şəxs 232.92 (iki yüz otuz iki manat doxsan iki qəpik) manat əsas və 43.44 (qırx üç manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 276.36 (iki yüz yetmiş altı manat otuz altı qəpik) manat, 22 avqust 2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən Şəxs və X2 müştərək qaydada 8001.50 (səkkiz min bir manat əlli qəpik) manat əsas və 1483.42 (min dörd yüz səksən üç manat qırx iki qəpik) manat faiz borcu olmaqla, cəmi 9484.92 (doqquz min dörd yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində borcun və 117.61 (yüz on yeddi manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş üzrə icraata 06 dekabr və 01 iyul 2022-ci il tarixlərdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqələrinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 10836.89 (on min səkkiz yüz otuz altı manat səksən doqquz qəpik) manat məbləğində borc yaranmış, beləliklə, Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq qərarların icrasını yerinə yetirmədiyini, bu günədək ödəmələr etdiyini, lakin bir neçə ay işsiz olduğundan ödəmə edə bilmədiyini, yeni fərdi işə qəbul olduğunu, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: 05 dekabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-955/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə, iş üzrə cavabdeh Şəxs 650 (altı yüz əlli) manat əsas borc və 65 (altmış beş) manat cərimə borcu olmaqla, ümumilikdə 715 (yeddi yüz on beş) manat məbləğində pulun alınaraq iddiaçı təşkilat "xxxx" MMC-yə ödənilməsi və iddiaçı "xxxx" MMC tərəfindən X4 xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının və 13 (on üç) manat notarius xərcinin cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. 29 iyun 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-371/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə, 22 avqust 2019-cu il tarixli Kredit kartına dair Müqaviləyə əsasən Şəxs 232.92 (iki yüz otuz iki manat doxsan iki qəpik) manat əsas və 43.44 (qırx üç manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 276.36 (iki yüz yetmiş altı manat otuz altı qəpik) manat, 22 avqust 2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən Şəxs və X2 müştərək qaydada 8001.50 (səkkiz min bir manat əlli qəpik) manat əsas və 1483.42 (min dörd yüz səksən üç manat qırx iki qəpik) manat faiz borcu olmaqla, cəmi 9484.92 (doqquz min dörd yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində borcun və 117.61 (yüz on yeddi manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 06 dekabr və 01 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim Qabil Məmmədov.