Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-31/2023 19.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Babək rayonu, Xətai kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli, 008655 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru X15 tərəfindən tərtib olunmuş 19 yanvar 2023-cü il tarixli, 008655 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 18 yanvar 2023-cü il tarixdə 01:30 radələrində Naxçıvan-Şərur Magistral yolunun 3-cü kilometrliyində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən Şəxs uca səslə nalayiq ifadələr işlətmiş, səs-küy salmış və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, Bakıdan gələn dostu Nuran və Nəimi ilə birlikdə “Duzdağ” restoranında yeyib içdiklərini, daha sonra 18 yanvar 2023-cü il tarixdə 00:30 radələrində oradan çıxdıqlarını, evə getmək üçün yola düşdüklərini, təxminən Respublika qayısının yaxınlığında yol patrul maşınının arxadan onlara sayrışan işıqlarla durma əmri verdiyini, onun da maşını saxladığını, yol polisi maşına gələn zaman özünün maşından yerə düşdüyünü, polis əməkdaşının ona özünü təqdim etdiyini, ona sənədlərini təqdim etməsini dediyini və ondan içkili olub-olmadığını soruşduğunu, onun da içki içdiyini polis əməkdaşına dediyini, polis əməkdaşının ona sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməli olduğunu dediyini, onun da içkili olduğunu dediyini və xüsusi texniki vasitədən istifadə edilməsinə ehtiyac olmadığını dediyini, xüsusi texniki vasitədən istifadə etməklə onun sərxoşluğunun müəyyən edilməsindən imtina etdiyini, polisin təkidi ilə tibbi müayinəyə getməli olduğunu deyən zaman onlara yaxınlaşan yol patrul xidmətinin zabitinin serjanta “aparın onu pülətdirin” dediyini, onun isə onun dediyi sözə görə içkili olduğu üçün içkinin təsirindən polis zabitinə “o nə sözdü deyirsən mənə” deyərək əsəblərini cilovlaya bilmədiyini, polis zabitinə qarşı söyüşlər söyməyə başladığını, tibbi müayinədən keçməyəcəyini onlara bildirdiyini, bunun üçün səs-küy saldığını, onları söydüyünü, sonra post-patrul xidməti maşınının gəldiyini, onu təcili yardımda sərxoşluğunun müəyyən edilməsi üçün tibbi müayinəyə gətirdiklərini, xəstəxananın həyətinə gələn vaxt yenə müayinədən keçməkdən imtina etdiyini, maşının arxasından düşən zaman uzun müddət içki qəbul etmədiyi və həmin vaxt içki içdiyi üçün içki ona təsir etdiyindən X29 qarşısında yenə əsəblərini tuta bilmədiyindən polis əməkdaşlarına söyüşlər söyməyə başladığını, səs-küy saldığını, polis əməkdaşlarının isə onu sakitləşdirmək istədikcə onlara qarşı gəldiyini, tibbi müayinə üçün xəstəxanaya daxi olduqda da hərəkətlərinə davam etdiyini, sonra dostunun təkidi ilə tibbi müayinədən keçdiyini, tutduğu əməldən peşman olduğunu və gələcəkdə bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmədə verdiyi izahatında hal-hazırda Naxçıvan Şəhər Polis İdarəsində PPXB-nin manqa komandiri vəzifəsində fəaliyyət göstərdiyini, xidmətini avtopatrulla yerinə yetirdiyini, xidmət saatında Naxçıvan Şəhər Polis İdarəsini əhatə edən bütün ərazilərə növbətçinin göstərişi ilə getdiyini, xx.xx.2023-cü il tarixdə xidmət zamanı Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi polis mayoru X6 zəng vuraraq Respublika qayısının qarşısında bir nəfər şəxsin DYP-nin əməkdaşlarına tabesizlik göstərdiyini, ora getmələrini bildirdiyini, onun da Naxçıvan Şəhər Polis İdarəsinin PPXB-nin polis nəfəri sürücüsü polis baş serjantı X16 ilə hadisə yerinə getdiklərini, həmin yerdə Naxçıvan Şərur istiqamətində magistral yolun DYPİ-nin inzibati binasının qarşısında YPX-nin iki nəfər əməkdaşına bir nəfər şəxsin tabesizlik göstərdiyini, onun sərxoşluğun müəyyən edilməsi üçün müayinəyə getməkdən imtina etdiyini, polis əməkdaşlarını söyüşlərlə söydüyünü, səs-küy saldığını gördüklərini, onların da həmin şəxsə yaxınlaşaraq sakitləşdirməyə çalışdıqlarını, onun da YPX-nin əməkdaşlarına nalayiq ifadələr işlətdiyini, hörmətsizlik və nəqliyyat vasitəsinə oturmamaqla tabesizlik göstərdiyini, onların da həmin şəxsi nəqliyyat vasitəsinə oturmağa məcbur edərək tibbi müayinədən keçirmə məqsədi ilə X29 şöbəsinə apardıqlarını, şöbəyə daxil olan zaman tibbi müayinədən keçməkdən imtina edərək YPX-nin əməkdaşına qarşı yenə tabesizlik göstərdiyini, uca səslə nalayiq ifadələr işlətdiyini, onların qanuni tələblərinə qəsdən tabesizlik göstərdiyini, xəstəxanada qadın işçilərin, başqa şəxslərin olmasına baxmayaraq yenə də həmin şəxsin səs-küy salaraq nalayiq ifadələr işlətməyə davam etdiyini, müayinədən keçən zaman həmin şəxsin ünvan 2 ünvanında qeydiyyatda olan 1984-cü il təvəllüdlü Şəxs olduğunun müəyyən olduğunu, müayinə zamanı onun sərxoş olduğunun aşkar olunduğunu bildirdi. X1 məhkəmədə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə DYPİ-də əməliyyat-istintaq qrupunda olduğu zaman YPX-nin əməkdaşının ona zəng vuraraq bir nəfər sürücünün sərxoş olduğundan şübhələndiyini və tibbi müayinədən keçməkdən imtina etdiyini bildirdiyini, onun da bu barədə DYPİ-nin növbətçisinə məlumat verərək əməkdaşın olduğu yerə yəni Naxçıvan-Şərur yolunun 3-cü kilometrliyinə getdiyini, həmin yerə çatan zaman sürücünün YPX-nin əməkdaşlarına tabe olmadığını, tibbi müayinədən keçməkdən imtina etdiyini, polis əməkdaşlarını nalayiq ifadələrlə söydüyünü gördüyünü, həmin sürücünü nizam intizama dəvət etdiyini, sürücünün də onun bu qanuni tələblərinə tabe olmayaraq ucadan onlara nalayiq ifadələr işlətməyə davam etdiyini, həmin sürücünü həkim müayinəsindən keçməyə aparmaq məqsədi ilə əlavə qüvvənin çağırılması üçün növbətçiyə məruzə etdiyini, növbətçinin də bu məsələ ilə bağlı rəisə məruzə etdiyini, rəisin də Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vasitəsilə həmin yerə əlavə qüvvə göndərdiyini, post patrul xidmətinin əməkdaşlarının həmin sürücünü sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da sürücünün yenə həmin hərəkətləri davam etdirdiyini, PPX-nin əməkdaşlarının həmin sürücünü nəqliyyat vasitəsinə əyləşdirdiklərini və sərxoşluq müayinəsindən keçirmək məqsədi ilə X29 şöbəsinə apardıqlarını, sürücünü şöbənin daxilində də müayinədən keçməkdən imtina edərək ünvanlarına uca səslə nalayiq ifadələr işlətməyə davam etdiyini, tibb işçilərinin xəstəxanada olan şəxslərin yanında yenə də nalayiq ifadələr işlədərək səsküy salmağa davam etdiyini, həmin sürücünü dostunun təkidi ilə çox çətinliklə həkim müayinəsindən keçirdiklərini, orada həmin şəxsin ünvan 2 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Şəxs olduğunun məlum olduğunu bildirdi. X3 məhkəmədə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman saat təxminən 00:55 radələrində KİA K5 markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü xarici işıq cihazlarından düzgün istifadə etməməsi manevr qaydalarına düzgün əməl etmədiyi üçün Naxçıvan Şərur magistral yolunun 3-cü kilometrliyində onlara məxsus olan ** YP *** dövlət qeydiyyat nişanlı BMW markalı xidməti avtomobillə həmin sürücüyə sayrışan işıqlarla saxla işarəsi verdiklərini, sürücünün avtomaşını yolun sağ hissəsinə çəkərək saxladığını, post yoldaşı Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X13 ilə həmin sürücüyə yaxınlaşıb özlərini təqdim edərək sənədləri təqdim etməsi bildirdiklərini, sürücünün heç bir sənədləri olmadığını bildirdiyini, sürücünün hərəkət və davranışlarında sərxoşluq əlamətlərinin olduğunu hiss etdiyini, ona saxlama səbəbini izah edərək əlavə olaraq spirtli içkinin qoxusunu hiss edərək nəqliyyat vasitəsindən enməsini xahiş etdiyini, həmin sürücünün mobil telefonla danışa-danışa yerə endiyini, onun sürücüyə sərxoşluq müayinəsindən keçməyə dəvət etdiyini, onun da müayinədən keçməkdən imtina etdiyini, aqressiv hərəkətlər etməyə başladığını, onların da həmin sürücünü sakitləşdirmək üçün cəhd göstərsələr də, həmin sürücünün onlara qarşı nalayiq ifadələr işlədərək öz hərəkətlərinə davam etdiyini, onların da həmin sürücünü sakitləşdirə bilmədikləri üçün DYPİ-nin əməliyyat istintaq qrupunda olan polis kapitanı Taleh Alışarova məlumat verərək həmin yerə gəlməsini bildirdiyini, bir az sonra Taleh müəllimin həmin yerə gəldiyini, Taleh müəllimin də həmin sürücünü sakitləşdirməyə çalışan zaman sürücünün ona qarşı nalayiq ifadələr işlədərək həkim müayinəsinə getməkdən imtina edərək tabesizlik göstərdiyini, həmin sürücünün sakitləşmədiyini görərək əlavə qüvvənin çağırılması üçün Taleh müəllimin rəisə məlumat verdiyini, bir az sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşlarının gəldiyini, onların da sürücünü nizam intizama dəvət etməyə cəhd göstərək həkim müayinəsinə getməsini bildirmələrinə baxmayaraq sürücünün uca səslə nəlayiq ifadələr işlətməyə davam etdiyini, səs-küy saldığını, polisin onu nizam intizama dəvət etməsinə baxmayaraq yenə də hərəkətlərini dayandırmadığını, PPX-nin əməkdaşlarının sürücünü məcburi olaraq nəqliyyat vasitəsinə əyləşdirərək X29 şöbəsinə apardıqlarını, sürücünün təcili yardım şöbəsində tibbi müayinədən keçməkdən imtina edərək tibb işçilərinin digər şəxslərin yanında nalayiq ifadələr işlədərək öz hərəkətlərinə davam etdiyini, həmin sürücünü Şəxs olduğunu orada öyrəndiyini bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən 19 yanvar 2023-cü il tarixli, 36 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “Qastroduodenit. Kataral ezofagit. Duodeno-qastral reflüks DYBD yırtığı əlamətləri” - diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 03/177 nömrəli arayışdan görünür ki, Rzayev X10 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur, ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 122 nömrəli arayışdan görünür ki, Şəxs öhdəsində həyat yoldaşı X9, oğlanları X20 və X23 adlı ailə üzvləri vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 64 nömrəli arayışdan görünür ki, Rzayev X10 Şəhər Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 121 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən də ünvan 2 nömrəli evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Təcili X28 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 108 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 0.88 promildir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 19 yanvar 2023-cü il tarixdə, saat 14:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X32 İdarəsinin Avtotexniki müfəttişliyi üzrə baş inspektoru polis kapitanı X5 tərəfindən verilən raportdan xx.xx.2023-cü il tarixdə xidmətdə olduğunu, təxminən saat 01:10 radələrində axşam xidmətində olan yol patrul xidməti inspektoru polis baş serjanti X7 mobil telefonla ona zəng vuraraq Naxçıvan Sədərək yolunun 3-cü km-də **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış sürücünün tabe olmadığını bildirdiyini, onun da həmin yerə gedərək sürücünün yol patrul xidməti əməkdaşı ilə mübahisə etdiyini gördüyünü, onun da həmin sürücüyə qanuna tabe olmağa dəvət etsə də sürücü öz çirkin əməllərini davam etdirdiyini, hətta belə onun ünvanına nalayiq söyüşlər söydüyünü, 102 xidmətinə zəng vuraraq post patrul xidmətindən kömək istədiyini, həmin polis əməkdaşlarının hadisə yerinə gələrək həmin şəxsi sakitləşdirmək istəsələr də buna nail ola bilmədiklərini, PPX-nin avtomobilinə mindirərək sərxoşluğunu müayinə etmək üçün X29 xidmətinə apardıqlarını, həkim müayinəsindən keçirdikdən sonrada həmin hərəkətlərini və nalayiq ifadələrini davam etdirdiyini bildirdiyi məlum olur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahid izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi iş üzrə ağırlaşdırıcı haldır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-31/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-31/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver