Məhkəmə qərarları › İş №3(078)-31/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-31/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-31/2024 22.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN YPX tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR DİN YPX tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokoldan şikayətə baxılması Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Belə ki, elektron məhkəmə informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunmuşdur ki, X2 rayon Şəkərabad kəndində qeydiyyatdadır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN YPX tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinin tələbinə əsasən aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həmin maddənin tələbinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə,... inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN YPX tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilsin. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar