Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-31/2025 06.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Naxçıvan şəhər, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, işsiz, Naxçıvan Şəhəri, Qaraxanbəyli Kəndi ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 31 oktyabr 2024-cü il tarixdə saat 10:50 dəqiqədə Naxçıvan şəhəri Qaraçuq kəndində yolayrıcında X8 idarə etdiyi Toyota Prius markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobillə Şəxs idarə etdiyi X2 ASC-nin balansında olan HYUNDAİ HD45 markalı **-AD- *** dövlət nömrə nişanlı avtomobillə yola çıxan zaman toqquşmuşdurlar, nəticədə 2000-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs və 2019-cu il təvəllüdlü X3 xəsarət almışdılar. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Naxçıvan şəhəri Qaraçuq kəndində yolayrıcında X8 idarə etdiyi Toyota Prius markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobillə Şəxs idarə etdiyi X2 ASC-nin balansında olan HYUNDAİ HD45 markalı **-AD-*** dövlət nömrə nişanlı avtomobillərin toqquşması və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar İstintaq və Təhqiqat Şöbəsində toplanmış HKpb-371/24 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə, əsasən, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək məhkəmə iclasında qeyd etmişdir ki, o zərərçəkmiş şəxslə əlaqə saxladığını, şikayətçi olmadığını və vurduğu zərəri qarşılayıb. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının keçiriləcəyi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə saat 11 radələrində gündüz vaxtı Naxçıvan şəhəri Qaraçuq kənd mərkəzində məktəbin yaxınlığındakı yolayrıcında, yaşayış zonasında baş vermişdir. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri Qaraçuq kənd mərkəzində məktəbin yaxınlığındakı yolayrıcında avtomobilərin hərəkətləri svetofor ilə nizamlanmır. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 12,50 metrdir, hərəkət zolağının eni isə 6,1 metrdir. Naxçıvan şəhəri Qaraçuq kənd mərkəzində məktəbin yaxınlığındakı yolayrıcında hərəkət zolaqlarının sayı 2-dir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində iki tərəfli yoldur, yolayrıcıdır. Avtomobillərin hərəkətləri svetoforla tənzimlənmir. Həmin yol ayrıcında sürəti həddinin 30 km/saat olmasını bildirən qadağa və şagirdlərin olduğunu bildirən xəbərdarlıq nişanları vardır. Həmçinin yol hərəkət hissəsində üfuqi nişanlama xətləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 1,6 metrdir. Soldan da yolun kənarlarında köbə daşları, avtobus dayanacağı və səki var, səkinin uzunluğu isə 1,7 metrdir. Toyota Prius minik markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobil ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Hyundai HD45 markalı **- AD-*** dövlət nömrə nişanlı avtomobil səkiyə çıxaraq sol tərəfi divara dəymişdir. Hadisə yerində avtomobilə məxsus tormoz izi yoxdur. Araşdırma zamanı HYUNDAİ HD45 markalı **-AD-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda bir nəfər sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Sürücü sərxoş olmamışdır. Araşdırma zamanı Toyota Prius markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda iki nəfər sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Sürücü sərxoş olmamışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 318 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Yüngül bədən xəsarəti almışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 319 saylı ekspert rəyində göstərilmişdir ki, X1 bədən xəsarəti almışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 1367 saylı ekspert rəyində göstərilmişdir ki, X9 «X10» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, sürücü X9 yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini 30 km/saat sürətindən çox olmayan sürətlə hərəkət etməli idi. Lakin bu tələbi pozmuşdur. Həmçinin həmin rəydə göstərilmişdir ki, Şəxs «X10» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. Belə ki, sürücü Şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələtinə yol verməli idi. Lakin bu tələbi pozmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpb-371/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü N Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda sürücülərinin məhkumluğunun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Rahim Zahirlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri olduğundan ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın DYPİ-ə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məsuliyyəti yüngüllüşədirən hal zərərçəkmiş şəxslə barışaraq ziyanı ödəməsi, əməlindən peşman olmasıdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-31/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-31/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver