Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-310/2024 17.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Babək rayon Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin xxxxxxx, orta təhsilli, işsiz, evli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinə X20 X6 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə X20 X6 Polis Şöbəsində tərtib olunmuş material 17 avqust 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X6 X15 Təhlükəsizlik Bölməsinin rəisi polis leytenantı X12 tərəfindən tərtib olunmuş 17 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə hava limanı ərazisində ictimai yerdə X4 narahat etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhərinə getmək üçün X13 Limanına gəlmiş, bilet olmadığı üçün bilet növbəsinə dayanmış, lakin gecə boyunca bilet növbəsində olmasına baxmayaraq bilet bitmiş və o, yeni gün ərzində bilet almaq üçün gecəni hava limanında qalmışdır. Hava limanında gəzdiyi zaman orada bir qız görmüş, həmin qızın üzünə bir pis niyyəti olmadan baxmış, daha sonra qızın anası ona yaxınlaşaraq qızına baxdığını, göz vurduğunu bildirərək onunla mübahisə etməyə, onu təhqir edib söyməyə başlamışdır. Polis əməkdaşları onlara yaxınlaşdığında onlara da qıza pis nəzərlə baxmadığını izah etmiş, əgər adi baxmağı pis qəbul edibsə üzr istədiyini desə də, lakin polis əməkdaşları ona inanmayaraq onu X6 Polis Şöbəsinə dəvət etmişlər. Onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasında protokol tərtib edən şəxs X6 X15 Təhlükəsizlik Bölməsinin rəisi polis leytenantı X12 bildirmişdir ki, 17 avqust 2024-cü il tarixdə saat 4 radələrində X13 Limanında 2 nəfər şəxsin sözlü mübahisə etdiyi üçün polis əməkdaşları onlara yaxınlaşaraq məsələni öyrəndikdə Şahid onlara bir nəfər şəxsin onun yetkinlik yaşına çatmayan qızlarına baxmasını, onları narahat edərək başı ilə işarə edib kənara çağırdığını demişdir. Həmin şəxs polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Həmin vaxt Hava limanında onlan şəxslərdən bir neçəsi polis əməkdaşına yaxınlaşaraq Şəxs hərəkətləri barədə məlumat vermiş, onun qızı narahat etməsini demişlər. Lakin həmin şəxslər artıq biletləri olduğu üçün Bakı şəhərinə getdikləri üçün onları şahid qısmində məhkəməyə dəvət edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid bildirmişdir ki, o, Türkiyə Respublikasında yaşayır. xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmayan qızları ilə Türkiyədən Naxçıvana gəlmiş, Hava limanına gedərək Bakıya bilet almaq istəsə də, bilet tapa bilməmiş, buna görə də həmin geçəni hava limanında keçirmişdir. 17 avqust 2024-cü il tarixdə saat 4 radələrində X1rkən qızları ona bir nəfər şəxsin onları narahat etdiyini dedikləri üçün qızlarının göstərdiyi adama baxmış və baxdığı zaman həmin şəxsin gözlərini qızlardan çəkməyərək qızına başı ilə işarə etdiyini görmüşdür. Bu hərəkətdən hiddətlənərək həmin şəxsə yaxınlaşmış ona bu hərəkətinə görə irad bildirmiş, həmin şəxs etdiyi hərəkəti boynuna almayaraq əksinə özünə haqq qazandırmağa çalışdığı üçün aralarında mübahisə yaranmış və polis əməkdaşları onlara yaxılnlaşaraq onları polis bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında pedaqoqun və qanuni nümayəndəsinin iştirakı ilə izahat verən yetkinlik yaşına çatmamış X7 bildirmişdir ki, onlar 17.08.24-cü il tarixdə Hava limanında olduqları zaman bir nəfər tanımadığı şəxs onları daim izləmiş, çantasını onların yanına qoyub tez-tez ona baxmış, baxışları ilə onları narahat etmiş, bir qədər sonra ona baş-göz işarəsi ilə göz vurmuşdur. Şəxsin hərəkətindən narahat olduğu üçün bu barədə anasına demişdir. Məhkəmə iclasında pedaqoqun və qanuni nümayəndəsinin iştirakı ilə izahat verən yetkinlik yaşına çatmamış X2 Yağmur Ruslan qızının izahatına oxşar izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 X15 Təhlükəsizlik Bölməsinin polis nəfəri X16 bildirmişdir ki, 17 avqust 2024-cü il tarixdə saat 4 radələrində X13 Limanında xidməti vəzifədə olan zaman 2 nəfər şəxsin sözlü mübahisə etdiyi, ətrafdakı hər kəs onlara baxdığı üçün polis əməkdaşları onlara yaxınlaşaraq məsələni öyrəndikdə Şahid onlara bir nəfər şəxsin onun yetkinlik yaşına çatmayan qızlarına baxmasını, onları narahat edərək başı ilə işarə edib kənara çağırdığını demişdir. Həmin vətəndaş polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Daha sonra Şahid polis idarəsinə gələrək şikayət ərizəsi vermişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili X10 izahatında X11 verdiyi izahata oxşar izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 17 avqust 2024-cü il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 17 avqust 2024-cü il tarixdə saat 4 radələrində X13 Limanında xidməti vəzifədə olan zaman 2 nəfər şəxsin sözlü mübahisə etdiyi üçün polis əməkdaşları onlara yaxınlaşaraq məsələni öyrəndikdə Şahid onlara bir nəfər şəxsin onun yetkinlik yaşına çatmayan qızlarına baxmasını, onları narahat edərək başı ilə işarə edib kənara çağırdığını demişdir. Həmin vətəndaş polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal yoxdur. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-310/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-310/2024
17.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver