Məhkəmə qərarları › İş №3(078)-312/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-312/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-312/2024 19.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X6 iştirakları ilə, xx.xx.1990-cı ildə Şərur rayon, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum edilmiş, Şərur rayon, Şəhriyar kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan HNPŞ-nin İTB-nin inspektoru, polis leytenantı X9 tərəfindən tərtib olunmuş 19 avqust 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 17 avqust 2024-cu ildə Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı X8 ilə birlikdə X11 Limanında xidmətdə olduqları zaman saat 14:20-də bir nəfər şəxs ucadan səs-küy salaraq hava limanı əməkdaşlarına qarşı ağzındakı lezvanı göstərərək özünə xəsarət yetirəcəyi barədə hədələmişdir. Həmin şəxs tərəflərindən saxlanılaraq barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirildiyi zaman uca səs salaraq onlarla getməkdən imtina etməyə çalışmış, şəxsi nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd etmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1990-cı təvəllüdlü, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında həmin gün 2 saat əvvəl Türkiyədən gəldiyini, Bakı şəhərinə getmək istədiyini, bilet növbəsi aldığını, növbədə 55-ci adam olduğunu, 50-ci adamı yola saldıqdan sonra kassaya yaxınlaşdığını, ağzındakı lezvanı göstərərək bilet verməsələr özünü kəsəcəyini dediyini, daha sonra hava limanında oturduğunu, bir az sonra da polis əməkdaşlarının gəldiklərini, qollarını bağlayaraq apardıqlarını, aparmalarını istəmədiyi üçün müqavimət göstərdiyini, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X10 izahatında hadisə barəsində ona məlumat verildiyini, araşdırmanın ona tapşırıldığını, şəxslə söhbət aparıldığını sonra da məhkəməyə gətirdiklərini bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində 17 avqust 2024-cü ildə saat 14:20-də Naxçıvan İTB-nin inspektoru polis leytenantı X9 ilə birlikdə Naxçıvan BHL-da xidmətdə olduqları zaman 1 nəfər tanımadıqları şəxsin özünü şübhəli aparmasını aşkar etdiklərini, həmin şəxsin bir müddət sonra Hava Limanın əməkdaşları ilə mübahisə etməyə və ağzındakı lezvanı göstərərək özünü öldürəcəyi ilə hədələməyə başladığını, bundan sonra həmin şəxsin fikrinin yayınmasını gözləməyə başladıqlarını, şəxsin fikri yayındığı anda həmin şəxsi saxlayaraq, özünə və ətrafdakı şəxslərə zərər yetirməsinin qarşısını almaq məqsədi ilə həmin şəxsə əl qol bağlama vasitəsi olan qandaldan istifadə etməklə polis şöbəsinə apardıqlarını, Polis Şöbəsinə gətirilən zaman həmin şəxsin hərəkətlərinə davam edərək özünü öldürəcəyini bildirdiyini, onların əlindən qaçmağa cəhd göstərdiyini, bu zaman həmin şəxsin saxlanılaraq polis şöbəsinə aparıldığını, sonradan həmin şəxsin Şəxs olduğunu öyrəndiyini bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində 17 avqust 2024-cü ildə saat 14:20-də Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri polis kiçik serjantı X8 ilə birlikdə Naxçıvan BHLda xidmətdə olduqları zaman 1 nəfər tanımadıqları şəxsin özünü şübhəli aparmasını aşkar etdiklərini, həmin şəxsin bir müddət sonra Hava Limanın əməkdaşları ilə mübahisə etməyə və ağzındakı lezvanı göstərərək özünü öldürəcəyi ilə hədələməyə başladığını, bundan sonra həmin şəxsin fikrinin yayınmasını gözləməyə başladıqlarını, şəxsin fikri yayındığı anda həmin şəxsi saxlayaraq, özünə və ətrafdakı şəxslərə zərər yetirməsinin qarşısını almaq məqsədi ilə həmin şəxsə əl qol bağlama vasitəsi olan qandaldan istifadə etməklə polis şöbəsinə apardıqlarını, Polis Şöbəsinə gətirilən zaman həmin şəxsin hərəkətlərinə davam edərək özünü öldürəcəyini bildirdiyini, onların əlindən qaçmağa cəhd göstərdiyini, bu zaman həmin şəxsin saxlanılaraq polis şöbəsinə aparıldığını, sonradan həmin şəxsin Şəxs olduğunu öyrəndiyini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində 17 avqust 2024-cü ildə Naxçıvan BHLda xidmətdə olduğu zaman bir nəfər şəxsin Hava Limanının daxilində uca səs salaraq ona bilet verməyini bildirdiyini, ona sırasının çatmasını gözləməsini sırası çatdığı zaman ona bilet verilə biləcəyini dediyini, bundan sonra ona dilinin altında saxladığı lezvanı göstərərək “bu dəqiqə mənə bilet verməsən özümü burada doğruyacağam” dediyini, bundan sonra həmin şəxs barəsində polis əməkdaşlarına məlumat verdiyini, Polis əməkdaşlarının həmin şəxsi izləməyə başladığını, bir müddət sonra polis əməkdaşlarının həmin şəxsə yaxınlaşaraq həmin şəxsi saxlayıb polis şöbəsinə apardıqlarını, şəxsin saxlanılarkən səs salmağa və polisdən qaçmağa cəhd göstərdiyini, sonradan həmin şəxsin Şəxs olduğunu öyrəndiyini bildirdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində 17 avqust 2024-cü ildə Naxçıvan BHLda xidmətdə olduğu zaman bir nəfər şəxsin Hava Limanının daxilində telefonla danışaraq bir müddət sonra özünə bədən xəsarəti yetirəcəyini eşitdiyini, əvvəlcə buna məhəl verməsə də bir müddət sonra həmin şəxsin Hava Limanın daxilində yerləşən kassanın qarşısında dilində lezva göstərdiyini gördüyünü, bundan sonra polis əməkdaşlarının həmin şəxsə yaxınlaşaraq şəxsi saxlayaraq polis şöbəsinə apardıqlarını, Polis Şöbəsinə apardıqları zaman kənardan səslər gəldiyini və həmin şəxsin polis əməkdaşları ilə mübahisə etməsini gördüyünü, sonradan həmin şəxsin Şəxs olduğunu öyrəndiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 17 avqust 2024-cü il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı, şahidlərin izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X12 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar