Məhkəmə qərarları › İş №3(078)-314/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-314/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-314/2024 20.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Babək rayon, Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 4 uşaq atası, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 20 avqust 2024-cü il tarixli, 114604/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-577/2013 saylı, 20 dekabr 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş 23 yanvar 2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1416 (min dörd yüz on altı) manat pulun alınaraq iddiaçı X3 verilməsi, iddia təmin edildiyindən iddiaçı X5 tərəfindən X10 MR Baş İdarəsinə 07 noyabr 2013-cü il tarixdə 85 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-510/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə əmrinə əsasən Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyat olan Şəxs 50 ***- **-** GSM nömrəsinə əsasən rabitə xidmətindən istifadəyə görə 683 (altı yüz səksən üç) manat 24 (iyirmi dörd) qəpik abunə haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 703 (yeddi yüz üç) manat 24 (iyirmi dörd) qəpik məbləğində pulun tutulması nəzərdə tutulmuşdur. İş üzrə icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri, 54 saylı Notariat Kontorunun 8İ-26314 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ilə borclu Şəxs 58.00 (əlli səkkiz manat sıfır qəpik) manat vaxtında ödənilməmiş pulun, 47 (qırx yeddi) manat məbləğində cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsilə vətəndaşa göndərilən bildirişə görə 5 (beş) manat olmaqla, cəmi 135 (yüz otuz beş) manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. İş üzrə icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X3, "xxxx" MMC-yə və "xxxx" MMC-yə borcu olduğunu, maddi vəziyyəti ilə əlaqədar olaraq borcu ödəyə bilmədiyini, 4 uşağa baxmağın asan olmadığını, uşağının böyrək çatışmazlığı olduğunu, bununla əlaqədar maddi cəhətdən çətinlik çəkdiyini, 70 və 200 manat olmaqla ödənişlər etdiyini, əməlindən peşman olduğunu, 2 ilə yaxın müddətdir heç bir ödəniş etmədiyini bildirərək ailə vəziyyətinin nəzərə alınaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında icra qeydinə əsasən 135 manat olan borcundan heç bir ödəniş etmədiyini, Azercell-ə olan 703 manat borcundan 200 manat ödədiyini, ən sonuncu icra vərəqəsinin 05 aprel 2024-cü il tarixdə olduğunu, 27 yanvar 2014-cü il tarixli icra vərəqəsindən 170 manat ödəniş etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 23 yanvar 2014-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-577/2013 saylı, 20 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 1416 (min dörd yüz on altı) manat pulun alınaraq iddiaçı X3 verilməsi, iddia təmin edildiyindən iddiaçı X5 tərəfindən X10 MR Baş İdarəsinə 07 noyabr 2013-cü il tarixdə 85 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-577/2013 saylı, 23 yanvar 2014-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 27 yanvar 2014cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-510/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə əmrinə əsasən Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyat olan Şəxs 50 ***-**-** GSM nömrəsinə əsasən rabitə xidmətindən istifadəyə görə 683 (altı yüz səksən üç) manat 24 (iyirmi dörd) qəpik abunə haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 703 (yeddi yüz üç) manat 24 (iyirmi dörd) qəpik məbləğində pulun tutulması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-510/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2013-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-26314 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ilə borclu Şəxs 58.00 (əlli səkkiz manat sıfır qəpik) manat vaxtında ödənilməmiş pulun, 47 (qırx yeddi) manat məbləğində cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsilə vətəndaşa göndərilən bildirişə görə 5 (beş) manat olmaqla, cəmi 135 (yüz otuz beş) manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-26314 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-11/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadına əsasən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin İcra məmuru Ə.Gülməmmədovun 38739/2014 nömrəli, 17 yanvar 2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilmiş və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-577/2013 nömrəli, 20 dekabr 2013-cü tarixli qətnaməsi əsasında 23 yanvar 2014-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 13 may 2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu xx.xx.1988-ci il tarixdə Babək rayonu, Tumbul kəndində doğulmuş, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Şəxs məcburi gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatda olan Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə 20 avqust 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 81/2024 nömrəli məcburi gətirilmə qərarı ilə Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatda olan Məmmədov X6 Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar