Məhkəmə qərarları › İş №3(078)-315/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-315/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-315/2024 23.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Ordubad rayon, Aza kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təshilli, evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Ordubad rayon Azadkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 23 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs Məmmədov X6 Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək ərizəsində 11 iyul 2024-cü il tarixində Naxçıvan şəhər Naxış Nərgiz restoranının həyətində işləyən Ənvər adlı ustadan həm maşının təmiri həm də ona olan 60 manat pul borcunu almaq üçün getdiyini, həmin şəxsin üstünə hücum çəkərək ona xəsarət yetirdiyini və nalayiq sözlərlə təhqir etdiyini, maşına əyləşib uzaqlaşmaq istədiyini, lakin yenə hücum edərək onu maşının içində də yumruqladığını, söyməyə davam etdiyini, sonra isə hədə-qorxu gəlməyə başladığını, bu hadisəyə orda olan 5-6 nəfərin də şahid olduğunu, ərizəsinə dair göstəriş verilməsini xahiş etmişdir. Müraciət əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 23 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünün maşın sexində usta işlədiyini, Xəzərin ona təhqiredici mesajlar yazdığını, sonra gətirib maşını təmir etməyini istədiyini, onun da əlində işi olduğunu, vaxt təyin etdiklərini, həmi vaxt təmir edəcəyini dediyini, hətta görüşmək üçün vaxt təyin etdiklərini, özünün yas mərasimi olduğu üçün Ordubad rayonunda olduğundan görüşə bilmədiklərini, maşını rəngləmək üçün gətirdiyini, maşını indi götürüb rənglənməsini tələb etdiyini, söyüş söydüyünü, Xəzəri vurduğunu inkar etmədiyini, sinə hissəsindən əli ilə vurduğunu, mübahisənin yaranma səbəbinin özü olmadığını, özünün 10 ildir usta işlədiyini, onu hamının tanıdığını, heç vaxt belə bir problem yaranmadığını, əməlindən peşman olduğunu bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ənvərin yalan dediyini, dekabrda avtomobili təmir üçün onun yanına apardığını, onun da 500 manat dediyini, 300 manatını verməyinə baxmayaraq Ənvərin maşını təmir etmədiyini, maşını tam təmir etmədən təhvil almasını istədiyini, onun da təhvil almadığını, Ənvərin də qışda, yağışda çöldə saxladığı üçün avtomobildə bəzi problemlər yarandığını, 8 aydır Ənvərin maşını düzəldəcəyini dediyini ancaq düzəltmədiyini, ona söyüşlər yazdığını özünün də cavab verdiyini, həmin gün onun bakın qapağını düzəltməsini istədiyini, gedib qapağı götürmək istəyəndə vermədiklərini, Ənvərin boyanın pulunu verməsini sonra verəcəklərini dediklərini, onun da Ənvərdən pulu istədiyini, Ənvərin vermədiyini, onu yumruqla vurduğunu, maşına oturub polisə getmək istədikdə yenə vurduğunu, sinəsindən və çənəsindən vurduğunu, ekspert rəyi də olduğunu, Ənvəri bağışlamadığını, ondan şikayətçi olduğunu qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 həmin yeri çəkmədiyini, şahidin də Ənvərin yanında işləyən biri olduğu üçün ifadəsini almadıqlarını, hadisənin hazırda şahidi olan şəxslərin olmadığını bildirdi. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 17 avqust 2024-cü il tarixli, 37 saylı canlı şəxsin ekspertizası ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- çənə nahiyyəsində şişkinlik, sol əlin arxa səthində 2 ədəd, sol bilək nahiyyəsində 1 ədəd sıyrıqlar bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti müayinə olunanın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş 23 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 23 avqust 2024-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Ordubad rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar