Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-316/2024 24.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Babək rayonu, Yarımca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, sürücü işləyən, Babək rayonu, Yarımca kəndində qeydiyyata olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 23 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, xx.xx.2024-cü il tarixində İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan-Bakı və əks istiqamətində yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.2023-cü il tarixində verilmiş C03157860 nömrəli xarici pasportun sahibi xx.xx.1982-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99HU836/67ZA212 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postunda “X-RAY” rentgen qurğusunda yoxlamadan keçirilərkən müşahidə monitorunda əks olunan təsvirlərlə sürücü Şəxs gömrük orqanına təqdim etdiyi 019499 nömrəli “CMR” də qeyd olunan mallar arasında uyğunsuzluğun olması səbəbindən həmin yük nəqliyyat vasitəsində daşınan qarışıq yüklər təyinatı üzrə 15 may 2024-cü il tarixində “X9” gömrük postunda yoxlanılmışdır. Yoxlama zamanı gömrük təminatının vurulduğu trosun qoşqunun ön yuxarı tərəfindən keçən hissəsindən kəsildiyi, iynədən istifadə edilərək yenidən bir-birinə birləşdirildiyi və bu səbəbdən yük yerinə istənilən vaxt kənar müdaxilənin edilə biləcəyi müəyyən edilmişdir. Daha sonra 019499 nömrəli “CMR” də qeyd edilən yüklərlə 99HU836/67ZA212 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yüklər arasında eyniləşdirmə aparılmış və yüklər yoxlanılmışdır. Yoxlama zamanı “Volvo” markalı 99HU836/67ZA212 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 019499 saylı “CMR” də qeyd edilmiş yüklərdən əlavə olaraq 87 ver olmaqla 125.28 m2 kafel, ümumi çəkisi 2 ton olan 80 paket polietilen torba, ümumi çəkisi 5 ton olmaqla 100 kisə qum halında, kəskin iyli, naməlum tərkibli kütlə, 1 ədəd “YPALE” markalı kompressor, 17 ədəd “Casio Belly” markalı 14 hissəlik qazan dəsti, 12 ədəd “Casio Belly” markalı 10 hissəlik qazan dəsti, 20 ədəd “Espico” markalı 14 hissəlik qazan dəsti, 14 ədəd plastik boşqab, 1 ədəd “Namazi” markalı 4 hissəlik qazan dəsti, 1 ədəd “Namazi” markalı 6 hissəlik qazan dəsti, 14 ədəd “Esbico” markalı 3-lü tava, 28 ədəd təkli çaydan, 12 ədəd 2-li çaydan, 32 qutu 6-lı şüşə çay stəkanı, 5 ədəd “Milan” markalı təkli çaydan, 2 ədəd “Zarfzar” markalı 42 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 46 sm ölçülü təkli tava, 2 ədəd “Zarfzar” markalı 34 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 24 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 20 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 48 sm ölçülü təkli tava, 2 ədəd “Zarfzar” markalı 38 sm ölçülü təkli tava, 4 ədəd “Zarfzar” markalı 52 sm ölçülü təkli tava, 4 ədəd “Esbico” markalı 7 hissəlik qazan dəsti, 18 ədəd müxtəlif ölçülü alüminium qazan, 41 ədəd müxtəlif ölçülü alüminium ləyən, 5 ədəd təkli qazan, 15 ədəd plastik saxlama qabı, 3 ədəd 4-lü tava, 6 ədəd plastik siyirmə, 2 ədəd “VİP" markalı 28 sm ölçülü təkli tava, 24 qutu 6-lı şüşə nəlbəki, 40 ədəd iri ölçülü alüminium qazan, 2 ədəd tablo, 2 ədəd 12 hissəlik süsə serviz dəsti, 97 cüt müxtəlif ölçülü plastik tərlik yükü aşkar edilmiş və araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında barəsində tərtib olunmuş protokol ilə razı olduğunu, anasının xəstə olduğunu, ürəyindən əməliyyat olunmalı olduğunu, 12000 dollar pul istədiklərini, pul lazım olduğu üçün bu səbəbdən belə bir əməl etdiyini, yük maşınına özünün müdaxilə etdiyini, təqsirini qəbul etdiyini, etdiyinin qanunsuz olduğunu bildiyini, sadəcə cərimənin məbləğinin az həddə müəyyən olunmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 gömrük orqanına daxil olmuş əməliyyat məlumatına əsasında Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin yoxlanıldığını, trosda qırılma aşkar edildiyini, 80 ədəd polietilen kisə aşkar olunduğunu, nəqliyyat qaiməsində həmin əşyaların olmadığını, sürücünün özünün də təqsirini qəbul etdiyini, İran İslam Respublikasından gətirdiyini dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 özünün yük maşınında heç nə görmədiyini, özünün əşyalarının gətirildiyini, 50 kisə un və qab-qacaq gətirildiyini, onların öz əşyaları olduğunu, dərman vasitələrinin özünün olmadığını, Muhiddin adlı şəxsin ondan xahiş etdiyini, özünün də Raminlə danışdığını, Raminin də gətirə biləcəyini dediyini, sonra özlərinin danışdıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 tır sürücüsü olduğunu, gömrüyə gəldiyini, həmin yük maşınının arxasında qab-qacaq, dərmanlar olduğunu gördüyünü, başqa da heç nə bilmədiyini bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 14 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXMin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 527 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan tədqiqat obyektlərinin hadisə baş verən tarixə, yəni 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 17086 (on yeddi min səksən altı) manat müəyyən edilmişdir, İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2933 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 1980 qram qəhvəyi-tünd qəhvəyi hissəciklərdən ibarət, spesifik iyə malik tozşəkilli maddə kütləsinin tərkibini pestisid qrupuna aid olan fipronil maddəsi təşkil edir. Fipronil 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na, “Zəhərli maddələrin siyahıları”na daxil deyildir. Qərarda “ ..... nə üçün istifadə edilir?” qoyulmuş sual maddə və materiallarının məhkəmə ekspertizasının həll etdiyi məsələlərə (predmetinə) aid olmadığı üçün cavablandırılmamışdır. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində nümunə qismində tədqiqata təqdim edilmiş maddə kütləsinin adı, markası və.s məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-370/2024 nömrəli məktubdan görünür ki, fipronil tərkibli preparatlar geniş spektrli təsirə malik olub, pestisid (insektisid-əsasən zərərli həşəratlara və gənələrə qarşı nəzərdə tutulur) qrupuna aiddir. Həmçinin bəzi hallarda baytarlıq sahəsində də geniş istifadə olunur. Fipronil tərkibli preparatlar yüksək toksikiliyə malikdirlər. Yüksək toksikliyi uzun müddət parçalanmaması və ətraf mühit üçün yaratdığı təhlükə nəzərə alınaraq, müvafiq Beynəlxalq Konvensiyalarda, Avropa ittifaqında və Türkiyə Respublikasında istifadəsi qadağan olunan təsiredici maddələr əsas götürülməklə,” Fitosanitar nəzarəti haqqında “ Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası X4nin (bundan sonra-AQTA) Kollegiyasının 2021-ci il 31 avqust tarixli 24 nömrəli Qərarı ilə 191 adda, 2022-ci il 16 dekabr tarixli 29 nömrəli Qərar ilə isə daha 47 adda təsiredici maddədən hazırlanmış preparatların ölkə ərazisində tətbiqi qadağan edilmişdir. Sözügedən fipronil maddəsi də AQTA-nın Kollegiyasının 2021-cvi il 31 avqust tarixli 24 nömrəli Qərarının əlavəsi olan “Azərbaycan Respublikasında tətbiqi qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrin Siyahısı”na daxil edilmiş (sıra sayı-77) və ölkə ərazisində idxal, ixrac, istehsal və tətbiqinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarının müddəalarına uyğun olaraq həmin preparatın zərərsizləşdirilməsi üçün tədbirlər görülməlidir. Bu baxımdan AQTA-da aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış İnventarlaşdırma Komissiyasına təqdim edilməsi üçün fipronil preparatının miqdarı və ona aid müşaiyətedici sənədlər barədə məlumatları Agentliyə təqdim edilməsi məqsədə müvafiq hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-22-1/2-1598/2024 nömrəli məktubundan görünür ki, Fipronil (Fipronil 5% SC) phenyplrazole qrupundan olan geniş təsirə malik yüksək toksiklik dərəcəsi olan kontakt-bağırsaq təsirli preparatdır. Bu preparat müxtəlif pestisidlərin komponentlərini özündə birləşdirən insektisiddir. Təmiz halda kristallık, həşəratlara qarşı effektiv təsir göstərir. Kəskin toksikliyi, uzun müddət təsirini saxlaması və ətraf mühit üçün yaratdığı təhlükə nəzərə alınaraq Azərbaycan Respublikası Qida X1 2021-ci il 31 avqust tarixli, 23 nömrəli qərarı ilə Azərbaycan Respublikasında tətbiqi qadağan edilən maddələr siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X4nin xx.xx.2024-cü il tarixli, 3- 44/2-12-340/2024 nömrəli məktubundan görünür ki, Fipronil kənd təsərrüfatı bitkilərində rast gəlinən zərərverici həşəratlara və gənələrə qarşı istifadə olunan insektisiddir. İstifadə sonrası təsir obyektindəki zərərvericilərin sinir sistemini pozmaqla, onları məhv edir. Müxtəlif zərərvericilərə qarşı effektivliyinə görə fipronil, həmçinin baytarlıq sahəsindəki zərərvericilər üçün də istifadə olunur. Fipronil torpaqda yarımparçalanma müddəti dörd aydan bir ilə qədər dəyişdiyinə görə bu tərkibdə olan preparatlar yüksək toksikliyə malik insektisidlər hesab edilir. “Fitosanitar nəzarəti haqqında “Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən, Beynəlxalq Konvensiyalar, Avropa Birliyi və Türkiyə Respublikasında tətbiqi məhdudlaşdırılan təsiredici maddələr nəzərə alınmaqla Agentlik tərəfindən ölkəmizdə bir sıra təsiredici maddələrin qadağa siyahıları hazırlanmışdır. Agentlik kollegiyasının 2021-ci il 31 avqust tarixli 24 nömrəli Qərarı ilə təsdiq olunmuş 191 adda qadağa siyahısına daxil edilmiş fipronil tərkibli preparatların ölkədə dövriyyəsi 2021-ci il 30 noyabr tarixindən etibarən məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarına əsasən, istifadəsi qadağan edilmiş pestisidlərə dair məsələ Agentlikdə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət tərkib yaradılmış “İnventarlaşdırma komissiyasfnın müzakirəsinə çıxarılmalı və həmin komissiyanın verdiyi qərarla məhsul partiyası istehsalçıya geri qaytarılmalı, bu mümkün olmadıqda isə ölkə ərzaisində qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tədqiqatı nəticəsində fipronil olduğu müəyyən edilmiş ümumi çəkisi 5 ton olan pestisidin “İnventarlaşdırma komissiyasının müzakirəsinə çıxarılması üçün sahibkar tərəfindən Agentliyə müraciətin təmin edilməsini və komissiyanın qərarına uyğun olaraq, məhsul partiyasının istehsalçı ölkəyə geri qaytarılmasını və ya dövriyyədən çıxarılaraq ölkə ərazisində mümkün utilizasiya yollarının araşdırılması məqsədə müvafiq hesab olunmuşdur. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 3-33-1200/028/003239 nömrəli material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci və 206.2-ci maddələri ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malın ümumi dəyərinin 40 faizi məbləğində inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən və maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə belə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, həmçinin məhkəmə iqtisad ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş malın ümumi dəyəri olan 17086.00 (on yeddi min səksən altı) manatın 40 faizi məbləğində yəni 6834.4 (altı min səkkiz yüz otuz dörd manat qırx qəpik) manat məbləğində cərimə edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, həmçinin məhkəmə iqtisad ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-316/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-316/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver