Məhkəmə qərarları › İş №3(078)-317/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-317/2024

24.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-317/2024 24.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, çörək zavodunda mühafizəçi işləyir, evli, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri Babək məhəlləsi 19/8 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, Babək məhəlləsi 19/40 ünvanında yaşayan Xəlilov X7 Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadıqları binanın həyətində onu döyərək bədəninin nahiyyəsindən yumruq və şillə ilə vurmuş, onu nalayiq sözlərlə təhqir etmişdir. Zərərçəkmiş şəxs qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı babayev Nicad Şahin oğlu tərəfindən araşdırma aparılmış Şəxs barəsində xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X10 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 24 avqust 2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o şəkər xəstəliyindən əziyyət çəkir. Həkimin göstərişi ilə o açıq havada olmalı və çox hərəkət etməlidir. Buna görə də hər gün səhər və axşam üstü həyətə düşərək gəzir. Həyətdə domino oynayan ağsaqqallarla ayaqüstü salamlaşmış, 1-2 kəlmə söhbət etmişdir. Onun səs tonu bir az yüksəkdir. Həmin vaxt Şəxs pəncərədən onu yüksək səslə təhqir edərək yavaş danışmağını demişdir. O da Eldənizə “düş aşağı” deyib. Eldəniz aşağı düşüb və onun ayağından təpiklə vurub. Sonrasını xatırlamır. Özünə gələndən sonra 102 xidmətinə zəng vuraraq bu haqda məlumat verib. Bu hadisədən 3 gün əvvəl Eldəniz onun evinin qapısını döyüb. Həmin vaxt özü evdə olmayıb. Qızı evdə tək olub. Ondan əvvəl də yenə Eldəniz içib həyətdə iydə ağacının altında oturub. Onun qızı yanından keçəndə qızına “Pozğun niyə boşanmısan?” deyib. Hadisə günü o 102 xidmətinə zəng etdikdən sonra polis əməkdaşları gəlib onu və X8 apardılar. Sonra onu həkimə, ekspertizaya göndərdilər. Eldənizi həmin gecə saxlayıb, səhəri gün evə buraxdıqda, Eldəniz evə gəlmiş və küçədə onun qızını görüb “ Siz mənə heç nə edə bilməzsiz. Mənim pulum var, polis dayım var” deyib. Ona fiziki zərbədən başqa maddi zərər də dəyib. Buna görə onun 80 manat pulu çıxıb. Eldəniz onun bədəninin müxtəlif nahiyələrindən vuraraq sağlamlığına zərər vurmuşdur, o Eldənizdən şikayətçidir, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə eyni binada yaşayır. Qasım söyüş söydüyü üçün onunla mübahisə edib. Hadisə zamanı sərxoş olub. İşdən gəlib evdə dincələn zaman səsdən narahat olduğu üçün pəncərədən Zərərçəkmiş şəxs yavaş danışmasını deyib. O da əsəbləşdiyi üçün aralarında mübahisə yaranıb. O Qasım kişinin ayağından və sinəsindən vurmayıb. Yalan məlumat veriblər. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən X5 bildirmişdir ki, hadisədən bir neçə gün əvvəl o evi təmizləyən zaman qapını açıq qoymuş, həmin vaxt səs eşitdiyi üçün qapıdan çölə baxanda Eldənizi qapının ağzında görmüşdür. Eldənizə “Nə olub?” deyə soruşduğunda Eldəniz cavabında “səninlə söhbət etməyə gəlmişəm” deyib. O qorxduğu və Eldənizin kefli olduğunu gördüyü üçün tez qapını bağlamışdır. Hadisə günü atası yürüyüş üçün həyət düşmüş, sonra özü də qonşu ilə həyətə düşmüşdür. Həmin vaxt səs eşitmişdir. Hamının bir yerə toplaşdığını görüb. Baxanda görüb ki, atası yerdə qıvrılır, Eldəniz də ona təpiklə vurur. Sonra kimsə Eldənizi tutub kənara aparmışdır. Məhkəmədə şahid qismində ifadə verən X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşamüstü məhəllə sakinləri ilə həyətdə oturub domino oynayan zaman Qasım da onların yanında olmuş, uca səslə danışdığı üçün həmin binada yaşayan qonşu Eldəniz binanın pəncərəsindən “Qasım əmi səsin gəlir yata bilmirəm uca səslə danışma demişdir. Domino oynadığı üçün heç nəyə fikir verməyib. Daha sonra görüb ki, Eldənizlə Qasım tutaqlaşıb və ikisi də yerə yıxılıb. Məhkəmədə şahid qismində ifadə verən X3 ifadəsində digər şahidlə oxşar ifadə vermişdir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən xx.xx.2024-cü il tarixli 103 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər döş qəfəsində qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun uyğun gəlir. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 379 nömrəli aktından aydın olur ki, Şəxs 0.98 promil (yüngül dərəcə alkoqol sərxoşluğu) sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 24 avqust 2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 24 avqust 2024-cü il tarixdə saat 10:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları, şahi ifadələri ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal inzibati xətanın sərxoş vəziyyətdə törədilməsidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini, məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 24 avqust 2024-cü il tarixdən saat 10:05-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar