Məhkəmə qərarları › İş №3(078)-318/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-318/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-318/2024 26.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1995-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Şəxs və X5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 1122/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı X1 cavabdeh Şəxs qarşı borc tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri 54 saylı notariat ofisinin 19 mart 2024-cü il tarixli 8İ-22455 nömrəli icra qeydinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs oğlu maddi imkanı olmadığı üçün icra sənədləri üzrə borcunu ödəyə bilmədiyini bildirmişdir. Sentyabr ayının 10-a qədər ona vaxt verilməsini, evi girov qoyub bankdan pul götürəcəyini və bütün borcunu bağlayacağını bildirmiş, qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1122/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Şəxs və X4 birgə qaydada 26 avqust 2019-cu il tarixli İK 2608/07 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 1056.77 (bir min əlli altı manat yetmiş yeddi qəpik) manat gecikdirilmiş faiz borcu, 2433.12 (iki min dörd yüz otuz üç manat on iki qəpik) manat gecikdirilmiş əsas borc, 23.28 (iyirmi üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 1955.92 (bir min doqquz yüz əlli beş manat doxsan iki qəpik) manat əsas borc olmaqla ümumilikdə 5469.09 (beş min dörd yüz altmış doqquz manat doqquz qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 21 sentyabr 2021-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Şəxs və X4 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmiş və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 1318 (min üç yüz on səkkiz) manat məbləğində pul cavabdeh Şəxs tutularaq X2 ödənilməsi, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 28.27 (iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumuun cavabdeh Şəxs tutularaq X2 verilməsi qət edilmiş və xx.xx.2024-cü il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisinin 19 mart 2024-cü il tarixli 8İ-22455 nömrəli icra qeydinə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs müddət üçün vaxtında ödənilməmiş 66.79 manat, 38.21 manat cərimə, ödənilmiş 25 manat dövlət rüsumunun əvəzi, 5 manat bildiriş göndərilmə xərci olmaqla cəmi 135 manat pulun alınaraq ünvan 3 ünvanında yerləşən BOKT AZPUL MMC-nə ödənilməsi göstərilmiş və icra qeydi icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlər verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar