Məhkəmə qərarları › İş №3(078)-32/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-32/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-32/2024 22.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1989-cu ildə Babək rayon, Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 22 yanvar 2024-cü il tarixli, 197415/2020 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 yanvar 2024-cü il tarixli, 015867 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 13 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1030/2018 nömrəli 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi qaydası və sabit pul məbləğində müəyyən edilmiş miqdarı dəyişdirilməsi və cavabdeh Şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında alimentin tutularaq 26 avqust 2012-ci il təvəllüdlü X4 və 24 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X3 ona qarşı aliment tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 725/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla, 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 280 manat sabit pul məbləğində aliment pulunu X9ma ödəməli olduğunu, icra sənədinin icraata daxil olması barədə xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin ona təqdim olunduğunu, qərar və bildirişdə ona tələbin dərhal könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edildiyini, həmçinin yaşayış yerinin dəyişdirilməsi ilə bağlı icra məmuruna məlumat verməyə borclu olduğunun ona izah olunduğunu, lakin tələbi könüllü təmin etmədiyini, tələbin təmin edilməsindən yayındığını, yaşayış yerini dəyişərək yeni yaşayış yeri barədə icra məmuruna məlumat vermədiyini, icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə barəsində axtarış qərarı verildiyini, axtarış qərarına əsasən xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gətirildiyini, halhazırda 2024-cü ilin yanvar ayı daxil olmaqla 2550 manat aliment borcu olduğunu və həmin borcun ödənilməsinin icra məmuru tərəfindən ona təklif olunduğunu, 10 aydır işsiz olduğunu, buna görə ödəniş edə bilmədiyini, danışıb maşın sürəcəyini, əməliyyat olunduğunu, sənədlərin Bakıda qaldığını, maddi imkanı olmadığından tələbi təmin edə bilmədiyini, əməlindən peşman olduğunu, tezliklə icra sənədini icra edəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli icra sənədi üzrə tutularaq 26 avqust 2012-ci il təvəllüdlü X4 və 24 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında alimenti iddiaçı X7 ödəməli olduğunu, onun 2550 manat məbləğində borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X8 izahatında uşaqların 10 və 11 yaşları olduğunu, uşaqlara onun baxmalı olduğunu, uşaqların hər ikisinin 5-ci sinifdə oxuduğunu, bir il bundan əvvəl danışdığını, birinci dəfə alimentdən imtina vermək istəmədiyini, sadəcə düzələcəyini ümid etdiyi üçün imtina verdiyini, onun telefonla belə uşaqlarına zəng etmədiyini, uşaqların əlaçı olduqlarını, atalarının gəlməsini istədiklərini, 2020-ci ildən tam olaraq nə qədər ödədiyini bilmədiyini, uşaqlarını saxlamaqda çətinlik çəkdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 13 noyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1030/2018 nömrəli 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi qaydası və sabit pul məbləğində müəyyən edilmiş miqdarının dəyişdirilməsi və cavabdeh Şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında alimentin tutularaq 26 avqust 2012-ci il təvəllüdlü X4 və 24 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 17 noyabr 2020-ci il tarixli tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1989-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1989-cu il tarixdə Babək rayonu, Sovetabad kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 8(078)-57/2022 nömrəli qərardadından görünür ki, həmin qərardadla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında 16 noyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar