Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-320/2023 15.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla A.Cəlilov küçəsi döngə 3, ev 8 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: 15 iyul 2023-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərədə tutulan inzibati xətanı törətdiyindən onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiallardan aydın olur ki, Şəxs 13 iyul 2023-cü il tarixdə A.Cəlilov küçəsi döngə 3, ev 8 ünvanında yerləşən evinə baxış keçirilən zaman yataq otağında paltar şkafının yuxarı birinci gözündən bir ədəd şpris və alüminium kağıza bükülü metamfetamin psixotrop maddəsinə bənzər kristalşəkilli toz halında kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, son bir neçə aydır ki, Naxçıvan şəhərində A.Cəlilov küçəsində tanışı Sahiblə yaşadığını, hal-hazırda həmin evdə tək yaşadığını, Türkiyə Respublikasında yaşadığı dövrdə ara-ara narkotikdən istifadə etdiyini, 2018-ci ildən ara-ara narkotik istifadə etdiyini, son dəfə bir ay, ya da ay yarım əvvəl Bakı şəhərində bir dəfə istifadə etdiyini, evə baxış zamanı aşkar olunmuş narkotik vasitədən məlumatının olmadığını, həmin şkafın tanışı Sahibin paltarları ilə dolu olduğunu, ona aid əşya olmadığını, bir ay öncə narkotik istifadə etdiyindən testin nəticəsinin müsbət çıxdığını, dişi ağrıdığı üçün ağrı kəsici qəbul etdiyini, sonra testə getdiyini, narkotik istifadə etdiyi üçün peşman olduğunu, bir daha bu əmməllərə yol verməyəcəyini, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 iyul 2023cü tarixli protokoldan aydın olur ki, Naxçıvan ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkilləri X6, X3, X2, Şəxs, müdafiəçi X1 iştirakları ilə Şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı yataq otağında paltar şakafının yuxarı birinci gözündən bir ədəd şpris və aliminyum kağıza bükülü kütlə aşkar olunub götürürlmüşdür İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2023-cü il tarixli 691 nömrəli ekspert arayışına əsasən Şəxs yaşadığı ünvan 2 ünvanından aşkar edilərək götürülmüş falqa kəsiyinə bükülmüş təmiz çəkisi 0,009 qram olan ağ rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət maddə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Repsublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı; İİ bənd; sıra № 27) daxil olan- metamfetamindir. 01 ədəd şpirisin içəsində narkotik vasitələrin və ya psixotrop maddələrin izləri aşkar olunmamışdır. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 181 nömrəli arayışa əsasən Şəxs AMP (anfetamin), MET (metamfetamin) və MDMA ( metilendioksimetilamfetamin) müsbət aşkar edilmişdir. Şəxs metamfatamin narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 03/1025 nömrəli arayışa əsasən Məmmədov X5 MR Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə ağırlaşdırıcı hal müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanın tərkib əlamətləri olduğundan inzibati icraat başlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin ictimai təhlükəsiuzlik şöbəsinə göndərilmişdir. Həmin qərara əsasən 0,009 qram metamfetamin psixotrop maddəsi Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına verilmişdir. İş materiallarından görünür ki, Şəxs 13 iyul 2023-cü il tarixdə, saat 20:05-də şebhəli şəxs qismində tutulmuş, 14 iyul 2023-cü il tarixdə saat 17:35-də azad edilmişdir. İş üzrə inzibati qaydada tutma protokolundan aydın olur ki, Şəxs 14 iyul 2023-cü il tarixdə saat 17:35-də tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin əvvəlinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 13 iyul 2023-cü il tarixdən saat 20:05-dən hesablanması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına saxlanılan xalis çəkisi 0,009 qram metamfetamin psixotrop maddəsi müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti 13 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan xalis çəkisi 0.009(sıfır tam mində doqquz qram) olan metamfetamin psixotrop maddəsi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhvetmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Qabil Məmmədov
Məhkəmə qərarları › İş №3(078)-320/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-320/2023
15.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver