Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-322/2024 11.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Protokolda qeyd olunmuşdur ki, qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixində “X2” gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1968-ci il təvəllüdlü, xx.xx.2024cü il tarixində verilmiş C03733734 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 75CA986/75ZB986 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsində daşınan qarışıq yüklər sürücünün gömrük orqanına təqdim etdiyi 020842 nömrəli nəqliyyat qaiməsi əsasında sürücünün və iki hal şahidinin iştirakı ilə yoxlanılmış, yoxlama zamanı sürücünün təqdim etdiyi 020842 nömrəli nəqliyyat qaiməsində göstərilən 7200 kq təşkil edən traktor ehtiyat hissəsindən 4400 kq traktor ehtiyat hissəsi və 750 ədəd (16490 kq) kubik daşından 390 ədəd (12440 kq) kubik daşı yükünün nəqliyyat vasitəsində olmadığı, həmçinin yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin arasından nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən 50 qutu “ZARFİRAN JAVİD” markalı 7 hissəli qazan dəsti, 50 qutu "BQSCH” markalı 7 hissəli qazan dəsti, 20 bağlam 25 mm-lik su borusu və 1746 ədəd kərpic aşkar olunaraq protokol əsasında götürülmüşdür. Qeyd olunan faktla bağlı 31 iyul 2024-cü il tarixində X3 İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində İXM-nin 482.1-ci və 487.4- cü maddələri ilə 18000-01629/24 saylı inzibati xəta haqqında is üzrə icraat başlanmışdır. Araşdırma çərçivəsində izahat verən Şəxs Əflatun adında bir nəfər iran vətəndaşının ona zəng vurub Bakıda 7200 kq köhnə yararsız halda olan traktor ehtiyyat hissələri yükünün olduğunu, onu Naxçıvana apara bilib-bilməyəcəyini soruşduğunu, ona 1 tonunu 70 manat qarşılığında apara biləcəyini dediyini, sonra Bakıda Dərnəqül yolunda yerləşən anbara getdiyini, orada 7200 kq köhnə yararsız halda olan traktorun müxtəlif ehtivvat hissələrini yüklədiyini, daha sonra isə bundan başqa idarə etdiyi yük nəqliyyat vasitəsinə müxtəlif yüklər yükləyərək yola düşdüyünü, traktor ehtiyyat hissələri yükünün hamısını İran İslam Respublikasının ərazisində boşaltdığını və bunların yerinə 100 qutu qazan dəsti, 20 baqlam 25 mm-lik su borusu, 1746 ədəd kərpic yükünü yüklədiyini bildirmiş və bunların qarşılığında isə 4800 manat pul alacağını və bu əməlləri ilə gömrük qaydaları əleyhinə inzibati xəta törətdiyini etiraf etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 937 nömrəli rəvinə əsasən ekspertiza tədqiqatına təqdim edilən və edilməyən tədqiqat obyektlərinin (50 qutu “ZARFİRAN JAVİD” markalı, 7 hissəli qazan dəsti, 50 qutu “BQSCH” markalı 7 hissəli qazan dəsti, 20 bağlam 25 mm-lik su borusu və 1746 ədəd kərpic yükü) və edilməyən (yararsız halda olan ümumi çəkisi 4400 kq təşkil edən traktorun dəmir ehtiyyat hissələri yükü və 390 ədəd kubik daşı) tədqiqat obyektlərinin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7868 (yeddi min səkkiz yüz altmış səkkiz) manat müəyyən edilir. O cümlədən: İstifadə edilməmiş 50 qutu “ZARFİRAN JAVİD” markalı, 7 hissəli qazan dəsti (01 ədəd 28 sm diametrli tava, 01 ədəd 28 sm diametrli qapaqlı qazan, 01 ədəd 24 sm diametrli qapaqlı qazan, 01 ədəd 20 sm diametrli qapaqlı qazan) - 2000,00 manat (50 qutu x 40,00 manat); İstifadə edilməmiş 50 qutu “BQSCH” markalı 7 hissəli qazan dəsti (01 ədəd 28 sm diametrli tava, 01 ədəd 28 sm diametrli qapaqlı qazan, 01 ədəd 24 sm diametrli qapaqlı qazan, 01 ədəd 20 sm diametrli qapaqlı qazan) 2000,00 manat (50 qutu x 40,00 manat); İstifadə edilməmiş 20 bağlam (hər bağlamı 30 metr olmaqla) 25 mm-lik so borusu-760 manat (20 bağlam x 38 manat); İstifadə edilməmiş 1746 ədəd kərpic yükü-1100 manat (1746 ədəd x 0.63 qəpik); yararsız halda olAn ümumi çəkisi 4400 kq təşkil edən traktorun dəmir ehtiyyat hissələri yükü metal qırıntı kimi 1540 manat (4400 kq x 0.35 manat); 390 ədəd kubik daşı-468 manat (390 ədəd x 1.20 manat) müəyyən edilmişdir. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 70 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.7-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin 70 (yetmiş) faizi miqdarında inzibati cərimə tənbeh tətbiq edilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Şəxs tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-ci maddəsinin sanksiyası çərçivəsində barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 7868 (yeddi min səkkiz yüz altmış səkkiz) manat olan malın dəyərinin 70 (yetmiş) faizi miqdarında, yəni 5507.6 (beş min beş yüz yeddi manat altmış qəpik) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Şəxs tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-322/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-322/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver