Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-322/2025 23.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İnzibati protokol tərtib edilən hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, ünvan 1 ünvanında yerləşən VÖEN ********** "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1ci maddəsi üzrə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" MMC-də 15 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi barədə sistem üzərindən monitorinq aparılarkən məlum olub ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirilməsi hallarında icbari sığortanın edilməməsi faktı müəyyən edilmişdir. Bu barədə 13 iyun 2025-ci il tarixdə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-in 469-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı iclasına "xxxx" MMC-nin nümayəndəsi dəvət edilmiş, məhkəmə iclasına Nümayəndə gəlmişdir. Eləcə də protokola münasibətdə etiraz göndərilmişdir. Etirazda göstərilmişdir ki, inzibati xəta haqqında protokola baxılması barədə hər hansı bildiriş daxil olmamaış, onlayn qaydada əldə etdikləri məlumata əsasən işə 25 iyun 2025-ci il tarixdə baxılması məlum olmuşdur. Bildiriş onlayn olduğu və gec əldə edildiyi üçün müddət artıq başa çatmışdır. Protokol tərtib edən orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələblərini pozmuşdur. İştirakları olmadan işə baxılmışdır. Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsinin mahiyyəti və tətbiqi dairəsi belədir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması müvafiq məsuliyyətə səbəb olur. Lakin sözügedən norma yalnız istehsalat sahəsində fəaliyyət göstərən və istehsalatda bilavasitə məşğul olan müəssisə və təşkilatlara münasibətdə tətbiq oluna bilər. Maddə təkcə sığortalanmanın aparılmamasını deyil, bu sığorta öhdəliyinin konkret fəaliyyət sahəsində olan subyekt tərəfindən pozulmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, maddənin tətbiqi üçün Cəmiyyətin fəaliyyət sahəsinin istehsalat xarakterli olması, orada istehsalat risklərinin olması və bu risklərə uyğun sığorta öhdəliyinin yaranması qanuni əsas təşkil etməlidir. Cəmiyyət istehsal fəaliyyəti ilə məşğul olmayan, xidmət və ya digər qeyriistehsalat yönümlü fəaliyyət göstərən bir kommersiya qurumudur. Naxçıvan Şəhər Vergilər İdarəsində təsdiqlənmiş evlərin və ofislərin təmizlənməsi sahəsində fəaliyyət Cəmiyyətin əsas fəaliyyətidir və bu fəaliyyətə görə 469-1-ci maddədə nəzərdə tutulan icbari sığorta növü tətbiq olunmur. Cəmiyyətin nə istehsalat sexi, nə emal müəssisəsi, nə də ağır fiziki əmək tələb edən texniki prosesləri yoxdur. Əmək münasibətləri ofis şəraitində həyata keçirilir və burada fiziki risklərin və ya bədbəxt hadisələrin baş verməsi ehtimalı istesalat mühiti ilə müqayisədə mövcud deyil. Qanunda istehsalata anlayış verilmişdir. İstehsalatfiziki şəxsin işləri, xidmətləri (bundan sonra əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri nəzərdə tutulur. Xidmət sektoru bu anlayışın tətbiq dairəsinə daxil deyil və Cəmiyyətin fəəaliyyətinin istehsalat sahəsi ilə əlaqəli olmadığından bu normativ tələbin Cəmiyyətə şamil edilməsi əsassızdır. Qanunvericiliyin məqsədi odur ki, yalnız real istehsalat riskləri olan sahələrdə çalışan işçilər üçün icbari sığorta tətbiq edilsin. Əgər hər bir hüquqi şəxs istisnasız olaraq 469-1-ci maddə üzrə sığorta öhdəliyi daşıyırsa bu qanunun məqsədindən və məntiqindən uzaq düşər. Belə hal inzibati məsuliyyətin süni şəkildə genişləndirilməsi və qanunçuluq prinsipinin pozulması demək olar. Qeyd edilənlərə əsaslanaraq Xidmət tərəfindən tərtib olunmuş 13 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə etirazda qeyd edilənlərə uyğun izahat vermiş. əlavə olaraq işçilərin sığortalandığını və bu barədə sənədləri təqdim edərək artıq inzibati xəta tərkibinin mövcud olmadığını nəzərə alıb icraata xitam verilməsini xahiş etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 izahatında etirazda qeyd edilənləri qəbul etmədiyini, hüquqi şəxsin məhz istehsalat anlayışına öz etirazında istinad etdiyini, xidmət sahəsinin təmizlik fəaliyyəti ilə əlaqəli olduğunu, orada çalışan işçilərin sığotalamaq vəzifəsinin MMC-yə aid olduğunu bildirib qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Əmək Müqaviləsinin və Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, işə götürən "xxxx" MMC ilə işçi X2 arasında qeyd olunan əmək müqaviləsi bağlanmış və tərəflər üzərinə öhdəlik götürmüşdür. AR ƏƏSMN yanında DƏMX tərəfindən ƏƏSMN-ə məxsus MEİS-də aparılan monitorinq zamanı "xxxx" MMC-də 15 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanmaması halı müəyyən edildi. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsinə görə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən hal xəta baş verdikdən sonra işçilərlə sığorta müqaviləsinin bağlanmasının təmin edilməsidr, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin diqqətinə çatdırılır ki, protokol sistem üzərində aparılan monitorinq yoxlaması zamanı aşkar edilmişdir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-322/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-322/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver