Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-323/2025 08.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, FİN: xxxxxxx, evli, 2 uşaq atası, Nur telekom mobil telefon mağazasında satıcı, deməsinə görə əvvəllər məhkumluğu olmayan, Naxçıvan şəhər Xətai döngə 28,ev 6-da qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 08 iyul 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Naxçıvan şəhər Xətai döngə 28,ev 6-da qeydiyyatda olan, xx.xx.1995-ci il təvəllüdlü Şəxs barəsində tərtib olunmuş İXР seriyali, 77173348 nömrəli, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və toplanmış material daxil olmuşdur. İş materiallarına 26 aprel 2025-ci il və 30 aprel 2025-ci il tarixdə Şəxs, X2 26 aprel 2025-ci il tarixdə izahatı alınaraq əlavə edilmişdir. Materiala əlavə edilmiş İXР seriyali, 77173348 nömrəli, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:12 dəqiqədə X1 məxsus Ford Fusion markalı etibarnamə əsasında idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan hala yol vermişdir. Şəxs əməli inzibati məsuliyyət yaradır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXР seriyali, 77173348 nömrəli, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs izahatında, xx.xx.2025-ci il tarixdə İran konsulluğundan 7 nömrəli məktəbə hərəkət edərkən qarşısında gedən zaman, həmkarlar ittifaqının qarşısında avtomobil keçərkən ona işıq atdığını, o zaman ötmə əməliyyatı edərkən avtomobilin təkətinin bir hissəsinin qoşa xətti keçdiyini, arxadan azsəməd markalı avtomobilin gəldiyini, sürücüsünün qazi olduğunu, sağdan ötmə əməliyyatı edərək həm onu həm qarşısındakı avtomobili keçdiyini, bu zaman azsəmədisürən sürücünün qarşıdakı kia forte avtomobilini vurduğunu, avtomobilin gedib 7 nömrəli məktəbin qarşısına düşdüyünü, onun heç bir günahı olmadığını, hadisədən sonra onu yarış keçməklə günahlandırdıqlarını, onun heç bir aidiyyatı olmadığını, şəhər şöbəsindəki müstəntiq Nicat Babayevin onu təhqir etdiyini, onu qəsdən 511.1.1-ci maddə ilə məhkəməyə verdiyini, özünün heç bir avtoxuliqanlıq etmədiyini, avtomobilinin heç bir qəza etməməsinə rəğmən 2 aydır duracaqda olduğunu, özünün sadəcə qoşa xətti tapdaladığı üçün cərimələnə biləcəyini, nəzərdə tutulan inzibati xətanı törətmədiyini, polisin onunla prinsipə düşdüyü üçün avtoxuliqanlıq maddəsi yazdığını, sürətinin 60-65 km/saat olduğunu, onun öz yolu ilə getdiyini, heç bir ötmə əməliyyatı etmədiyini bildirmişdir. İnzibati protokol tərtib edən şəxs X4, izahatında onların ora gedən zaman artıq hadisənin olduğunu, qəzaya uğrayan avtomobilin sahiblərinin yarış keçdiklərini dediklərini, həmin zaman protokol tərtib etdiklərini, görüntülərin istintaq materiallarında olduğunu, görüntüləri təqdim edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə görə, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilir. Şəxsin təqsiri videogörüntülərə baxdıqda açıq-aydın görünməkdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, xarekterini, işin halını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə, şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-323/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-323/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver