Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-324/2025 08.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhəri, Tumbul kəndində anadan olmuş FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Babək Rayon Su İdarəsində qaynaqçı işləyən, evli, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Naxçıvan şəhəri Tumbul kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şəxs barəsində tərtib edilmiş İXP-7159061 saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar daxil olmuşdur. xx.xx.2024-cü il saat 08:50-də YPX-nın inspektoru Badelov Elşad Topcubaşöv küçəsində avtoqəza olması barədə məlumat verdimiş, hadisə yerinə əməliyyat istintaq qrupu gondərilmiş məlum olmuşdur ki, Naxçıvan şəhər Tumbul kənd sakini 1986-ci il təvəllüdlü X3 oglu idarə etdiyi 75-A-183 nomrəli Muravey adli motoskilet ilə Naxçıvan şəhət Topcubaşov küçəsində Türk məsçidi istiqamətdən İpəy Yolu YDM-і istiqamətində hərəkətdə olan zaman ünvan 2 ünvaninda yaşayan 1976-cı il təvəllüdlü X5 oglu idarə etdiyi **-BE-*** nomrəli KİA Rio markali avtomobil ilə toqquşmuş və Motoskiletin sürücüsü sol əlindən xəsarət almışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli 400 №-li ekspert rəyində göstərilmişdir ki, sürücü Şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin ekspert rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsində sürücülərin əməlində cinayət tərkibi yoxdur. xx.xx.1986-cı il təvəllüdlü Şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2025-ci il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə HKpi-1289/24 №-li material üzrə cinayət işinin başlanması rədd edilmiş,sürücü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-293/2025 nömrəli qərardadı ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmışdır. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında maşını təmir etdiyini, müstəntiqin 8 aydır ki, işi uzatdığını, işin bağlandığını, sonra yenidən açıldığını, hadisənin bir anda döngəni dönərkən olduğunu, 1-ci qrup əlil olduğunu, vəsiqəsinin yanında olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X2 izahatında 900 manat Zeynalın ödədiyini, birazın da özü düzəltdiyini, heç bir problemlərinin olmadığını, şikayətinin olmadığını bildirmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP-7159061 nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. Həmin maddənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-324/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-324/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver