Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-325/2024 30.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikasının Prokurorluğundan daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 30 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-4-130/2-007020/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də işin baxılmasının hakimin səlahiyyətinə aid olub-olmamasıdır. İş materiallarında olan Şəxs Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna ünvanladığı 28 avqust 2024-cü il tarixli ərizəsində ünvan 2 ünvanında yaşadığının nəzərə alınaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata yaşadığı yer üzrə Naxçıvan şəhərində baxılmasının təmin edilməsini xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Şəxs şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Babək rayonu, Nəzərabad Ərazi Dairəsi, Nəzərabad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən, inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd olunanlardan da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşayış yeri şəxsiyyət vəsiqəsinə əsasən Babək rayonu, Nəzərabad kəndidir, ona görə də onun vəsatəti nəzərə alınaraq hazırki inzibati xəta haqqında işə Naxçıvan şəhər Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.7-ci maddələrinin tələbindən aydın olur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmçinin məhkəmə yuxarıda qeyd olunan maddənin tələbinə əsasən bunu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətinə aid olmadıqda aidiyyəti üzrə göndərilməli olsa da iş materiallarından inzibati xətanın harada törədilməsini müəyyən etmək olmur. Ona görə də materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi mümkün deyildir. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında materialın düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-325/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-325/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver